«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 3:37 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Cəhənnəm

Cəhənnəm
Mizanul-hikmət 
81. Cəhənnəm
Quran:
«Həqiqətən Cəhənnəm pusquda dayanıb və (itaətdən) boyun qaçıranların yeridir». (Nəbə surəsi, ayə 21-22)
     Hədis: 
     1270. İmam Əli (ə): «Cəhənnəm odunun kükrəyən alovundan, yandırıb-yaxan hərarətindən və daim təzələnən əzabından qorxun». (Ğurərul-hikəm, hədis 2620)
     1271. İmam Əli (ə) (Cəhənnəmi təsvir edərkən): «Elə bir alovdur ki, qaynayıb coşan şölələri bərk sancar, yandıran dilləri qəzəbli, sönməyi gec və uzaqdır, alovlu hərarəti hər şeyi bürüyür və qorxusu dəhşətəsalandır».(Ğurərul-hikəm, hədis 9995)
     393. Cəhənnəm alovunun odunu
     Quran: 
     «Bu işi görə bilməsəniz - heç vaxt da görə bilməzsiniz- qorxun, kafirlər üçün hazırlanmış, odunu insanlar və daşlar olan Cəhənnəm atəşindən». (Bəqərə surəsi, ayə 4)
     «Ancaq, haqqdan uzaq olanlar Cəhənnəmin odunu olacaqlar». (Cin surəsi, ayə 15)
     394. Cəhənnəm zəncirləri və qandalları
     Quran: 
      «Onu tutun və zəncirləyin, sonra Cəhənnəm atəşinə aparın. Onu yetmiş zirə uzunluğu olan zəncirə çəkin». (Haqqə surəsi, ayə 30-32)
     Hədis: 
     1272. İmam Sadiq (ə) (Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər yetmiş zirə uzunluğunda olan bu zəncirin bir həlqəsi yer üzünə qoyulsa, dünya onun istiliyindən əriyər». (Biharul-ənvar, c.8, səh.280, hədis 1)
     395. Cəhənnəm əhlinin libasları
     1273. İmam Sadiq (ə): («Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər Cəhənnəm əhlinin libaslarından birini göylə yer arasında assalar, dünya əhalisinin hamısı onun iyindən ölər». (Biharul-ənvar, c.8, səh.13, hədis 2)
     396. Cəhənnəm əhlinin yeməyi
     Quran: 
      «Cəhənnəm əhlinin zəridən (quru tikan) başqa yeməyi yoxdur. Bu yemək nə kökəldir, nə də aclığı aradan aparır». (Ğaşiyə surəsi, ayə 6-7)
     «Həmin gün onun orada heç bir dostu olmayacaq. Onun yeməyi Cəhənnəm əhlinin çirkindən başqa bir şey deyil». (Haqqə surəsi, ayə 35-36) 
     Hədis: 
     1274. Allahın Peyğəmbəri (s): «Əgər Cəhənnəm əhlinin çirkindən bir vedrə dünyanın şərqinə töksələr, onun təsirindən dünyanın qərbində olanların beyinləri qaynamağa başlayar». (Əmali Tusi, səh.533, hədis 1162)
     1275. İmam Sadiq (ə): (Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər zərin (quru tikan) bir damcısı dünya əhalisinin içməli suyuna düşsə bütün insanlar onun iyindən ölər». (Biharul-ənvar, c.8, səh. 280, hədis 1)
     397. Cəhənnəm əhlinin içdikləri şeylər
     Quran:
      «Və orada zəqqum (qaynar su) içəcəksiniz. Təşnə dəvələr içən kimi». (Vaqiə surəsi, ayə 54-55)
     Hədis:
     1276. İmam Əli (ə): «Zəqqum və quru tikan Cəhənnəm əhlinin qarnında qaynayan su kimi qaynamağa başlayanda onlar su istəyərlər. Bu zaman onlara ğəssaq (Cəhənnəm əhlinin bədənindən axan çirk və qan) və sədid (çirk və irin) verərlər. Onlar əziyyətlə onu qurtum-qurtum içərlər və hər tərəfdən ölüm onları haqlayar, amma ölməzlər». (Biharul-ənvar, c.8, səh. 302, hədis 58)
     398. Cəhənnəmə birinci daxil olan şəxs
     1277. Peyğəmbər (s): «Cəhənnəmə birinci daxil olan ədalətlə hökm çıxarmayan qüdrətli hökmdar, sərvətinin haqqını (xümsu, zəkatı) ödəməyən var-dövlət sahibi, təkəbbürlü yoxsul olar». (Uyuni əxbari Rza (ə), c.2, səh.28, hədis 20)
     399. Ən az əzab çəkən Cəhənnəm əhli
     1278. Allahın Peyğəmbəri (s): «Əzabı ən az olan Cəhənnəm əhlinin ayaqlarında alovdan ayaqqabı olar və onun hərarətindən beyinləri qaynayar». (Kənzul-ummal, hədis 39507)
     400. Ən şiddətli əzab çəkən Cəhənnəm əhli
     1279. Allahın Peyğəmbəri (s): «Qiyamət günü ən şiddətli əzabı dadacaq 
     kəs, elmindən fayda görməyən alimdir». (Kənzul-ummal, hədis 28977)
     1280. Allahın Peyğəmbəri (s): «Qiyamət günü ən şiddətli əzabı dadan şəxs peyğəmbər qatili, ya peyğəmbərin əli ilə öldürülən, xalqı (haqq) yolundan azdıran rəhbər və heykəltəraş olacaq». (əd-Durul-Mənsur, c.1, səh.178)
     1281. İmam Əli (ə): «Ən şiddətli cəza, yaxşılığın müqabilində pislik edən şəxsə çatacaq». (Ğurərul-hikəm, hədis 3217)
     1282. İmam Əli (ə): «Qiyamət günü ən şiddətli əzabı Allahın qəzavü- qədərinə qəzəblənən və narazılıq edən şəxs görəcək». (Ğurərul-hikəm, hədis 3225)
     401. Təkəbbürlülərin dərəsi
     1283. İmam Sadiq (ə): «Cəhənnəmdə təkəbbürlülər üçün bir dərə var, onun adına «səqər» deyərlər. Həmin dərə istiliyin şiddətindən Allaha şikayət edir və bir qədər nəfəs almaq üçün izn istəyir. Dərə nəfəs alan kimi, Cəhənnəmi alov bürüyür». (əl-Kafi, c.2, səh.310, hədis 10)
     402. Cəhənnəmdə əbədi qalanlar
     1284. İmam Kazim (ə): «Allah-Taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar». (ət-Tovhid, səh.407, hədis 5)
     403. Cəhənnəmdən çıxarılan kəslər
     1285. Allahın Peyğəmbəri (s): «Qəlbində zərrə qədər imanı olan kəs Cəhənnəm odundan çıxarılacaq». (Kənzul-ummal, hədis 284)
     1286. İmam Baqir (ə): «İnsanların bir qismi Cəhənnəm odunda yanar və əriyəndən (saflaşandan) sonra şəfaət onların dadına yetişər». (əl-Zohdu lil Hüseyin ibn Səid, səh.96, hədis 260)
     404. Cəhənnəmdə əbədi qalmağın səbəbi
     1287. İmam Sadiq (ə): «Cəhənnəm əhlinin Cəhənnəmdə əbədi qalmasının səbəbi budur ki, dünyada əbədi qalacaqları halda daim Allaha itaətsizlik edəcəklərini niyyət etmişdilər. Cənnət əhlinin Cənnətdə əbədi qalmasının səbəbi isə dünyada əbədi qalsalar həmişə Allahın itaətində olacaqlarını niyyət etmələridir. Beləliklə, hər iki tayfanın əbədiliyi onların niyyətinə görədir». Həmin vaxt Həzrət (ə) bu ayəni oxudu: «De ki, hər kəs öz şakiləsinə uyğun əməl edir» Buyurdu: «Yəni, öz niyyətinə uyğun». (əl-Kafi, c.2, səh.85, hədis 5)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Cəhənnəm | Added by: IslamQadini (2011-05-24)
Views: 1063 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]