Ədəb - Ədəb - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2016-12-03, 9:41 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Ədəb

Ədəb
 
Ədəb
43.Ədəb

115.İmam Əli (ə):«Ədəb insanın kamalıdır.»
116.İmam Əli (ə):«Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir.» Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar.»
117.İmam Əli (ə):«Ədəb xislətlərin ən gözəlidir.»
118.İmam Əli (ə):«Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.»
119.İmam Əli (ə):«İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.»
120.İmam Əli (ə):«Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur.»
121.İmam Əli (ə):«Ədəb öyrən! Çünki o, əsil-nəcabət şərəfinin zinətidir.»
122.İmam Əli (ə):«Gözəl ədəb əsil-nəcabət şərəfini əvəz edir.»
123.İmam Əli (ə):«Ədəbdən xeyirli şərəf yoxdur.»
124.İmam Əli (ə):«Ədəbi olmayanın əsil-nəcabət şərəfi puç olar.»
125.İmam Əli (ə):«Sizin zinətiniz ədəbdir.»
126.İmam Əli (ə):«Ədəb kimi zinət yoxdur.»
44.Ədəb və ağıl.
127.Allahın Peyğəmbəri(s):«Gözəl ədəb ağlın zinətidir.»
128.İmam Əli (ə):«Hər şey ağla möhtacdır, ağıl isə ədəbə.»
129.İmam Əli (ə):«Ədəb insanda kökü ağıl olan ağac kimidir.»
130.İmam Əli (ə):«Kimin ədəbi ağlını ötsə o, çoxlu qoyunlar arasında olan çoban kimidir.
131.İmam Hüseyn (ə):«Ağlı olmayanın ədəbi olmaz.»
45.Nəfsin ədəbləndirilmə və tərbiyəsi.
132.İmam Əli (ə):«Nəfslərinizi tərbiyə etməyi öhdənizə götürün və onları adətlərin onlara hakim olmasından saxlayın.»
133.İmam Əli (ə):«Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir.
46.Ədəbin nəticəsi
134.Tuhəful-uqul:«Allah-taala İsaya (ə) buyurdu:«Öz qəlbini (Məndən olan) qorxu ilə tərbiyə et.»
135.Tənbihul-xəvatir:«İsa ibn Məryəmə (ə) dedilər:«Sənə kim ədəb öyrətdi?» Buyurdu:«Heç kəs mənə ədəb öyrətmədi, nadanlığın çirkinliyini gördüm və ondan uzaqlaşdım.»
136.İmam Əli (ə):«Gözəl ədəb əxlaqın paklaşmasına səbəb olar.»
137.İmam Əli (ə):«Kim ədəbə könül versə pislikləri azalar.»
138.İmam Əli (ə):«Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın.»
139.İmam Əli (ə):«Ədəb zehnin itiliyinə səbəb olur.»
140.İmam Əli (ə):«İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu bir neçə dəfə artar.»
47. Ədəbin təfsiri
141. İmam Əli (ə):«Özünü tərbiyə etməyin üçün başqalarında (görüb) bəyənmədiyin şeydən uzaqlaşmağın kifayətdir.
142.İmam Əli (ə):«Bəndənin ədəbi(ni göstərməsi) üçün nemət və ehtiyaclarında öz Allahından başqa heç kəsi şərik etməməsi kifayətdir.»
143.İmam Sadiq (ə):«Atam məni üç şeylə tərbiyə etdi. . . . Mənə buyurdu: Oğul! Kim pis dostla yoldaşlıq etsə salamat qalmaz, kim danışığını cilovlamasa peşman olar və kim pis yerlərə daxil olsa töhmətə və bəd gümanlara hədəf olar.»
48.Ən yaxşı ədəb
144.İmam Əli (ə):«Ən yaxşı ədəb insanın öz həddində qal¬ma¬sı və həddini aşmamasıdır.»
145.İmam Əli (ə):«Ən yaxşı ədəb səni xoşagəlməz (və haram) işlərdən saxlayandır.»
146.İmam Əli (ə):«İstək və qorxu anında özünü saxlamaq ən yaxşı ədəblərdəndir.»
49.Övladı ədəbləndirməyə təşviq.
147.Allahın Peyğəmbəri (s):«Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin (ki, həmin gözəl tərbiyə nəticəsində) bağışlanasınız.»
148.İmam Əli (ə) İmam Həsənə (ə):«Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.»
149.İmam Sadiq (ə):«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun…»ayəsi nazil olanda camaat dedi:«Ey Allahın Peyğəmbəri! Özümüzü və ailəmizi necə qoruyaq?» Buyurdu: Özünüz xeyir iş görün, onu öz ailənizin də yadına salın və onları Allaha itaət əsasında tərbiyə edin.»
150.İmam Rza (ə):«Uşağa göstəriş verin ki, sədəqəni hətta bir tikə çörək və ya bir ovuc şey olsa belə, öz əli ilə versin. Çünki Allah yolunda verilmiş şey, əgər təmiz niyyətlə yerinə yetirilmiş olsa, hətta az olsa belə, çox-çoxdur.»
50.Tərbiyənin forması.
151.Allahın Peyğəmbəri (s):«Övladlarınıza yeddi yaşında namaz öyrədin, on yaşları tamam olandan sonra onları namazı tərk etmələrinə görə tənbeh edin və yataqlarını bir-birindən ayırın.»
152.Allahın Peyğəmbəri(s):«Övlad yeddi il ağa, yeddi il qul və yeddi il vəzirdir. Əgər iyirmi bir yaşına kimi xislət və xasiyyətini bəyənsən (lap yaxşı), əks təqdirdə özbaşına burax. Çünki sən Allah-taalanın dərgahında üzrlüsən.»
153.İmam Sadiq (ə):«Uşağı on beş yaşından on altı yaşına kimi oruc tutmağa öyrəşdirmək lazımdır.»
51.Tərbiyədə riayət olunması lazım olan nöqtələr.
154.Biharul-Ənvar: Allahın Peyğəmbəri(s) əsəbi halda ədəb öyrətməyi qadağan edib.»
155.İmam Əli (ə):«Yaxşı əməl sahibini mükafatlandırmaqla pis əməl sahibini pislikdən saxla.»
156.İmam Əli (ə):«Yaxşıları islah etmək onlara ehtiram gös¬tərməklə, pis əməl sahiblərini islah etmək isə cəzalandırmaqladır.»
157.İmam Əli (ə):«Qardaşını ona yaxşılıq etməklə məzəmmət et və onun pisliyinə ona bəxşiş etməklə cavab ver.»
158.İmam Əli (ə):«Pis əməl sahibini (və ya sənə pislik edəni) yaxşı əməlin ilə düzəlt və onu xoş və gözəl danışığınla xeyir və yaxşılığa istiqamətləndir.»
159.Biharul-Ənvar:«Əbulhəsən Musanın (ə) yanında öz övla¬dım¬dan şikəyətləndim. O Həzrət buyurdu: Onu vurma, ondan qısa bir müddət küs!»
52.İlahi ədəb qaydalarına yiyələnmək
160.İmam Əli (ə):«Kim böyük Allahın ədəb qaydalarına yiyələnsə (həmin ədəb o şəxsi ) əbədi qurtuluşa çatdırar.»
161.İmam Əli (ə):«Allahın ədəb və tərbiyə qaydaları əsasında düzəlməyən kəs öz ədəbi əsasında (da) düzəlməz.»
53.Allahın ədəbləndirməsi.
162.İmam Əli (ə):«Bəla zalımın ədəblənmə amilidir.»
163.İmam Səccad (ə):«Allahım! Məni öz cəzanla ədəbləndirmə və öz məkrinə düçar etmə.
Category: Ədəb | Added by: IslamQadini (2009-10-10)
Views: 438 | Rating: 1.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]