Həsrət - Həsrət - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2016-12-06, 3:50 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Həsrət

Həsrət
Mizanul-hikmət 
102. Həsrət
530. Ən çox həsrət çəkən insan
Quran: 
     «Onları işin (artıq) başa çatdığı və yenidən qəflətdə və imansız olacaqları həsrət günü ilə qorxut». (Məryəm surəsi, ayə 39)
     «… heç kəs deməsin ki, çox təəssüf, Allahın işində səhlənkar və məsxərə edənlərdən olmuşam». (Zumər surəsi, ayə 56) «….zalımın əllərini dişləyərək: «ey kaş, mən də peyğəmbərin getdiyi yolla gedəydim». deyəcəyi gün…». (Furqan surəsi, ayə27)
     Hədis: 
     1615. Allahın Peyğəmbəri (s): «Qiyamət günü hamıdan çox peşman olan öz axirətini başqasının dünyası üçün satmış kimsədir». (Kənzul-ummal, hədis 14936)
     1616. İmam Əli (ə): «Qiyamət günü ən dərin təəssüf rəva bilinməyən (haram) yolla mal toplayıb başqasına miras qoyub gedən və varisin də həmin malı sübhan olan Allahın yolunda məsrəf etdiyinə görə Cənnətə daxil olan, özü isə Cəhənnəmə düşən kişinin təəssüfüdür». (Nəhcül-bəlağə, hikmət 429)
     1617. İmam Sadiq (ə) : «Qiyamət günü ən çox təəssüflənəcək insan (dünyada) ədalətdən danışan, özü isə başqaları ilə ədalətlə rəftar etməyəndir». (Əmali, Tusi, səh.663, hədis 1386)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Həsrət | Added by: IslamQadini (2011-05-24)
Views: 458 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]