Höccət - Höccət - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2016-12-03, 9:41 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Höccət

Höccət
Mizanul-hikmət 
89. Höccət
453. Höccət (Höccət-həqiqəti bəyan edən dəlil, əsas)
Quran: 
      «Biz heç bir xalqa Peyğəmbər göndərməmiş, onlara əzab vermərik». (İsra surəsi, ayə 15)
     «Hər həlak olan dəlillə həlak olsun və hər sağ qalan dəlillə sağ qalsın deyə». (Ənfal surəsi, ayə 42)
     Hədis: 
     1406. İmam Əli (ə):«Höccət sahibi olan qüvvə, qüdrətə sahib qüvvədən daha böyükdür». (Ğurərul-hikəm, hədis 6781)
     1407. İmam Əli (ə): «Doğru danışanın dəlil-sübutu güclü olar». (Ğurərul-hikəm hədis 8482)
     1408. İmam Baqir (ə): «Allahın bəndələr üzərində olan höccəti» barədə suala cavabında: «Höccət budur ki, (insanlar) bildikləri şeyi desinlər və bilmədikləri şeylər haqda fikir söyləməkdən çəkinsinlər». (ət-Tohid, səh.459, hədis 27)
     1409. İmam Sadiq (ə): «Allah-Taala insanlara bəxş etdiyi və tanıtdırdığı şeylərin vasitəsilə onlara höccəti bəyan etmişdir». (ət-Tohid, səh.410, hədis 2)
     1410. İmam Sadiq (ə): «Şəkk və güman əsasında iş görənin işi puç və hədərdir. Çünki, Allahın höccəti aydın-aşkardır». (əl-Kafi, c.2, səh.400, hədis 8)
     453. Aydın höccət Allaha məxsusdur
     Quran:
      «Ey Peyğəmbər! De ki, aydın höccət Allaha məxsusdur. Əgər istəsə hamınızı doğru yola yönəldərdi». (Ənam surəsi, ayə 149)
     Hədis:
     1411. İmam Sadiq (ə) «De, aydın höccət Allaha məxsusdur» ayəsinin şəhrində: «Allah-Taala Qiyamət günü bəndəyə buyurar: «Ey mənim bəndəm! Sən bilirdinmi?» Əgər «Bəli» deyə cavab versə Allah-Taala ona buyurar: «Bildiyin şeyə əməl etdinmi? «Bilmirdim» deyə cavab versə Allah buyurar: «Bəs niyə öyrənmədin ki, biləsən və əməl edəsən?» O (bəndə) öz cavabını alar və məhkum olunar. Budur, qəti və aydın höccət».(Biharul-ənvar, c.2, səh.29, hədis 10)
     1412. İmam Sadiq (ə): «Allahın höccəti yaradılmışlardan əvvəl olub, yaradılanlarla birgədir və məxluqatdan sonra da olacaqdır». (əl-Kafi, c.1, səh.177, hədis 4)
     455. Ən qəti və ən aydın höccət
     Quran: 
     «Mücdə verən və (əzabla) qorxudan peyğəmbərləri göndərdik ki, sonra xalqın Allaha qarşı bir bəhanə yeri qalmasın, Allah yenilməz və hikmətlidir». (Nisa surəsi, ay 1165)
     Hədis: 
     1413. İmam Əli (ə): «Ey insanlar! Uca Allahın yer üzündə peyğəmbərimiz Məhəmməddən (s) daha möhkəm höccəti və kitabı Qurandan daha aydın hikməti yoxdur». (Ğurərul-hikəm, hədis 11004)
     1414. İmam Əli (ə): «Allah-Taalanın yer üzündə kitabından daha aydın və qəti höccəti, hikməti yoxdur». (Nəhcüs-səadə, c.1, səh.347)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Höccət | Added by: IslamQadini (2011-05-24)
Views: 683 | Rating: 4.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]