«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 3:35 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İmam Məhəmməd Baqir

İmam Məhəmməd Baqir
 
Mizanul – hikmət (Hedis)
23. İmam Məhəmməd Baqir
141. O Həzrətin imaməti


511. Kifayətul-əsər: «Əli ibn Hüseyn (ə) o Həzrətin ölümü ilə nəticələnən ölüm yatağına düşdükdə oğulları Məhəmməd, Həsən, Abdullah, Ömər, Zeyd və Hüseyni bir yerə yığdı və Məhəmmədi öz canişin və vəsisi təyin edərək ona Baqir künyəsi verdi, qardaşlarının başçılığını ona tapşırdı». (Kifayətul-əsər, səh.239)

142. Elm və hikməti yaran
512. Allahın Peyğəmbəri (s) Cabir ibn Abdullah Ənsariyə xitab edərək buyurmuşdur: «Cabir! Sən o qədər yaşayacaqsan ki, Tövratda Baqir kimi təqdim edilən oğlum Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn əbu Talibi görəcəksən. Onunla görüşən zaman ona mənim salamımı çatdır». (Biharul-ənvar. c.46, hədis 7)
513. İmam Baqir (ə): «Batilin öz qarnına aldığı haqq məni köməyə ça¬ğır¬dı və mən batilin böyürünü yardım və haqqı onun qarnının pərdələrinin ara¬sın¬dan çıxartdım. Ondan sonra gizlin və örtülü olan haqq aşkar oldu və ya¬yıldı». (Rəbiul-əbrar, c.2 səh.603)
514. Əli ibn İbrahim atasından nəql edir ki: «Ətraf bölgələrin şiələrindən bir dəstə imam Baqirdən (ə) onun yanına daxil olmaq üçün icazə istədilər. Həzrət onları qəbul etdi. Onlar həmin məclisdə otuz min məsələ soruşdular və on yaşı olan əbu Cəfər onların hamısına cavab verdi». (əl-Kafi, c.1, səh.496, hədis 7)
 
143. İmam Baqirin fəzilətləri

515. İmam Sadiq (ə): «Atam (ə) Allahı çox zikr edərdi. Onunla yol gedəndə həmişə zikr dediyini görürdüm. Onunla nə vaxt yemək yeyirdimsə görürdüm ki, zikr deyir. Camaatla söhbət edirdi, amma bu onu Allahı zikr etməkdən saxlamırdı. Görürdüm ki, dili damağına yapışıb və «la ilahə illəllah» deyir. O bizi bir yerə yığardı və günəş çıxan zaman zikr deməyimizi buyurardı. Bizim Quran oxuya bilənimizə Quran oxumaq göstərişi verərdi. Quran oxuya bilməyənlərə isə göstəriş verərdi ki, zikr desinlər». (əl-Kafi, c.2, səh.499, hədis 1)
516. İmam Sadiq (ə): «İmam Baqir (ə) insanların ən gözəl səslisi idi». (əl-Kafi, c.2, səh.616, hədis 11)
517. Süleyman ibn Qurəm: «əbu Cəfər Məhəmməd ibn Əli bizə beş yüz, altı yüz dirhəmdən min dirhəmə kimi hədiyyə və bəxşiş verərdi və o qardaşlarına, görüşə gələnlərə, kömək arzusu və ümidi ilə onun yanına gələnlərə hədiyyə verməkdən yorulmazdı». (əl-İrşad, səh.266)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: İmam Məhəmməd Baqir | Added by: IslamQadini (2010-06-03)
Views: 716 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]