Məclis - Məclis - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 2:54 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Məclis

Məclis
Mizanul-hikmət 
68. Məclis

336. Məclislərin ən şərəflisi
1080. Allahın Peyğəmbəri (s): «Hər şeyin şərəf və hörməti var, oturuşların ən şərəflisi isə üzü qibləyə olanıdır». (Biharul-ənvar, c.75, səh.469, hədis 4)
     1081. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) çox vaxt üzü qibləyə oturardı». (Məkarimul-əxlaq, c.1, səh.66, hədis 72)
     337. Məclisdə riayət olunmalı şey
     Quran:
     «Ey iman gətirənlər! Sizə «məclislərdə yer verın» deyildiyi zaman yer verın ki, Allah da sizə genişlik versin. «Qalxın» deyiləndə də qalxın!» (Mücadilə surəsi, ayə 11)
     Hədis:
     1082. Allahın Peyğəmbəri (s): «Oturduğun yerdə həyasızlıq və ədəbsizlik etmə ki, bunun nəticəsində camaat sənin pis əxlaqından qaçmalı olsun. Yanında biri oturan zamansa başqası ilə pıçıldaşma». (Biharul-ənvar, c.84, səh.354, hədis 2)
     1083. İmam Əli (ə) Peyğəmbəri (s) vəsf edərkən buyurmuşdur: «Heç vaxt görmədik ki, o Həzrət yanında oturanın qarşısında ayaqlarını uzatsın». (Biharul-ənvar, c.16, səh.236, hədis 35)
     1084. İmam Baqir (ə):«Sizlərdən biri qardaşının evinə gedən zaman ev sahibinin dediyi yerdə otursun. Çünki, ev sahibi öz evinin quruluşunu qonaqdan daha yaxşı bilir».(Qurbul-isnad, səh.69, hədis 222)
     1085. İmam Sadiq (ə): «Peyğəmbər (s) bir evə gedəndə məclisin ən aşağı yerində oturardı». (Məkarimul-əxlaq, c.1, səh.66, hədis 71)
     338. Məclisin başı
     1086. İmam Əli (ə): «Məclisin başında yalnız üç xislətə malik olan şəxs - sual soruşulanda cavab verən, başqaları danışa bilməyəndə danışa bilən və məclisdəkilərin xeyrinə olan fikir söyləyən oturmalıdır. Bu xislətlərə malik olmayan və məclisin başında oturan şəxs axmaqdır». (Biharul-ənvar, c. 78, səh.304, hədis 1)
     1087. İmam Əli (ə): «Məclisin ən yuxarı yerinə tələsmə. Çünki, yuxarı çəkildiyın yer, aşağı endirildiyin yerdən daha yaxşıdır». (Ğurərul-hikəm, hədis 10283)
     339. İştirak edilməsi qadağan olunmuş məclislər
     Quran:
     «Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdikdə onlar başqa bir söhbətə başlamayana qədər onlarla bir yerdə əyləşməyin». (Nisa surəsi, ayə 140)
     Hədis:
     1088. İmam Əli (ə): «Şərab içilən süfrədə oturmayın. Çünki, bəndə ölümünün nə vaxt çatacağını bilmir». (Biharul-ənvar, c.10, səh.98, hədis 1)
     1089. İmam Əli (ə): «Keçidlərdə oturmaqdan çəkin!» (Əmali Tusi, səh.8, hədis 8)
     1090. İmam Əli (ə): «Allaha və axirət gününə imanı olan şəxs şübhə yaradan yerdə durmamalıdır». (əl-Kafi, c.2, səh.378, hədis 10)
     1091. İmam Sadiq (ə) «kitabda sizə nazil etmişdir ki….». ayəsi barəsində buyurduqlarından: «Məqsəd budur ki, kimsə haqqı inkar və təkzib edib, imamlar barədə pis sözlər danışsa, (və elə ki, bunu eşitdiniz) kim olmasından asılı olmayaraq onun yanından dur və onunla oturma». (əl-Kafi, c.2, səh.377, hədis 8)
     1092. İmam Sadiq (ə): «Möminin Allaha qarşı günah və itaətsizlik edildiyi və onun bu vəziyyəti dəyişdirə bilmədiyi məclisdə oturması rəva deyil». (əl-Kafi, c.2, səh.374, hədis 1)
     340. Məclislər əmanətdir
     1093. Allahın Peyğəmbəri (s): «Məclislər əmanətdir və qardaşının sirrini faş etmək xəyanətdir. Bu işdən çəkin və yaxın qohumlarla əyləşməkdən (qohumluq təsübkeşliyindən) uzaq ol». (Biharul-ənvar, c.77, səh.89, hədis 3)
     341. Allah zikr olunan məclislərdə iştiraka təşviq
     1094. Allahın Peyğəmbəri (s): «Cənnət bağlarında gəzişin». Dedilər: «Ey Allahın Peyğəmbəri! Cənnətin bağları nədir?» Buyurdu: «Allahın zikr olunduğu məclislər».(Biharul-ənvar, c.93, səh.163, hədis 42)
     1095. Allahın Peyğəmbəri (s): «Məclislər üç qismdir: xeyri çox olan, sağlam və ölü. Xeyri çox olan məclis Allahın zikr olunduğu məclisdir. Sağlam məclis sakit məclisdir. Ölü məclis isə onda batil işlərin görüldüyü məclisdir». (Nuzhətun-nazir, səh.20, hədis 49)
     1096. İmam Əli (ə): «Allah zikr olunan məclislərdə iştirak et!» (Biharul-ənvar, c.75, səh.465 hədis6)
     1097. İmam Sadiqin (ə) Fuzeylə buyurduqlarından: «Bir-birinizlə oturub söhbət edirsiniz?» Dedim: «Bəli, sənə fəda olum». Buyurdu:«Mən o məclisləri sevirəm. Ey Fuzeyl! Bizim işimizi diri saxlayın. Bizim işimizi dirçəldənə Allahın rəhməti olsun! Ey Fuzeyl! Hər kim bizi yada salıb xatırlasa və ya kimin yanında xatırlansaq və onun gözündən milçəyin qanadı boyda yaş çıxsa Allahın Peyğəmbəri (s) onun günahlarını hətta dənizin köpüklərindən çox olsa belə bağışlar». (Qurbul-isnad, səh.36, hədis 117)
     342. Məclisdən duranda Allahı zikr etməyə təşviq
     1098. Allahın Peyğəmbəri (s): «Oturmağın kəffarəsi «Allahım! Sən pak və qüsursuzsan! Həmd-səna Sənə məxsusdur! Səndən başqa bir tanrı yoxdur! Ey mənim Rəbbim, bağışla və əfv et məni!» deməkdir». (Biharul-ənvar, c.75, səh.467, hədis 17)
     1099. İmam Sadiq (ə): «Peyğəmbər məclisdən qalxan zaman, hətta orada az oturmuş olsaydı belə iyirmi beş dəfə istiğfar edib Allahdan bağışlanmasını dilərdi». (əl-Kafi. c.2, səh.504, hədis 4)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
Category: Məclis | Added by: IslamQadini (2011-03-28)
Views: 482 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]