Paxıllıq - Paxıllıq - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2016-12-07, 5:22 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Paxıllıq

Paxıllıq
Mizanul-hikmət 
101. Paxıllıq
526. Paxıllıq
Quran:
     «Paxılın həsəd çəkən zaman şərrindən və zərərindən (Allaha pənah aparıram)». (Fələq surəsi, ayə 5)
     Hədis: 
     1600. Allahın Peyğəmbəri (s): «Allah-Taala Musa ibn İmrana (ə) buyurmuşdur: «Həqiqətən, paxıl olan şəxs mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə etiraz edəndir». (əl-Kafi, c.2, səh.307, hədis 6)
     1601. İmam Əli (ə): «Paxıllıq ruhun zindanıdır».(Ğurərul-hikəm, hədis 372, 332, 5242)
     1602. İmam Əli (ə): «Paxıllıq ən pis xəstəlikdir».(Ğurərul-hikəm, hədis 332) 
     1603. İmam Əli (ə): «Paxıllıq alçaqlıqların başıdır».(Ğurərul-hikəm, hədis 5242)
     1604. İmam Əli (ə): «Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər». (Şərhi Nəhcül-bəlağə, c.1, səh.316)
     1605. İmam Əli (ə): «Paxıllığın səmərəsi dünya və axirətdə bədbəxtlikdir». (Ğurərul-hikəm, hədis 4632)
     1606. İmam Əli (ə): «Paxıl paxıllığını çəkdiyi şəxsin nemətini itirməsini özü üçün nemət bilər». (Ğurərul-hikəm, hədis 1832)
     1607.İmam Əli (ə): «Məzluma paxıl qədər bənzəyən zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəmi daimidir». (Biharul-ənvar, c.73, səh.256, hədis 29)
     1608. İmam Əli (ə): «Paxılın (öz paxıllığından) çəkdiyi ona bəsdir». (Müstədrəkul-vəsail, c.12, səh.17, hədis 13388)
     1609. İmam Əli (ə): «Paxıl çox təssüflənər və günahları ikiqat artar». (Ğurərul-hikəm, hədis 1520)
     1610. İmam Əli (ə): «Paxıl ağalıq etməz». (Ğurərul-hikəm, hədis 1017)
     527. Hər bir dövlətlinin paxıllığını çəkərlər
     1611. Allahın Peyğəmbəri (s): «Öz ehtiyaclarınızı ödəməkdə məxfilikdən kömək alın, çünki, hər bir nemət sahibinə həsəd apararlar». (Nəhcül-bəlağənin şərhi, c.1 səh.306)
     528. Paxıllıq və iman
     1612. İmam Baqir (ə): «Alov odunu yediyi kimi, paxıllıq da imanı yeyər». (əl-Kafi, c.2, səh.306, hədis 1)
     1613. İmam Sadiq (ə): «Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki, küfrün kökü paxıllıqdır». (əl-Kafi, c.8, səh.8, hədis 1)
     529. Paxılın nişanəsi
     1614. İmam Sadiq (ə): «Loğman öz oğluna dedi: Paxılın üç nişanəsi var: Adamın dalınca qeybət edər, üz-üzə olanda yaltaqlanar və başqalarının çətinliklərinə şad olar».(əl-Xisal, səh.121, hədis 113)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Paxıllıq | Added by: IslamQadini (2011-05-24)
Views: 806 | Rating: 2.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]