Əsir - Əsir - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 1:20 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Əsir

Əsir
Əsir
60.Əsir kimi təslim olmaq rəva deyil.
178.İmam Əli (ə):«Kim ağır yaralanmadan əsir kimi təslim olsa, onun azad olunması üçün beytül-maldan fidyə (əsirin azad olunması üçün ödənilən mal) verilməməlidir. Əgər onun ailəsi istəsə onun fidyəsi öz malından ödənilməlidir.»[192]
179.İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) Əlini (ə) bəraəti[193] elan etmək üçün göndərəndə, onunla birlikdə bir dəstə də göndərdi və onlara belə buyurdu: Kim ağır yaralanmadan əsir kimi təslim olsa bizdən deyil.»[194]
61.Əsirlə yaxşı rəftar etmək.
Quran:
«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər»[195]
«(Ya Peyğəmbər!) Əlinizdə olan əsirlərə de: Əgər Allah ürəklərinizdə bir yaxşılıq olmasını bilsə sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah bağışlayan və rəhm edəndir.»[196]
Hədis:
180.İmam Əli (ə):«Əsirə yemək vermək və onunla xoş davranmaq vacib haqlardandır, hətta onu sabah öldürməli olsan belə!»[197]
181.İmam Əli (ə) İbn Mülcəm onu yaraladıqdan sonra Həsən və Hüsey¬nə (ə) buyurdu:«Bu əsiri zindana salın, ona yemək və su verin və əsirlikdə onun¬la xoş davranın.»[198]
182.İmam Sadiq (ə):«Əsirə yemək vermək onu əsir götürmüş şəxsin boynunda olan haqdır, hətta o sabah öldürülməli olsa belə! Əsirin kafir və qeyri-kafir olmasından asılı olmayaraq ona su və yemək verilməli (və kölgədə saxlanılmalıdır) və onunla mülayim davranılmalıdır.»[199]
183.İmam Sadiq (ə):«Əli (ə) zindana salınan şəxsə müsəlmanların beytül-malından yemək verərdi.»
Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri  
Category: Əsir | Added by: IslamQadini (2009-10-17)
Views: 346 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]