«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 11:34 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Ünsiyyət

Ünsiyyət
 
Mizanul-hikmət
34. Ünsiyyət

204. Ünsiyyət


692. İmam Əli (ə): «Haqdan başqa heç nə ilə ünsiyyətdə olub isinişmə və batildən başqa heç nədən üz döndərmə». (Ğurərul-Hikəm, hədis 10303)
693. İmam Sadiq (ə): «Üç şey ünsiyyət və həmdəmlik amilidir: ailəsi ilə yola gedən arvad, saleh övlad və səmimi dost». (Biharul-Ənvar, c.78, səh.231, hədis 25)
694. İmam Rza (ə): «Çox ünsiyyətdə olmaq heybət və əzəməti aradan aparar». (Əlamud-Din, səh.307)
205. Allahla ünsiyyətdə olmaq
695. Allahın Peyğəmbəri (s): «Kim günah xarlığından itaət başucalığı ilə çıxsa, Allah yoldaş və həmdəmsiz onun həmdəmi olar və mal və sərvətsiz ona kömək edər». (Biharul-Ənvar, c.75, səh.359, hədis 74)
696. İmam Əli (ə): « Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar». (Ğurərul-Hikəm, hədis 8644)
697. İmam Sadiq (ə): «Allah hər bir möminin imanını onun həmdəm və qəlb rahatlığı (amili) edər. Belə ki, əgər dağın zirvəsində olsa, təklik hiss etməsin». (Biharul-Ənvar, c.70, səh.111, hədis 14)
698. İmam Əskəri (ə): «Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz». (əd-Dürrə əl-Bahirə, səh. 43)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri


Category: Ünsiyyət | Added by: IslamQadini (2010-06-15)
Views: 828 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]