«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 5:17 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Ehtiyac

Ehtiyac
Mizanul-hikmət 
117. Ehtiyac

584. Ehtiyac
1777. İmam Əli (ə): «Hər kimə yaxşılıq etsən onun ağası olarsan. Hər kimə ehtiyac əlini uzatsan onun əsiri olarsan. Hər kəsdən ehtiyacsız olsan onunla həmtay olarsan». (Məkarimul-əxlaq, səh.126, hədis 303)
     1778. İmam Əli (ə): «Hər kəsə ehtiyacın olsa, onun yanında xar olarsan». (əl-Xisal, səh.420, hədis 14)
     585. Ehtiyacların ödənilməsi
     1779. Allahın Peyğəmbəri (s): «Öz qardaşına kömək etmək və xeyir vermək üçün çalışan şəxsə Allah yolunda mübarizə edənlərin savabı yazılacaq». (Ğurərul-hikəm, hədis 8610)
     1780. Allahın Peyğəmbəri (s): «Öz mömin qardaşının bir ehtiyacını ödəyən kəs, bütün ömrünü Allaha ibadətlə keçirən bəndə kimidir». (Əmali, Tusi, səh.481, hədis 1051)
     1781. İmam Sadiq (ə): «Hər kəs Allah rizasına öz müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışarsa, Allah-Taala ona min-min xeyir əməlin savabını yazar». (əl-Kafi, c.2, səh.197, hədis 6)
     1782. İmam Sadiq (ə): «Hər kəs öz mömin, müsəlman qardaşının ehtiyacını aradan götürməyə səy göstərərsə, qardaşının ehtiyacının fikrində olduğu vaxtadək Allah-Taala onun öz ehtiyacının götürülməsini lütf edər». (Əmali, Tusi, səh.197, hədis 147)
     1783. İmam Sadiq (ə): «Allah-Taala buyurmuşdur: Camaat mənim ailəmdir. Onlardan mənim yanımda ən sevimliləri camaatla daha mehriban olanları və onların ehtiyaclarının ödənilməsi naminə daha çox çalışanlarıdır». (əl-Kafi, c.2, səh.199, hədis 10)
     1784. İmam Sadiq (ə): «Öz qardaşının ehtiyacını aradan götürmək yolunda addım atan kimsə Səfa ilə Mərva arasında səy edən şəxs kimidir». (Tuhəful-uqul, səh.303)
     1785. İmam Sadiq (ə): «Hər kəs öz mömin qardaşının bir ehtiyacını ödəyərsə, Allah-Taala Qiyamət günü onun yüz min ehtiyacını ödəyər ki, onların da birincisi Cənnətdir».(əl-Kafi, c.2, səh.193, hədis 1)
     1786. İmam Sadiq (ə): «Möminin ehtiyacını ödəmək, hər birinə yüz min (dirhəm, ya dinar) xərclədiyin iyirmi həccdən Allah yanında daha sevimlidir». (əl-Kafi, c.2, səh.193, hədis 4)
     586. Qardaşının ehtiyacını ödəməkdən imtina edən
     1787. İmam Baqir (ə): «Bir müsəlman başqa bir müsəlmanla görüşmək və ya bir hacət istəmək üçün onun mənzilinə getsə və ondan içəri daxil olmaq üçün izn istəsə, o da evdə olduğu halda çölə çıxmasa, onlar bir-biri ilə görüşən vaxtadək ev sahibi daim Allahın Lənəti altında olar». (əl-Kafi, c.2, səh.365, hədis 4)
     1788. İmam Sadiq (ə): «Hər kəsə mömin qardaşı yoxsul vaxtında öz ehtiyacını söyləsə və o özü, yaxud da başqasının vasitəsilə onun ehtiyacını ödəyə biləcəyi halda bu işi görməsə Allah-Taala Qiyamət günü onu əlləri boynunun arxasında bağlı halda qəbirdən qaldırar və bəndələrin sorğu-sualını qurtaranadək həmin vəziyyətdə saxlar». (Biharul-ənvar, c.74, səh.287, hədis 13)
     1789. İmam Sadiq (ə): «Bizim qardaşlardan biri ehtiyac əlini şiələrdən birinə tərəf uzatsa, o da kömək etməyə qadir olduğu halda öz köməyini əsirgəsə, Allah-Taala onu bizim düşmənlərimizdən birinin ehtiyacını ödəməyə mübtəla edər və bu səbəbdən də Qiyamət günü əzaba düçar olar». (Səvabul-əmal, səh.297, hədis 1)
     1790. İmam Sadiq (ə): «Hər bir mömin, möhtac mömin qardaşını özünün malından məhrum edərsə, Allaha and olsun ki, Cənnət yeməyinin ləzzətini dadmaz və möhürlənmiş xalis (Cənnət) şərabı nuş etməz». (Səvabul-əmal, səh.286, hədis 2)
     587. Ehtiyacları ödəməyə tələsmək 
     1791. İmam Səccad (ə): «Hər kəs öz ehtiyac əlini mənə tərəf uzadan zaman, onun ehtiyacını və çətinliyini aradan götürməyə tələsərəm. Çünki qorxuram iş işdən keçə və mənim köməyimin artıq ona heç bir faydası olmaya». (Uyuni əxbari Rza (ə) c.2 səh.179, hədis 2)
     588. Dilək diləməyin qaydaları
     1792. İmam Əli (ə): «Allahım! Məni, xəlq etdiklərindən pis adamların heç birinə möhtac etmə! Əgər məni möhtac edirsənsə, onlardan ən xoşxasiyyətli və ən səxavətlisi, mənim ehtiyacımı şirin dillə və mənə daha az minnət qoymaqla aradan götürənə, möhtac et!» (Biharul-ənvar, c.78, səh.56, hədis 111)
     1793. İmam Səccad (ə) onun hüzurunda «Allahım! Məni öz bəndələrinə möhtac etmə!» deyə ərz edən şəxsə buyurdu: «Belə deyil, çünki insanlar bir-birinə möhtacdırlar. Sən belə de: Allahım! Məni yaratdıqların arasında pis adamlara möhtac etmə!» (Tuhəful-uqul, səh.278)
     1794. İmam Baqir (ə): «Təzə varlanmışa möhtac olan kimsənin hekayəti, əfi ilanın ağzında olan bir dirhəmin hekayətidir. Həm sənin ona ehtiyacın var, həm də əfi ilandan səni təhlükə gözləyir». (Tuhəful-uqul, səh.294)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Ehtiyac | Added by: IslamQadini (2011-06-03)
Views: 982 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]