«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 4:04 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Həya

Həya
Mizanul-hikmət 
121. Həya
595. Həya
1816. İmam Əli (ə): «Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir». (Biharul-ənvar, c.77, səh.211, hədis 1)
     1817. İmam Əli (ə): «Həya bütün yaxşılıqların açarıdır». (Ğurərul-hikəm, hədis 340)
     1818. İmam Əli (ə): «İnsanların ən ağıllısı onların ən həyalısıdır». (Ğurərul-hikəm, hədis 2900)
     1819. İmam Əli (ə): «Həya pisliyə mane olar».(Ğurərul-hikəm, hədis 1393)
     1820. İmam Əli (ə): «Həya iffətliliyin səbəbidir».(Ğurərul-hikəm, hədis 5527)
     596. Həya və iman
     1821. Allahın Peyğəmbəri (s): «Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır». (Kənzul-ummal, hədis 5757)
     1822. İmam Sadiq (ə): «Həyası olmayanın imanı yoxdur». (əl-Kafi, c.2, səh. 106, hədis 5)
     597. Həyanın qınanıldığı hallar
     1823. Allahın Peyğəmbəri (s): «Həya iki növdür: əqldən doğan həya və ağılsızlıqdan törəyən həya. Əqlin həyası elmdir, axmaqlığın həyası isə cahillik». (Biharul-ənvar, c.77, səh.149, hədis 75)
     1824. İmam Əli (ə): «Utancaqlıq məhrumiyyətə yaxındır». (Ğurərul-hikəm, hədis 6714)
     1825. İmam Əli (ə): «Utancaqlıq ruzinin yolunda maneədir». (Ğurərul-hikəm, hədis 274)
     1826. İmam Əli (ə): «Kim haqqı deməyə utanırsa axmaqdır». (Ğurərul-hikəm, hədis 8650)
     598. Həyasızlığın nəticəsi
     1827. Allahın Peyğəmbəri (s): «Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb: Həyan olmasa, istədiyin hər işi et». (Uyuni əxari Rza (ə), c.2, səh.95, hədis 207)
     1828. İmam Əli (ə): «Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz». (Ğurərul-hikəm, hədis 9071)
     1829. Allahın Peyğəmbəri (s): «Allahdan öz yaxşı qonşularından həya etdiyin kimi həya et. Çünki Allahdan həya etmək əminliyi artırar». (Biharul-ənvar, c.78, səh.200, hədis 28)
     1830. Allahın Peyğəmbəri (s): «Hər biriniz gecə və gündüz sizin kənarınızda olan iki mehriban qonşudan həya etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya etməlisiniz». (Kənzul-ummal, səh.394)
     1831. İmam Kazim (ə): «Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin». (Tuhəful-uqul, səh.394)
     600. Həyanın zirvəsi
     1832. İmam Əli (ə): «Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir».(Ğurərul-hikəm, hədis 6369)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Həya | Added by: IslamQadini (2011-06-17)
Views: 970 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]