Hikmət - Hikmət - Mizanul – hikmət (2-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-04, 1:17 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Hikmət

Hikmət
Mizanul-hikmət 
111. Hikmət

558. Hikmət
Quran:
     «(Allah) İstədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş olunubsa, ona çoxlu xeyir verilmişdir və ağıl sahiblərindən başqa heç kəs nəsihət qəbul etməz».(Bəqərə surəsi, ayə 269)
     1698. Məsih (ə): «Həqiqətən hikmət hər bir qəlbin işığıdır». (Biharul-ənvar, c.14, səh.316, hədis 17)
     1699. Loğmanın (ə) oğluna nəsihətlərindən: «Oğlum! Hikmət öyrən ki, hörmətli olasan! Çünki hikmət dinə yönəldər, qulu azad insanların müqabilində şərafətli, yoxsulu dövlətlilərdən daha uca edər, kiçiyi böyükdən qabağa salar». (Biharul-ənvar, c.13, səh.432, hədis 24)
     1700. Allahın Peyğəmbəri (s): «Möminin bir hikmətli söz eşitməyi, bir ilin ibadətindən üstündür». (Biharul-ənvar, c.77, səh.172, hədis 8)
     1701. Allahın Peyğəmbəri (s): «Hikmət sahibi peyğəmbərliyə yaxındır». (Kənzul-ummal, hədis 44123)
     1702.İmam Əli (ə): «Hikmət - müdriklərin gülzarı və aqillərin seyrəngahıdır».(Ğurərul-hikəm, hədis 1715)
     1703. İmam Əli (ə): «Hikmət - qəlbdə bitən və dildə bar verən bir ağacdır». (Ğurərul-hikəm, hədis 1992)
     1704. İmam Əli (ə): «Hər kəs hikmətinə görə tanınarsa, gözlər ona vüqarlı və əzəmətli nəzərlərlə baxar». (Tuhəful-uqul, səh.97)
     559. Hikmət möminin itirdiyidir
     1705. İmam Əli (ə): «Hikmət möminin itirdiyidir, onu müşrikin yanında olsa belə axtarın! Çünki siz ona daha layiqsiniz və daha çox haqqınız çatır». (Əmali, Tusi, səh.625, hədis 1290)
     1706. İmam Əli (ə): «Hikmət möminin itirdiyidir.Onu münafiqlərdən də olsa öyrənin».(Nəhcül-bəlağə, hikmət 80)
     560. Hikmət sahibinə yaraşmayan işlər
     1707. İmam Əli (ə): «Öz ehtiyacını hikmətli olmayan şəxsə bildirən hikmət sahibi deyil». (Ğurərul-hikəm, hədis 7499)
     1708. İmam Əli (ə): «Bir şəxslə yaxşı rəftar etməkdən başqa çarəsi olmayan onunla yaxşı davranmasa, hikmətdə heç bir payı olmaz». (Tuhəful-uqul, səh.217)
     561. Hikmətin izahı
     1709. İmam Əli (ə): «Hikmətin ilk addımı ləzzətləri tərk etmək, son addımı isə fani olan hər bir şeyi özünə düşmən bilməkdir». (Ğurərul-hikəm, hədis 9452)
     1710. İmam Əli (ə): «Özündən yuxarıda olan şəxslə münaqişə etməməyin və tabeçiliyində olan şəxsi zəlil saymamağın, gücün çatmadığı işə baş qoşmamağın, dilin ürəyinin, sözün əməlinin əksinə olmamağı, bilmədiyin şey barədə danışmamağın, iş sənə tərəf üz tutan zaman onu tərk etməməyin və səndən üz döndərən zaman ardınca getməyin hikmətdəndir». (Ğurərul-hikəm, hədis 9450)
     1711. İmam Baqirin (ə) Əbu Bəsirin «Hər kəsə hikmət verilərsə...».ayəsi haqda sualına cavabından:Hikmət dedikdə məqsəd Allahın əmrinə itaət etmək və imamı tanımaqdır».(Biharul-ənvar, c.1, səh.251, hədis 22)
     1712. İmam Sadiq (ə): «Həqiqətən, hikmət dini tanımaqdan və dərk etməkdən ibarətdir. Sizlərdən kim dində fəqih və dərrakəli olarsa, o hikmət sahibidir». (Biharul-ənvar, c.1, səh.251, hədis 22)
     1713. İmam Kazim (ə): «Loğmana dedilər: «Sənin hikmətinin özəyi nədir?» Dedi: «Bildiyim şey barədə soruşmaram və mənə aid olmayan şey üçün özümü zəhmətə salmaram». (Biharul-ənvar, c.13, səh.417, hədis 10)
     562. Hikmətin əsası1714. Allahın Peyğəmbəri (s): «Hikmətin əsası Allahdan qorxmaqdır». (Kənzul-ummal, hədis 5873)
     1715. Allahın Peyğəmbəri (s): «Sözlərin ən yaxşısı Allahı yad etmək və hikmətin əsası Allaha itaətdir». (Əmali, Şeyx Səduq, səh.394, hədis 1)
     1716. Allahın Peyğəmbəri (s): «Yaxşı rəftar etmək hikmətin zirvəsidir». (Kənzul-ummal, hədis 5444)
     1717. İmam Əli (ə): «Haqqa bağlılıq və haqqa yoldaş olan kəsə itaət etmək hikmətin əsasıdır». (Ğurərul-hikəm, hədis 5258)
     563. Hikmət gətirən şeylər
     1718. İmam Əli (ə): «Şəhvətinə və nəfsi istəklərinə qalib gələn, hikmətin kamillik dərəcəsinə çatacaq». (Ğurərul-hikəm, hədis 2272)
     1719. İmam Əli (ə): «Hikmət günahdan çəkinməkdən başqa heç bir yolla əldə olunmaz». (Ğurərul-hikəm, hədis 10916)
     1720. İmam Sadiq (ə): «Hər kəs dünyaya arxa çevirsə, Allah onun qəlbində hikməti möhkəmlədər və dilini onunla dilləndirər». (əl-Kafi, c.2, səh.128, hədis 1)
     564. Hikmət əldə etməyə mane olanlar
     1721. Allahın Peyğəmbəri (s): «Mədə boş olan vaxt qəlb hikməti qəbul edər. Mədə dolu olanda qəlb hikməti çölə atar». (Tənbihul-xəvatir, c.2, 119)
     1722. İmam Əli (ə): «Şəhvətlə hikmət bir yerə sığmaz» (Ğurərul-hikəm, 10573)
     1723. İmam Sadiq (ə): «Qəzəb hikmət sahibinin qəlbini korlar. Öz qəzəbinə nəzarət edə bilməyən şəxs, öz ağlına da nəzarət edə bilməz». (Biharul-ənvar, c.78, səh.255, hədis 129)
     1724. İmam Kazim (ə): «Həqiqətən, əkin daş üzərində deyil, yumşaq torpaqda əmələ gələr. Hikmət də belədir, təvazökar qəlblərdə abad olar, özündənrazı və təkəbbürlü qəlbdə isə yetişməz. Çünki Allah təvazökarlığı ağıl üçün bir vasitə qoyub». (Biharul-ənvar, c.78, səh.312, hədis 1)
     1725. İmam Hadi (ə): «Hikmət, fəsadlı canlarda təsirli və faydalı olmaz». (Biharul-ənvar, c.78, səh.370, hədis 4)
     565. Hikmətin nəticəsi
     1726. İmam Əli(ə): «Hər kimin qəlbində hikmət yer taparsa ibrətgötürən olar».(Ğurərul-hikəm, hədis 8706)
     1727. İmam Sadiq (ə): «Hikmətin barəsində çox düşünmək ağlı səmərəli edər».(Biharul-ənvar, c.87, səh.247, hədis 73)
     566. Hikməti qorumaq
     1728. İmam Əli (ə): «Müdriklər hikməti əhli olmayanların ixtiyarına verəndə onu pozdular». (Qisasul-ənbiya, c.87, səh.303, hədis 1)
     1729. İmam Kazim (ə): «Hikməti nadanların ixtiyarına verməyin ki, ona zülm etmiş olarsınız. Hikməti hikmət əhlindən də əsirgəməyin ki, ona da zülm etmiş olarsınız».(Biharul-ənvar, c.87, səh.303, hədis 1)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Hikmət | Added by: IslamQadini (2011-06-03)
Views: 349 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]