Möhtəkirlik - Möhtəkirlik - Mizanul – hikmət (2-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:33 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Möhtəkirlik

Möhtəkirlik
Mizanul-hikmət 
110. Möhtəkirlik

556. Möhtəkirlik (camaatın çox ehtiyacı olduğu məhsulu, ya malı baha qiymətə satmaq məqsədi ilə toplayıb saxlamaq)
1680. Allahın Peyğəmbəri (s): «Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz». (Kənzul-ummal, hədis 9738)
     1681. Allahın Peyğəmbəri (s): «Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz». (Kənzul-ummal, hədis 9723)
     1682. İmam Əli (ə): «Möhtəkirlik məhrumiyyətə səbəb olar». (Ğurərul-hikəm, hədis 256)
     1683. İmam Əli (ə): «Möhtəkirlik yaramaz adamların xasiyyətidir». (Ğurərul-hikəm, hədis 607)
     1684. İmam Əli (ə): «Möhtəkirlik alçaqlıqdır».(Ğurərul-hikəm, hədis 112)
     1685. İmam Əli (ə): «Möhtəkirlik əziyyət miniyidir».(əl-Kafi, c.8, səh.19, hədis 4)
     1686.İmam Əli (ə): «Möhtəkirlik üçün özünü əziyyətə atmaq səfehlərin xislətlərindəndir». (Ğurərul-hikəm, hədis 9349)
     1687. İmam Əlinin (ə) Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından: «Bütün bunlarla yanaşı bil ki, onların çoxu- tacirlər və sənətkarlar- alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir». (Nəhcül-bəlağə, məktub 53)
     1688. İmam Əli (ə): «Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur». (Mustədrəkul-vəsail, c.103, səh.274, hədis 15337)
     1689. İmam Sadiq (ə): «Allah-Taala (buğda...) dənənin neməti ilə öz bəndələrinə yaxşılıq etdi və biti onun bəlasına çevirdi. Əgər belə olmasaydı, başçılar onu da qızıl-gümüş kimi toplayardılar». (Biharul-ənvar, c.103, səh.87, hədis 3)
     557. Möhtəkir
     1690. Allahın Peyğəmbəri (s): «Möhtəkir Allahın rəhmətindən uzaqdır». (Biharul-ənvar, c.62, səh.292)
      1691. Allahın Peyğəmbəri (s): «Bizim bazarda möhtəkirliyə əl atan, Allahın kitabını inkar edən kimidir». (Kənzul-ummal, hədis 9717)
     1692. Allahın Peyğəmbəri (s): «Möhtəkir necə də pis bəndədir! Əgər Allah-Taala qiymətləri aşağı salarsa o, qəmlənər və əgər qiymətləri qaldırarsa şadlanar». (Kənzul-ummal, hədis 9715)
     1693. Allahın Peyğəmbəri (s): «Möhtəkirlərlə adam öldürənlər Cəhənnəmdə bir cərgədə və bir dərəcədədirlər». (Kənzul-ummal, hədis 9739)
     1694. Allahın Peyğəmbəri (s): «Hər kəs qida məhsulunu bahalaşma ümidi ilə qırx gün saxlasa Allahdan bezar olmuşdur və Allah da ondan bezardır». (Biharul-ənvar, c.2, səh.292)
     1695. Allahın Peyğəmbəri (s): «Hər kəs qida məhsulunu alıb müsəlmanlara baha qiymətə satmaq üçün qırx gün saxlasa və qırx gündən sonra satıb onun bütün gəlirini sədəqə versə də, onun günahının kəffarəsi olmayacaq». (Əmali, Tusi, səh.676, hədis 1427)
     1696. İmam Əli (ə) : «Möhtəkir öz nemətindən məhrumdur». (Ğurərul-hikəm, hədis 465)
     1697. İmam Əli (ə): «Xəsis möhtəkir eləsi üçün (varisə) yığır ki, ona təşəkkür etməyəcək və eləsinə (axirətdə Allaha tərəf) doğru gedir ki, onun üzrünü qəbul etməyəcək». (Ğurərul-hikəm, hədis 1842)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Möhtəkirlik | Added by: IslamQadini (2011-06-03)
Views: 297 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]