«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 5:58 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Xütbə

Xütbə
Mizanul-hikmət 
127. Xütbə

612. Xütbə
Quran:
      «Onun hökmranlığını möhkəmləndirdik, ona hikmət və fəsahətli nitq qabiliyyəti bəxş etdik». (Sad surəsi, ayə 20)
     Hədis:
      1858. Səd ibn İbrahim atasından nəql edir: «İki dəfə minbərdən xütbə söyləyən kəs İbrahim (ə) olub. Bu rumluların Lut peyğəmbəri (ə) əsir götürdükləri vaxt olub və İbrahim (ə) onlarla müharibə edərək o Həzrəti onların əlindən almışdır». (Durrul-Mənsur, c.1, səh.282)
     1859. Cabir: «Allahın Peyğəmbəri (s) xütbə söyləyəndə qoşunu düşmən həmləsinin təhlükəsindən agah edən qarovul əsgər kimi gözləri qızarar, səsi ucalar və qəzəbi kükrəyərdi». (Kənzul-ummul, hədis 17974)
     1860. Əbu Umamə: «Peyğəmbər (ə) ordu başçısını müharibəyə göndərəndə buyurardı: Xütbəni qısa və sözünü az et». (Kənzul-ummal, hədis 18126)
     1861. Əmmar ibn Yasir: «Allahın Peyğəmbəri (s) bizə xütbələrimizi müxtəsər söyləməyi əmr etmişdir». (Sunənu-əbi Davud, hədis 1106)
     1862. Cabir ibn Səmurət Səvaiyyi: «Allahın Rəsulu (s) cümə günləri moizəni çox uzatmaz, qısa sözlərlə bəyan edərdi». (Sunənu əbi Davud, hədis 1107)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Xütbə | Added by: IslamQadini (2011-06-17)
Views: 914 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]