«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 12:02 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Yaradan

Mizanul-hikmət
Mizanul-hikmət 
134. Yaradan

632. Ağlın ehtimal olunan zərərin qarşısını almağa çağırışı
1919. İmam Sadiq (ə) yaradılış və axirəti inkar edən Əbdülkərim ibn Əbilavcaya: «Əgər həqiqət sən dediyin kimidirsə - Əlbəttə, ki, belə deyil - biz də və sən də nicat tapmışıq. Əgər biz dediyimiz həqiqətdirsə, - Əlbəttə, bu elə həqiqətin özüdür - biz nicat tapmışıq, amma sən həlak olmusan». Əbdülkərim üzünü yoldaşlarına tutub dedi: «Qəlbimdə bir yanğı və qüssə yaranıb, məni aparın». Yoldaşları onu götürüb apardılar və Əbdulkərim dünyasını dəyişdi». (ət-Tovhid, səh.298, hədis 6)
     633. Allahın vücudunun isbatı
     1-Allahı fitrət yolu ilə tanımaq.
     Quran: 
     «Təkallahlılıqla dinə üz tut! Bu ilahi fitrətdir ki, Allah insanları onun əsasında yaratmışdır». (Rum surəsi, ayə 30) 
     Hədis: 
     1920. Allahın Peyğəmbəri (s): «Dünyaya gələn hər körpə fitrət əsasında doğulur. Yəni bilir ki, onu yaradan Allahdır. Allahın «əgər onlardan soruşsan səmaları və yeri yaradan kimdir, dərhal deyərlər: Allah» kəlamının mənası da budur». (ət-Tobhid, səh.331, hədis 9)
     1921. İmam Əskəri (ə) «Bişmillahir rəhmanir rəhimi» təfsir edərkən: «Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər». (ət-Tovhid, səh.321, hədis 5) 
     2-Səbəb və nəticə qanunu.
     Quran: 
     «Məgər, onlar heç bir yaradıcı olmadan yaranmışlar, ya özləri özlərini yaradırlar? Ya səmaları və yeri yaradıblar? Xeyr, əslində onlar yəqinə yetişməyiblər. (Tur surəsi, ayə 35-36)
     1922. «Ət-Tövhid»: «Şam alimlərindən biri İmam Baqirdən (ə) soruşur: «Bəs əşyanı bir şeydən və heç bir şeydən yaratdı? Həzrət buyurdu: «Əşyanı yaratdı, amma özündən qabaq mövcud olan şeydən yox. Əgər şeyi bir şeydən yaratmış olsaydı, heç vaxt onunla əşyanın arasında ayrılıq olmazdı, həmişə bu şey Allahla birgə olmuş olardı. Halbuki, Allah var idi və onunla birgə heç bir şey yox idi». (ət-Tovhid, səh.66, hədis 20)
     1923. İmam Sadiqin (ə) əbu Şakir Deysaninin «sənin Yaradanının olmasına dəlilin nədir?» sualına cavabından: «Özümün iki haldan xaric olmadığımı müəyyən etmişəm: ya mən özüm-özümü yaratmışam, ya başqa birisi məni yaratmışdır. Əgər mən özümü yaratmışamsa iki haldan xaric deyiləm: Ya mən olmuşam və sonra özümü yaratmışam, yaxud da, olmamışam və sonra özümü yaratmışam. Əgər, əvvəl olmuş və sonra özümü yaratmışamsa, bu halda yaradılışa ehtiyacım yoxdur. Əgər olmamışamsa, özün də bilirsən ki, olmayan şey bir şeyi yaratmaz. Beləliklə, üçüncü məna isbat olunur, yəni məni yaradan var. O da həmən aləmlərin Rəbbi olan Allahdır». Əbu Şakir cavab verməyə söz tapmayıb ayağa qalxdı». (ət-Tovhid, səh.290, hədis 10)
     3-Varlığın nişanələri.
     1924. «Nəhcül-Bəlağənin şərhi»: «Əmirəl-möminin (ə) gecə namazından sonra bu cümləni çox işlədərdi: «Şəhadət verirəm ki, səmalar, yer və onların arasında olanlar sənin vücuduna dəlalət edən nişanələr və dəvət etdiyin şeyə şəhadət verən şahidlərdir. Sənin höccətini bəyan və Rəbbiliyinə şahidlik edən hər bir şey Sənin nemətlərinin əsərlərinin nişanı və Sənin özünə dəlalət edən tədbirinin əlamətləridir». (Nəhcül-bəlağənin şərhi, c.20, səh.255)
     1925. İmam Əli (ə): «Ey, xilqət baxımından heç bir kəm - kəsiri olmayan, hər cəhətdən münasib qaranlıq bətnlərdə və iç-içə pərdələrdə vücuda gəlib mühafizə olunan insan! Sənin yaradılışın gilin şirəsindən başladı… Sonra bu məkandan əvvəllər görmədyin və mənfəətini əldə etməyin yolunu bilmədiyin bir mühitə çıxarıldın. Ananın döşlərindən süd əmməyə kim səni yönəltdi? Ehtiyac vaxtı tələb və istək yerlərini kim sənə öyrətdi?»(Nəhcül-bəlağə, xütbə 163)
     1926. İmam Baqir (ə): «Bu dünyada kor olan kəs, axirətdə də kordur» ayəsi barədə: «Bir kəsi ki, səmaların və yerin yaradılışı, gecə və gündüzün dəyişməsi, günəşlə ayın fırlanması və digər heyrətamiz nişanələr bütün bunların arxasında çox böyük bir iş olması həqiqətinə yönəltməyə, «axirətdə də kordur». Buyurdu: «Yəni, görmədiyi şeyi müşahidə etməkdə kordur və yolu daha çox azmışdır». (Biharul-ənvar, c.3, səh28, hədis 2)
     1927. İmam Sadiq (ə): «Əgər qapının iki tayının birinin üzərində bir halqa olduğunu görəndə, o halqanın boş və mənasız yerə qoyulduğunumu zənn edərsən? Xeyir. Şübhəsiz ki, onun (halqanın) digər bir tayı ilə cütləşib, bağlanması üçün hazırlandığını dərk edərsən. Buna görə, onun ikinci tayını hazırlayırsan ki, onların cəm olmasından bir mənfəət hasil olsun. Erkək heyvanın mövcudluğu da belədir. Sanki, o dişi fərd üçün hazırlanmış cütün bir tayıdır. Beləliklə, erkəklə dişi bir-biri ilə cütləşirlər, çünki nəslin davamiyyəti və qalması bundan asılıdır. Qırılsın, ümidsiz və bədbəxt olsunlar (maddipərəst) fəlsəfə iddiaçıları. Onların qəlblərinin gözü necə bu heyrətamiz aləmi görmür, hətta, bu aləmdə olan müdrikliyin, elm və məqsədin vucudunu inkar edirlər?»(Biharul-ənvar, c.3, səh.75)
     1928. İmam Sadiq (ə): «Ey Müfəzzəl! İnsanın vucudunda qoyulmuş yemək və yatmaq kimi işlər barəsində düşün… əgər insan bədən rahatlığı və qüvvəsinin bərpası üçün təlabatını (yalnız zehni surətdə) düşünərək (yəni orqanizmin öz tələbatı olmadan) yuxuya getməli olsaydı, bu işdə o qədər ağır tərpənib tənbəllik edərdi ki, nəticədə iş gəlib onun bədəninin taqətdən düşüb, məhv olmasına çatardı». (Biharul-ənvar, c.3, səh.78)
     4-Qərarların pozulması və iradələrin sındırılması.
     1929. «Biharul-Ənvar»: «İmam Əlidən (ə)soruşdular ki, Yaradanın varlığını sübut etmək üçün dəlil nədir?» Buyurdu: «Üç şey: halların dəyişməsi, bədən əzalarının təqətdən düşməsi, istək və arzuların pozulması». (Biharul-ənvar, c.3, səh.55, hədis 29)
     1930. İmam Sadiq (ə) «Allahını nə ilə tanıdın?» sualının cavabında: «Qərarların qarışıb dolaşmasından, arzu və istəklərin pozulmasından. Qərara gəldim, qərarım dolaşığa düşüb həyata keçmədi və iradə göstərdim, iradəm pozulub aradan getdi». (ət-Tovhid, səh.289, hədis 8)
     634. Təbiət və yaradılışın ona aid olunması
     1931. İmam Sadiq (ə): -Müfəzzəlin «Ey mənim ağam! Bəziləri deyirlər ki, yaradılış təbiətin işidir» sözünün cavabında - «Onlardan soruş ki, bu təbiətin elmi və belə işləri görməyə qüdrəti var, ya yox? Əgər desələr ki, bəli, elmi və qüdrəti var, belə olan surətdə Yaradanı sübut etmək üçün onlara nə mane olur (niyə belə xüsusiyyətləri olan Yaradanın mövcudluğunu təsdiq etmirlər)? Çünki təbiət Onun tərəfindən düzəlib-nizamlanıb və Onun məxluqudur. Əgər desələr ki, təbiət bu işləri kor-koranə, heç bir xəbəri və məqsədi olmadan yerinə yetirir, onda Onun işlərində bir nizam və hikmət göründüyündən (təbiətin) bu əməlin hikmətli bir Yaradanın işi olması məlum olar. Onların təbiət adlandırdığı şey, Allahın yaradılışda və varlıq aləmində icra etdiyi həmən qanundur». (Biharul-ənvar, c.3, səh.67)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
Category: Yaradan | Added by: IslamQadini (2011-08-20)
Views: 1178 | Rating: 1.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]