«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 7:36 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Yaradılış

Mizanul-hikmət
Mizanul-hikmət 
133. Yaradılış

628. Yaradılışın mənşəyi
1906. Allahın Peyğəmbəri (s): «Hər şey sudan yaradılmışdır». (Kənzul-ummal, hədis 15119)
     1907. Allahın Peyğəmbəri (s): «Allah-Taala dünyanın səmasını ram edilmiş dalğadan yaratmışdır». (Kənzul-ummal, hədis 1518)
     1908. Həbbeye Orəni: «Günlərin birində Həzrət Əlinin (ə) belə and içdiyini eşitdim: «And olsun səmanı tüstüdən Yaradana». (Biharul-ənvar, c.58, səh.104, hədis 35)
     629. Subhan olan Allahın ilk məxluqu
     1909. Allahın Peyğəmbəri (s): «Allahın yaratdığı ilk şey qələmdir. Sonra ona əmr verdi və qələm yaranmalı olan hər bir şeyi yazdı». (Kənzul-ummal, hədis 15115)
     1910. Allahın Peyğəmbəri (s): «Allah hər şeydən əvvəl əqli yaratdı». (Biharul-ənvar, c.1, səh.97, hədis 8)
     1911. Allahın Peyğəmbəri (s): «Allah hər şeydən əvvəl mənim nurumu yaratdı».(Biharul-ənvar, c.1, səh.97, hədis 7)
     1912. Allahın Peyğəmbəri (s): «Allah-Taalanın yaratdığı ilk varlıq bizim ruhlarımız olub. Sonra onlara özünün tövhidini və tərifini söylətdirdi, daha sonra mələkləri yaratdı».(Uyuni əxbari Rza (ə), c.1, səh.262, hədis 22)
     1913. Biharul-ənvar: «İmam Əlidən (ə) Allahın yaratdığı ilk məxluq haqda soruşduqda buyurdu: «Nuru yaratmışdır». (Biharul-ənvar, c.57, səh.73, hədis 49)
     1914. İmam Baqir (ə): «Allah-Taalanın birinci yaratdığı və sonradan bütün varlıqların mənşəyi olan şey su olub». (ət-Tovhid, səh.67, hədis 20)
     630. Aləmin yaradılışı
     Quran: 
     «Məgər kafirlər düşünmürlərmi ki, səmalar və yer bir-birinə bağlı idi, biz onları açdıq və hər bir canlını sudan yaratdıq. Görəsən, bundan sonra da iman gətirməyəcəklərmi?»(Ənbiya surəsi, ayə 30)
     1915. İmam Əli (ə): «Əşyaları əzəli bir maddədən və əbədi nümunələrdən yaratmadı. Əslində yaratdığını yaratdı, hüdudları (ölçülərini) təyin etdi, surət verdiyinə, surət verdi və surətlərini ən gözəl şəkildə yaratdı». (Nəhcül-bəlağə, xütbə 163)
     1916. İmam Baqir (ə): «Allah-Taala varlıqları yaratdı, amma hansısa bir şeydən yox. Kim desə ki, Allah-Taala varlıqları (hansısa bir) şeydən yaratdı, o, kafirdir». (İləluş-şəraye, səh.607, hədis 81)
     631. Gözlərimizdən gizli olan aləmin təmtərağı və əzəməti
     1917. İmam Əli (ə): «Ey Pak olan Allah! Sənin yaratdıqlarından gördüklərim necə də əzəmətli və təmtəraqlıdır! Hər bir böyük, Sənin qüdrətin müqabilində necə də kiçikdir! Sənin mələkutundan gördüklərimiz necə də vahiməlidir! Bizim gördüklərimiz Sənin gözə görünməyən qüdrət və səltənətinin müqabilində necə də kiçikdir!» (Nəhcül-bəlağə, xütbə 109)
     1918. İmam Baqir (ə): «Bəlkə elə fikirləşirsən ki, Allah-Taala təkcə bu aləmi yaratmış və sizdən başqa bir bəşər xəlq etməmişdir? And olsun Allaha, O, min-min aləm və min-min Adəm yaratmışdır ki, sən o aləmlərin və Adəmlərin ən sonuncususan». (ət-Tovhid, səh.277, hədis 2)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
Category: Yaradılış | Added by: IslamQadini (2011-08-20)
Views: 908 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]