Zəlillik - Zəlillik - Mizanul – hikmət (2-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 1:18 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Zəlillik

Zəlillik
150 Zəlillik
756. Zəlillik

2377. İmam Əli (ə) :«Aza qane olun və özünüzü zəlil etməyin.»[ Ğurərul-Hikəm, hədis 362]
2378. İmam Əli (ə) : «Ölüm, bəli, qəbuldur, amma alçaqlıq və zəiflik heç vaxt. Azla kifayətlənmək, bəli, qəbuldur, amma ona-buna əl açmaq heç vaxt.»[Nəhcül-Bəlağə, hikmət 396]
2379. İmam Əli (ə) : «Bir saat zillət, bir ömür izzətə dəyməz.»[ Ğurərul-Hikəm, hədis 5580]
2380. İmam Əli (ə) (öz münacatından): «İlahi! Elə et ki, hər şeydən əvvəl məndən aldığın əziz bir şey və mənə əmanət verdiyin nemətlərindən geri götürdüyün birinci əmanət mənim canım olsun.»[Nəhcül-Bəlağə, xütbə215]
2381. İmam Hüseyn (ə): «İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.» O Həzrət (ə) öz şəhadət günü bu beytləri oxumuşdur:
«Ölüm yaxşıdır rüsvay olmaqdan
Rüsvayçılıq layiqlidir (Cəhənnəmdə)oddan
And olsun Allaha, nə od, nə rüsvayçılığı

Heç vaxt qoymaram, yol tapsın qapımdan.»[Biharul-Ənvar, c.44, səh.192, hədis4]

757. Özünü xar etmək möminə yaraşmaz
2382. Allahın Peyğəmbəri (s): «Kim itaətkarcasına xarlığı və zəlilliyi qəbul edərsə, biz Əhli-Beytdən deyil.»[ Tufəful-Uqul, səh.58]
2382. İmam Sadiq (ə): «Allah-taala möminə, özünü xar etməyin ixtiyarından başqa, hər bir işin ixtiyarını vermişdir.»[ əl-Kafi, c.5, səh.63, hədis3]

2384. İmam Sadiq (ə): «Möminə özünü xar etmək yaraşmaz.» Ərz etdilər:«Mömin özünü necə xar edər?» Buyurdu:«Bacarmadığı bir işə baş qoşar və bununla da, özünü xar və başıaşağı edər.»[Mişkətul-Ənvar, səh.245]

758. İnsanı zəlil edən amillər
2385. Allahın Peyğəmbəri (s): «İnsanlar dinar və dirhəmi Allah yolunda xərcləməyə simiclik edib eynə»[Eynə ticarət budur ki, insan bir malı müəyyən bir qiymətə nəqd surətdə alar və sonra həmin malı əvvəlkindən baha qiymətə nisyə surətdə həmin adama satar, ya əksinə.] ticarətilə məşğul olsalar, öz mal-qarasının dalınca qaçıb Allah yolunda cihadı tərk etsələr, öz (xalis) dinlərinə qayıtmayınca Allah-taala onları zəlilliyə düçar edər və zillət boyunduruğunu onların boynundan çıxarmaz.»[Kənzul-Ummal, hədis 10504]
2386. Allahın Peyğəmbəri(s): «Ən zəlil insan, başqalarını xar edəndir.»[Biharul-Ənvar, c.75, səh.142, hədis2]
2387. İmam Əli (ə): «Xalq zəlilliyin qorxusundan zəlilliyə tərəf tələsər.»[Ğurərul-Hikəm, hədis 2172]
2388. İmam Əli (ə): «Öz çətinliyinin üzərindən pərdəni götürən (yəni, hər yerdə öz problemindən danışan) şəxs özünü zəlilliyə düçar etmişdir.»[Tuhəful-Uqul, səh.201]
2389. İmam Baqir (ə): «Tamah kimi zəlillik və alçaqlıq yoxdur.» [Tuhəful-Uqul, səh.286]
2390. İmam Sadiq (ə): «Həyatı sevən kəs, xar olar.»[ əl-Xisal, səh.120, hədis110]

2391. «Biharul-ənvar» belə nəql olunur ki «Bir nəfər öz qonşusundan o Həzrətə (ə) şikayət etdi. Həzrət (ə)buyurdu: «Səbr et.» Ərz etdi: «Camaat məni zəlillikdə ittiham edir.» Həzrət buyurdu:«Zəlil- zülm edən kəsdir.»[Biharul-Ənvar, c.78, hədis 205, hədis46]


Category: Zəlillik | Added by: IslamQadini (2013-03-26)
Views: 321 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]