«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 3:38 PM
Main » Articles » Nurlu kelamlar » MÖ`MİNLƏRİN HEYSİYYƏTİNİ QORUMAQ

Nurlu kelamlar

 

MÖ`MİNLƏRİN HEYSİYYƏTİNİ QORUMAQ

128–İmam Baqir əleyhissalam buyurur:  Mö`minin başqa mö`min üzərindəki vacib haqlarından biri budur ki, onun (hətta) yetmiş böyük günahını gizlətsin.

Biharul-ənvar /74/301.

***

129–İmam Əli əleyhissalam buyurur:  Müsəlman qardaşının üzrünü qəbul et. Əgər onun üzrü olmasa, sən özün onun üçün üzr düzəlt!

Biharul-ənvar /74/165.

***

130–İmam Əli əleyhissalam buyurur:  Xəyanətlərin ən qəbahətlisi müsəlman şəxsin gizli sirlərini faş etməkdir.

Müstədrəkul-vəsail /12/305, N.14155.

***

131–İmam Əli əleyhissalam buyurur:  Xəta etmiş şəxsə camaat arasında nəsihət vermək, həqiqətdə onun şəxsiyyətini alçaltmaqdır. (Gərək gizlində nəsihət verilsin.)

Ğürərul-hikəm /322.

***

132–İmam Sadiq əleyhissalam buyurur:  Allah dərgahında ən sevimli əməllərdən biri mö`mini sevindirmək, ac olarsa onu doyurmaq, qəm-qüssəsini dağıtmaq və borcunu ödəməkdir.

Kafi /2/192.

Category: MÖ`MİNLƏRİN HEYSİYYƏTİNİ QORUMAQ | Added by: IslamQadini (2009-10-07)
Views: 1047 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]