«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-18, 10:21 AM
Main » Articles » Nurlu kelamlar » ƏMR BE MƏ`RUF VƏ NƏHY ƏZ MÜNKƏR

Nurlu kelamlar
 
 
ƏMR BE MƏ`RUF VƏ NƏHY ƏZ MÜNKƏR
156–Allah-taala buyurur:  Sizin aranızda bir dəstə olmalıdır ki, camaatı yaxşılıqlara də`vət edib, pis işlərdən çəkindirsin. Bunlar nicat tapanlardır.
Ali-İmran surəsi, 104-cü ayə.

***
157–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Mənim ümmətim əmr be mə`ruf və nəhy əz münkərdə səhlənkarlıq edib bu mühüm vəzifəni yerinə yetirməyi bir-birinə həvalə etsələr, bilsinlər ki, Allah ilə müharibəyə qalxmışlar.
Biharul-ənvar /100/92.
***
158–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hər kəs qəlbi, dili və ya əli ilə nalayiq və pis işlərdən çəkindirməyi tərk etsə, diri insanlar arasında gəzən ölüdür.
Biharul-ənvar /100/94

***
159–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Bir müsəlmanı haram işdən çəkindirməyin mükafatı, Allah yanında yetmiş qəbul olunmuş həcdən daha üstündür.
Müstədrəku-vəsailiş-şiə /11/278.

***
160–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Yaxşı işlərə əmr et və özün də yaxşı iş görənlərdən ol, pis işlərdən əlinlə və dilinlə çəkindir və çalış, onu görən şəxslərə qoşulmayasan. Allah yolunda var gücünlə, ləyaqətlə mübarizə et, Allah barəsində tə`nə vuranların yaramaz sözləri səni mütəəssir etməsin.
Nəhcül-bəlağə /392, 31-ci məktub.

***
161–İmam Baqir əleyhissalam buyurur:  Həqiqətən yaxşı işlərə çağırış və pis işlərin qarşısını almaq peyğəmbərlərin, saleh şəxslərin yoludur. Bu əzəmətli bir vacib əməldir ki, onunla vacib işlər bərqərar olunar, sair e`tiqad üsulları amanda qalar, onun vasitəsilə kəsblər, qazanclar halallıq tapar, zülmlər aradan gedər və yer üzü ədalətlə abad olar.
Kafi /5/56.

***
162–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Dinin və şəriətin davam gətirməsi əmr be mə`ruf, nəhy əz münkər və ilahi hədlərin tətbiq olunması ilədir.
Ğürərul-hikəm /136.

***
163–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kəs yaramaz bir iş baş verdiyini görən zaman bacarırsa əli ilə onun qarşısını almalı və əgər bacarmırsa dili ilə bu işə mane olmalı və əgər buna da qadir deyilsə qəlbən e`tirazını bildirməlidir.
Vəsailuş-şiə /16/135.

***
164–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Əmr be mə`ruf və nəhy əz münkər işini yerinə yetirən şəxs Allahın və Onun Rəsulunun yer üzündəki xəlifəsidir.
Müstədrəkul-vəsail /12/179.

***
165–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Nə qədər ki, mənim ümmətim əmr be mə`ruf, nəhy əz münkər edib yaxşı və təqvalı işlərdə əlbir olsalar səadətdə və xoşbəxtlikdə yaşayacaqlar. Amma əgər bu işləri tərk etsələr xeyir-bərəkət aralarından gedər.
Təhzib /6/181.

***
166–İmam Əli əleyhissalam oğlanları imam Həsən və Hüseyn əleyhiməssalama vəsiyyətində (məl`un ibni Mülcəm tərəfindən zərbətləndikdən sonra) buyurur:  Allah-Allah (sizi and verirəm Allaha) cihaddan qafil olmayın, öz malınız, canınız və dilinizlə Allah yolunda cihad etməkdən qafil olmayın... Əmr be mə`ruf və nəhy əz münkəri tərk etməyin, əks təqdirdə ümmətin ən şər insanları sizə hakim kəsilər və o zaman dua edərsiniz, amma qəbul olunmaz.
Nəhcül-bəlağə /422, 47-ci məktub.

***
167–İmam Əli əleyhissalam buyurur:  Əmr be mə`ruf bəndələrin ən fəzilətli əməlidir.
Müstədrəkul-vəsail /12/185.

***
168–İmam Sadiq əleyhissalam buyurur:  Bütün yaxşı əməllər Allah yolunda cihad, əmr be mə`ruf və nəhy əz münkər işi ilə müqayisədə tufanlı dərya müqabilində ağız suyuna bənzəyir.
Biharul-ənvar /100/89.

***
169–İmam Baqir əleyhissalam buyurur:  Allah-taala Şüeyb peyğəmbərə vəhy nazil etdi:  Həqiqətən sənin qövmündən yüz min nəfərə əzab verəcəyəm. Onlardan qırx mini pis adamlar, altmış mini isə yaxşı adamlardır. Şüeyb ərz etdi:  Ey Rəbbim, onlar ki, pislərdir sözüm yoxdur, amma yaxşı insanların günahı nədir? Allah-taala ona vəhy etdi:  Onlara əzab verməyimin səbəbi budur ki, onlar günahkarların işləri qarşısında razı olub sükut etdilər və günahkarlar asi olan vaxtda Mənim qəzəbimlə qəzəblənmədilər (günahkarların puç və yaramaz əməllərini, qanunu pozmalarını gördülər və səhlənkarlıq edib əmr be mə`ruf nəhy əz münkər etmədilər).
Kafi /5/56.

***
170–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Yaxşılıqlara əmr edin, pisliklərdən çəkindirin və bilin ki, əmr be mə`ruf və nəhy əz münkər sizin əcəlinizi yaxınlaşdırmaz və ya ruzinizi kəsməz.
Vəsailuş-şiə /16/120.

***

171–İmam Sadiq əleyhissalam buyurur:  Vay olsun o kəslərə ki, əmr be mə`ruf və nəhy əz münkər etmək vasitəsilə Allahın dinini himayə etmirlər.
Müstədrəkul-vəsail /12/181.

Category: ƏMR BE MƏ`RUF VƏ NƏHY ƏZ MÜNKƏR | Added by: IslamQadini (2009-10-07)
Views: 1204 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]