«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 10:56 AM
Main » Articles » Muxtelif me'lumatlar » Allahın razılığı, yoxsa xalqın istəyi?

Allahın razılığı, yoxsa xalqın istəyi?
Allahın razılığı, yoxsa xalqın istəyi?


Çox vaxt kim olduğumuzu, haradan gəldiyimizi unuduruq. Nə üçün yaradıldığımız yadımızdan çıxır. Yadımızdan çıxır ki, Allaha doğru qayıdacağıq. Dünyanı özümüzə vasitə yox, hədəf qərar veririk. Bu hədəfində bir hədəfi var. Camaatın nəzəri. Allahın rizası ya camaatın nəzəri? İnsanlar daim uzun- uzadı istəklərin ardınca getdiyi üçün istəkləri tez- tez dəyişir. İstəkləri də dəyişdiyi üçün məcburən bizim də hədəfimiz dəyişir. Çünki bizim üçün vacib olan onların razılığıdır. Elə yaşayaq ki, onlar bizdən razı qalsın. Bizdən narazı olmasınlar. Onların bəh- bəhi bizim üçün əsas meyardır. Camaatın diqqətini cəlb etmək üçün onlarla uyğunlaşıram. Müxalifət etmirəm. Necə toy edimki, camaatın xoşuna gəlsin? Kimnən evlənim ki, hamı bəyənsin? Toy süfrəsi necə olsun ki, camaat razı qalsın? Halbuki bunların heç birini övliyalarımız bizə tövsiyyə etməmişlər. Əgər bunlar yaxşı şey olsaydı şübhəsiz ki, Rəbbimiz bunu bizə məsləhət görərdi.

 Şamlı bir kişi Əlidən (ə) soruşur: "Ən bədbəxt insan kimdir?” Əli (ə) cavab verir ki, dinini dünyasına dəyişən şəxs".

 Allah Rəsulu Həzrət Məhəmməd (s) buyurur: "Bir kəs halal bir xanımla evlənsə, ruzusu halal olsa, amma niyyəti fəxr etmək olsa Allah bu izdivacın məhsulunu zillət və xarlıq edər. ”

 " Camaatın razılığını əldə etmək üçün çalışanların yeri cəhənnəmdir.” Axı niyə sənin üçün əsas meyar camaatın bəh- bəhidir ki, cəhənnəmi də özünə məskən seçirsən? İmam Baqir (ə) buyurur: "Camaatın qoyduğu dəyəri Allahın qəzəbinə dəyişən şəxsin özünü həmin camaat qınayacaqdır”.

 Kufəli bir şəxs İmam Hüseynə (ə) məktub yazır: " Mənə dünya və axirət səadətini başa sal. ” İmam Hüseyn (ə) buyurur: "” Allahın razılığını camaatın qəzəbinə dəyişən şəxsi Allah camaatdan ehtiyacsız edər. Yox əgər camaatın istəyini nəzərə alsa Allah onu camaata tapşırar.”

 Ey camaat! gəlin Allahın istək və razılığını ötəri olan bu dünyanın hədəfləri üçün xərcləməyək.

haqyolu

Category: Allahın razılığı, yoxsa xalqın istəyi? | Added by: IslamQadini (2012-06-18)
Views: 1162 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]