«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 3:55 AM
Main » Articles » Nurlu kelamlar » QADIN VƏ ONUN ÖZ ƏRİNİ XOŞHAL ETMƏSİ

Nurlu kelamlar
 
 
QADIN VƏ ONUN ÖZ ƏRİNİ XOŞHAL ETMƏSİ

305–İmam Baqir əleyhissalam buyurur:  Qadınlar üçün qiyamət günündə ən böyük şəfaət edən ərlərinin razılığıdır.
Biharul-ənvar /81/345.
***

306–İmam Riza əleyhissalam Əmirəl-mö`minin Əli əleyhissalamdan rəvayət edir:  Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır.

Soruşuldu ki, ya Əli, bu beş xislət nədən ibarətdir?

Buyurdu…

Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq;

Xoşxasiyyət, mülayimlik və mehribançılıq;

Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək;

Ərini əsəbi və ya yorğun halda gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək;

Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək.

Sonra buyurdu:  Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq.
Kafi /5/324.
***

307–İmam Sadiq əleyhissalam buyurur:  Hər bir qadın əri haqlı olaraq ondan narahat olduğu halda gecələsə, mütəal Allah onun namazını əri razı olana qədər qəbul etməz.
Kafi /5/507.
***

308–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Kişinin öz yoldaşı üzərində olan haqqı budur ki:  (arvadı) çırağı yandırsın, yemək hazırlasın, evin qapısına qədər xoş sözlərlə onu qarşılamağa çıxsın və üzrlü vaxtlardan başqa özünü onun ixtiyarında qoysun.
Məkarimul-əxlaq /2/246.
***

309–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadın ərinin haqqını ödəməyincə, Allahın haqqını ödəyə bilməz.
 Müstədrəkul-vəsail /14/257.
***

310–İmam Baqir əleyhissalam buyurur:  Bir gün bir qadın Allahın Rəsulunun (s.ə.v.v.) xidmətinə yetişib o Həzrətdən sual etdi ki, kişinin qadının boynunda olan haqqı nədir? Allahın Rəsulu (s.ə.v.v.) cavabında buyurdu:  İtaət edib ona qarşı çıxmamaq.
Vəsailuş-şiə /10/527.

Category: QADIN VƏ ONUN ÖZ ƏRİNİ XOŞHAL ETMƏSİ | Added by: IslamQadini (2009-10-01)
Views: 1586 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]