«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-18, 8:17 PM
Main » Articles » Nurlu kelamlar » QIRX HƏDİS

Nurlu kelamlar
 
QIRX HƏDİS

«Qırx hәdisin әhәmmiyyәti»

Bir sıra hәdislәrdә qırx hәdisin öyrәnilmәsi barәdә tә`kid olunaraq, bu haqda gözәl vә`dlәr verilmişdir. O cümlәdәn aşağıdakı hәdislәri qeyd etmәk olar:

1-Hәzrәt Məhəmməd (sәllәlahu әlәyhi vә Allihi vә sәllәm) buyurur:

مَنْ حَفِظَ مِنْ اُمَّتى اَرْبَعِينَ حَدِيثَا يَنْتَفِعُونَ بِهَا، بَعَثَهُ اللهُ يَوْمَ الْقِيامَةِ فَقِيهًا عالِمًا

«Allah-taala mənim ümmətimdən, üz dini məsələlərində istifadə etmək etdikləri qırx hədisi əzbərləyən şəxsləri, Qiyamət günü fəqih alim kimi gətirəcəkdir.»[1]

2- Hәzrәt Peyğəmbər (sәllәlahu әlәyhi vә Allihi vә sәllәm) buyurur:

مَنْ نَقَلَ عَنّى اِلَى مَنْ يَلْحِقُنى مِنْ اُمَّتى اَرْبَعِينَ حَدِيثًا كُتِبَت فِى زُمْرَةِ الْعُلَماءِ وَحُشِرَ فِى جُمْلَةِ الشُّهَداءِ

«Gələcək müsəlmanlara məndən qırx hədis söyləyənlər, alimlərdən hesab olunub, şəhidlərin cərgəsində məhşur olacaqdır.»[2]

3- Hәzrәt Peyğəmbər (sәllәlahu әlәyhi vә Allihi vә sәllәm) buyurur:

مَنْ تَرَكَ اَرْبَعِينَ حَدِيثًا بَعْدَ مَوْتِهِ فَهُوَ رَفِيقى فِى الْجَنَّةِ

«Vәfatından sonra qırx hәdisi qoyub gedәn şәxs, Cәnnәtdә mәnim dostum olacaqlır.»[3]

4- Hәzrәt Peyğəmbər (sәllәlahu әlәyhi vә Allihi vә sәllәm) buyurur:

مَنْ حَفِظَ مِنْ اُمَّتى اَرْبَعِينَ حَدِيثًا مِنَ السُّنَّةِ كُنْتُ لَهُ شَفِيعًا يَوْمَ الْقِيامَةِ

«Mәnim ümmәtimdәn hәr kәs davranış(ım)-dan qırx hәdis hifz edәrsә, mәn Qiyamәt günü onun şәfaәtçisi olaram.»[4]

5- Hәzrәt İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ حَفِظَ مِنْ شِيعَتِنَا اَرْبَعِينَ حَدَيثًا بَعَثَهُ اللهُ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيامَةِ عالِمًا فَقِيهًا وَلَمْ يُعَذِّبْهُ

«Şiәlәrimizdәn hәr kәs qırx hәdis hifz edәrsә, Allah-taala onu Qiyamәt günü düşüncәli alim (halında) gәtirәr vә ona әzab etmәz.»[5]

Әllamә Mәclisi özünün «Biharul-әnvar» kitabında qırx hәdisin hifz olunması barәdә hәdisi nәql etdikdәn sonra belә yazır:

«Bu (qırx hәdisin hifz olunması barәdә olan) hәdisin zahirindәn qırx hәdisi hifz etmәkdә, onların nәql olunmasında bir-birindәn ayrı olduğunun şәrt olunmaması başa düşülür. Belә ki, qırx hökmә şamil olan yalnız bircә hәdisi hifz etmәk dә bunun üçün kifayәtdir. Çünki o hökümlәrin hәr biri özlüyündә bir hәdis sayıla bilәr.»[6]

Hәmçinin qeyd olunmuş hәdislәrdә qırx hәdisin hifz olunmasından söhbәt açılmışdır ki, hәdisin hifz olunmasını üç halәt vә ya üç mәrhәlәdә qeyd etmәk olar:

1- Qırx hәdisin hifz edilmәsi; yә`ni onların әzbәrlәnmәsi;

2- Qırx hәdisin hifz edilmәsi; yә`ni onların yazılıb saxlanılması;

3-Qırx hәdisin hifz edilmәsi; yә`ni onlara әmәl etmәklә o hәdislәrin göstәrişlәrini qoruyub saxlamaq vә bu yolla onları başqalarına çatdırmaq.

Bildiyiniz kimi birinci vә ikinci halәtlәr üçün insana savab yazılarsa da, hәdislәrdә verilmiş böyük vә`dlәrin әsasәn qırx hәdisә әmәl edib onların göstәrişlәrini hәyata keçirәn şәxsә aid olması nәzәrә çarpır. Bu isә bәyәnilmiş vә insanın xeyrinә olan bir mәrhәlәdәn ibarәtdir.

Bu izahlardan sonra Hәzrәt Məhəmməd (sәllallahu әlәyhi vә Alihi vә sәllәm) vә onun Әhli-beyti (әlәyhimus-salam)-dan olan qırx hәdisi diqqәtinizә çatdırırıq:

«Elmin fәzilәti»

1- Hәzrәt İmam Әli (ə) buyurur:

«Elm yeddi cəhətdən var-dövlәtdәn (maldan) üstündür:

1) Elm Peyğəmbərlәrin, mal isә Fironların mirasıdır.

2) Elmi başqasına vermәklә azalmaz, mal isә azalar.

3) Malı qorumaq lazımdır, elm isә öz sahibini qoruyur.

4) Elm kәfәnә daxil olur, mal isә (qəbirdәn çöldә) qalır.

5) Mal hәm mö`min, hәm dә kafir üçün, elm isә yalnız mö`min üçün hasil olur.

6) Xalq dini işlәrindә alimә möhtac olur, lakin (var-dövlәt vә) mal sahibinә möhtac olmur.

7) Elm öz sahibinin «Sirat» körpüsündәn keçmәsinә kömək edir, mal isә mane olur».[7]

«Elm vә әmәl»

2-Hәzrәt Məhəmməd (s) buyurur:

«Mәnim ümmәtimdәn hәr bir ağıl vә düşüncә sahibinә dörd şey zәruridir»«. Soruşuldu: "Ey Allahın elçisi! Onlar nәdir?”  Hәzrәt (s) buyurdu: "Elmi eşitmәk, onu hifz etmәk, yaymaq vә ona әmәl etmәk».[8]

«Tәlәbә vә alim»

3- Hәzrәt İmam Sadiq (ə) buyurur:

«Dünyasını sevәn alimi gördükdә, onu dininizә qarşı çıxmaqda ittiham edin (vә onun hәqiqi din alimi olduğuna inanmayın). Çünki, hәr bir şeyin sevgisi (yalnız) onun әtrafında fırlanır... Allah-taala Davud Peyğəmbərә vәhy etdi ki, (Ey Davud!) mənimlə öz aranda dünyaya aldanmış alimi vasitә qәrar vermә! Çünki, belәləri sәni mәnim mәhәbbәtimdәn ayrı salarlar. Həqiqətən onlar, mәni axtaran bәndәlәrim üçün yol kәsәnlәrdir. Hәqiqәtәn, onlar haqda etdiyim әn az iş (cәza) budur ki, mənimlə münacat və raz-niyazın şirinliyini ürәklәrindәn götürәrәm».[9]

«Ağıl»

4- Hәzrәt İmam Әli (ə) buyurur:

«İslamın yeddi qaydası vardır:

1) Səbr və dözümün әsası olan ağıl; 2) Abır-həyani qorumaq vә doğru danışmaq; 3) Düzgün vә diqqәtlә Qur`an oxumaq; 4) Allah yolunda dostluq (tәvәlla) vә düşmәnçilik (tәbәrra) etmәk; 5) Hәzrәt Məhəmməd (s)-in Əhli-beytininin haqq-hüququ vә onların vilayәtini tanımaq; 6) Qardaşların haqqını tanımaq vә onları himayә etmәk; 7) İnsanlarla yaxşı qonşuluq».[10]

«Tәfәkkür»

5- Hәzrәt İmam Rza (ə) buyurur:

«İbadәt çoxlu namaz qılıb, oruc tutmaqda deyildir, әksinә, әn kamil ibadәt Allah-tәalanın işlәrindә tәfәkkür etmәkdәn ibarәtdir».[11]

«İbadәt»

6- Hәzrәt Әmirәl-mö`minin İmam Әli (ə) buyurur:

«Hәqiqәtәn, xalqın bir dәstәsi Allaha (cənnət vә savab) istәyi ilә ibadәt edirlər. Bu, tacirlәrin ibadәtidir. Başqa bir qrup (cәhәnnәm vә әzab) qorxusundan ibadәt edirlәr. Bu, qulların ibadәtidir. Digәr bir dәstә isə Allaha şükür etmәk üçün ibadәt edirlәr. Bu, azad insanların ibadәtidir».[12]

«Namaz»

7- Hәzrәt İmam Baqir (ə) buyurur:

 «(Qiyamәt günü) bәndәdәn hesab olunacaq ilk (әmәl) namazdır. Əgər namaz qәbul olunsa, başqa әmәllәr dә qәbul olunar».[13]

«Yaxşılığa dә`vәt vә pislikdәn çәkindirmәk»

8- Hәzrәt Әmirәl-mö`minin İmam Әli (ə) buyurur:

«Әmr be mә`ruf vә nәhy әz münkәri (yaxşılığa dә`vәt vә pislikdәn çәkindirmәyi) tәrk etmәyin. (Əks təqdirdə,) Allah әn pis adamları sizә başçı edәr vә dua etdikdә dualarınız qәbul olunmaz».[14]

«İxlas»

İzah:

Әrәb lüğәti kitablarında «xalis» sözü çirkinlik vә qatışıqlıqlardan tәmiz vә saf olmaq mә`nasında işlәnmişdir.[15] 

9- Hәzrәt Peyğəmbər (s) buyurur:

«Hәr kәs qırx gün müddәtindә әmәllәrini ixlasla yerinə yetirsə, Allah-tәala hikmәti onun qәlbindәn dilinә cari edәr».[16] 

Hәmçinin, digər bir hədisdə İmam Baqir (ə) buyurmuşdur:

«Bәndә qırx gün müddәtindә imanını yalnız Allah üçün xalis edәrsә, Allah-tәala onu dünyaya qarşı meyilsiz (zahid) edәr, dünyanın dәrd vә dәrmanını ona tanıtdırar vә daha sonra hikmәti onun qәlbindә möhkәmlәdib,  dilinə gәtirәr».[17]

«Sәbr»

10- Hәzrәt Әmirәl-mö`minin İmam Әli (ə) buyurur:

«Sәbr üç növdür: Müsibәtә dözmәk, (Allah) itaәtinә dözmәk vә günaha dözmәk (yә`ni özünü günahdan saxlamaq)».[18]

«Sәqәleyn»

İzah:

Əziz Peyğəmbərimizin (s) dönә-dönә ümmәtinә tapşırıdığı әn mühüm vәsiyyәti «Sәqәlәyn» olmuşdur. Sәqәlәyn әrәb sözü olub, iki ağır şey mә`nasını daşıyır. Hәzrәt Peyğəmbər (s) bu sözü «Qur`an» vә «Әhli-beyt» haqqında işlәtmiş vә onları iki ağır әmanәt kimi ümmәtinә tapşırmışdır. Hәzrәt Peyğəmbərin (s) bu mәzmunlu hәdisi «Sәqәlәyn» hәdisi adı ilә mәşhur olmuş vә istәr sünnü, istәrsә dә şiә mәzhәblәrinin mö`tәbәr hәdis kitablarında e`tibarlı hәdislәr cәrgәsindә nәql olunmuşdur.

Qur`ani-Kәrim ilә Әhli-beyt (әlәyhimus-salam)-ın ağır (әmanәt) adlanmasında üç nәzәriyyәni qeyd etmәk olar:

Birinci nәzәriyyә:

Qur`an vә Әhli-beytin (ә) göstәrişlәrinә qulaq asıb, onlara әmәl etmәk çәtin olduğu üçün, onlar sәqәlәyn-yә`ni iki ağır (әmanәt) adlanmışlar.

İkinci nәzәriyyә:

Qur`an vә Әhli-beytә (ә) «Sәqәlәyn» deyilmәsinin fәlsәfәsi, onların böyük vә uca mәqama layiq olmaları ilə bağlıdır.

Üçüncü nәzәriyyә:

«Sәqәlәyn» sözünün kökü "sәqәl” sözündәndir. «Sәqәl» isə sәfәrә çıxan şәxsin yükü deməkdir. Buna әsasәn, sәadәt vә insaniyyәt zirvəsinә çatmaq istәyәn hәr bir şәxs, bu iki ağır әmanәtlә birgә olmalı vә onların göstәrişlәrinә uyğun hәrәkәt etmәlidir.

11-Cabir ibni Әbdullah əl-Әnsari nәql edir ki, hәzrәt Peyğəmbər (s) buyurmuşdur:

"Ey camaat! Mәn sizin aranızda elә bir şey qoyub gedirәm ki, onlara  tabe olsaz,  heç vaxt yolunuzu azmayacaqsınız: Allahın kitabı vә mәnim Әhli-beytim».[19]

«Әmanәt»

12- Hәzrәt İmam Sadiq (ə) buyurur:

«Təqvalı olun vә sizә әmanәt tapşırmış şәxsin әmanәtini qoruyun. Hətta Әmirәl-mö`minin Əli(ə)-ın qatili belә mәnә bir әmanәt verәrsә, onun әmanәtini (olduğu kimi qoruyar vә vaxtında) özünә qaytararam».[20]

«Sirr saxlamaq»

13- Hәzrәt İmam Sadiq (ə) buyurur:

«Dostunu öz sirrindәn xəbərdar etmә. Lakin, düşmәninin xәbәrdar olduqda sәnә ziyan yetirə bilməyəcəyi sirrini açmağının eybi yoxdur. Çünki, (bugünkü) dostun bir gün sәnə düşmәn ola bilər».[21]

«Tәvәkkül»

İzah:

Tәvәkkül sözündә әsas mәqsәd, müsәlman şәxsin bütün sahәlәrdә öz səyindən sonra Allaha arxalanması vә işin nәticәsinә baxmayaraq, yalnız Allahın istәyinә tabe olmasıdır. Amma,  qeyd etmәk lazımdır ki, tәvәkkül etmək heç də әllәri bir-birinin üstünә qoyub, gözləmək  mә`nasını daşımır.

14- Hәzrәt İmam Rza (ə) buyurur:

«İman dörd әsasdan ibarәtdir: Allah-taalaya tәvәkkül etmәk, onun qәzasına (mәslәhәt bildiyinә) razı olmaq, Allah әmrinә tәslim olmaq vә (hәyatda işlәrini) Allaha tapşırmaq».[22]

«İffәt»

İzah:

«İffәt sözü şәhvәt qüvvәsinin tam qәlәbәsinin qarşısını almaq mә`nasında olsa da, Qur`ani-Kәrim vә hәdislәrdә bu sözlə, cinsi azğınlıqdan  uzaq olmaq vә qarın pәrhizkarlığı nәzәrdә tutulur.[23]

15- Hәzrәt İmam Baqir (ə) buyurur:

«Qarın vә övrәt iffәti (onları haramdan saxlamaq) әn üstün ibadәtdir».[24]

«Tәqva»

İzah:

Tәqva, ilahi әzab vә qәzәbә sәbәb olmasın deyә, Allah-taalanın göstәrişlәrini (vacib әmәllәrini) hәyata keçirmәk vә onun qadağan (haram) etdiyi işlәrdәn çәkinmәkdәn ibarәtdir.

16- Hәzrәt İmam Әli (ə) buyurur:

«Hәqiqәtәn, tәqva sahiblərinin bir neçә özünəməxsus әlamәtlәri vardır: Düz danışmaq, әmanәti qaytarmaq, әhdә vәfa qılmaq, fәxr vә xəsisliyin azlığı, qohumlarla rabitә yaratmaq, zәiflәrә qarşı mehriban olmaq, qadınlarla az әlaqә, yaxşılıq hәdiyyәsi, gözәl әxlaq, böyük dözüm vә insanı Allaha yaxınlaşdıran elmә tabeçilik.  Xoş vә gözәl aqibәtlәr olsun onlara!»[25]

«Qur`an»

17- Hәzrәt Məhəmməd (s) buyurur:

«Fitnәlәr qaranlıq gecәlәr tәk sizi әhatә etdikdә, Qur`ana üz tutun. Çünki, Qur`an şәfaәti qәbul olunmuş şәfaәtçi vә sözləri tәsdiq olunmuş xәbәr verәndir. Onu özünә rәhbәr edәnləri cənnətə, ondan qabağa keçәnləri isә cәhәnnәmә aparacaqdır».[26]

«Nәfslә mübarizә»

18- Hәzrәt İmam Sadiq (ə) buyurur:

«Hәzrәt Peyğəmbər (s) bir ordunu (döyüş üçün) yola saldı (vә onlar döyüşdәn) qayıtdıqda, o hәzrәt (s) buyurdu: "Kiçik cihadı yerinә yetirən vә öhdәlərindә böyük cihadın qaldığı insanlara eşq olsun!” Soruşdular: "Ey Allahın elçisi! Böyük cihad nәdir?” Hәzrәt (s) buyurdu: "(Böyük cihad) nәfslә mübarizә aparmaqdır».[27]

«İstiğfar»

İzah:

İstiğfar әrәb sözü olub, ilahi әzab vә cәzalardan uzaq olmaq üçün Allah-taaladan әfv vә bağış diləməyə deyilir.

19- Hәzrәt Әmirәl-mö`minin İmam Әli (ə)-ın yanında bir nәfәr «Әstәğfirullah (Allahdan әfv istəyirəm)” - dedikdә, o hәzrәt (ə) buyudu: «Anan matәmindә otursun, heç bilirsәnmi «istiğfar» nә demәkdir? Hәqiqәtәn, Allahdan әfv istəmәk, uca mәqamlı insanların dәrәcәsidir vә onun altı şərti vardır:

1. Keçmiş günahlardan peşman olmaq.

2. Keçmiş günahları bir daha təkrar etməmək üçün ciddi qәrara gәlmәk.

3. Allahla görüşәn zaman (ölәndən sonra) boynunda heç kimin haqqı olmasın deyә, xalqın haqqını özünә qaytarmaq.

4. Yerinә yetirmәdiyin vacib әmәllәrin haqqını ödәmәk üçün onları yerinә yetirmәk.

5. Haramdan әmәlә gәlmiş әtlәri qәm-qüssә (vә peşmançılıqla) әritmәk vә (nәticәdә) dәri sümüklәrә yapışdıqdan sonra yenidәn inkişaf etmәk.

6. Bәdәnә günahların şirinliyini dadızdırdığın kimi, Allaha ibadәt vә itaәtin çәtinliyini dadızdırmaq. Və bütün bunlardan sonra  "Əstәğfirullah” deyib, Allahdan әfv istəyə bilәrsәn».[28]

«Dua»

20- Hәzrәt Fatimə (salamullahi әlәyha) nәql edir ki, hәzrәt Məhәmmәd (s) buyurmuşdur:

«Hәqiqәtәn, Cümә günündә elә bir saat (zaman) vardır ki, müsәlman şәxs o saatda Allah-tәaladan bir xeyir istәyәrsә, Allah onun istәyini әta edәr”. Dedim: "Ey Allahın elçisi, o, hansı saatdır?” Buyurdu: "O, günәşin yarısının üfüqdә gizlәndiyi vaxtdır».[29]

«Övlad»

21-Hәzrәt İmam Sadiq (ə) nәql edir ki, hәzrәt Məhəmməd (s) buyurmuşdur:

«Oğulun ata boynunda haqqı budur ki, (hələ dünyaya gəlməzdən öncə) ona yaxşı ana seçsin, yaxşı ad qoysun, qur`an öyrәtsin, onu pak etsin (әxlaqını saflaşdırsın) vә ona üzgüçülük öyrәtsin. Qızın ata boynunda haqqı budur ki, ona yaxşı ana seçsin, yaxşı ad qoysun, ona Yusif surәsini deyil, Nur surәsini öyrәtsin.və onu әr evinә köçürmәkdә tәlәssin”.

Hәzrәt İmam Sadiq (ə) bu hәdisi nәql etdikdәn sonra buyurdu: "Əgər qızının adıni Fatimә qoymuşsansa, ona söyüş vermə, lә`nәtləmə vә vurma!»[30]

«Qәnaәt»

22-Hәzrәt İmam Sadiq (ə) buyurur:

«Var-dövlət məsələsində  özünü səndən aşağı sәviyyәdә olanlarla müqayisə et, özündәn yuxarı sәviyyәdә olanlara baxma. Çünki, (yalnız) bu zaman sәnin üçün ayrılmış ruziyә qane olarsan».[31][26]

«Evlәnmәk»

23- Hәzrәt Məhəmməd (s) buyurur:

«Cavanlıq yaşlarında evlәnәn gәncin şeytanı fәryad edәrәk belә deyәr: "Vay olsun! (Bu gәnc) dininin üçdә ikisini mәndәn qorudu!» Bәndә, qalan üçdә birindә isә tәqvalı olmalıdır».[32]

«Salavat»

24-Hәzrәt Peyğəmbər (s) buyurur:

«Mәnә vә mәnim Əhli-beytimә salavat göndәrmәk nifaqı (ikiüzlülüyü) aradan götürər».[33]

«Qohumlarla rabitә»

25-Hәzrәt İmam Baqir (ə) buyurur:

«Sileyi-rәhim (qohum vә yaxınlarla rabitәdә olmaq), әmәllәri saflaşdırır, malları çoxaldır, bәlanı qaytarır, (Qiyamәt gününün) hesabını asanlaşdırır vә әcәli tә`xirә salır».[34]

«Sәdәqә»

26-Hәzrәt Peyğəmbər (s) buyurur:

«Sәdәqә verin, çünki onun on xüsusiyyәti (mәnfәәti) vardır ki, beşi dünyada, beşi isә axirәtdәdir. Dünyada olan mәnfәәtlәri bunlardır: Mal vә bәdәnlәrinizin paklığı, xәstәlәrinizin dәrmanı, qәlblәrin sevinci vә ruzinin bolluğu. Axirәtdә olan (mәnfәәtlәri) isә bunlardır: Qiyamәtdә kölgә, hesabın asanlığı, tәrәzinin savab gözünün ağırlığı, Sirat (körpüsünün) icazәsi, vә әn uca mәqam».[35]

«Mö`mini sevindirmәk»

27-Hәzrәt İmam Sadiq (ə) buyurur:

«Allah-tәala yanında әn sevimli әmәllәrdәn biri dә mö`mini sevindirmәk, (bu sevindirmәyin yolları isә) onu doyurmaq, ya çәtinliyini dəf etmək vә yaxud  da borcunu ödәmәkdir».[36]

«Valideynә yaxşılıq»

28-Hәzrәt İmam Sadiq (ə) buyurur:

«Hәr kәs Allah-taalanın ondan ölüm çәtinliklәrini asanlaşdırmasını istәyirsә, qohum vә yaxınları ilә rabitәdә olub, valideyninә ehtiram (vә yaxşılıq) etsin. Belә olduqda, Allah-taala ölümün çәtinliklәrini onun üçün azaldar vә dünyada heç vaxt onu yoxsul etmәz».[37]

«Oruc»

29-Hәzrәt İmam Baqir (ə) buyurur:

«Ramazan ayı daxil olarkәn, gündüzlәri oruc tutan, gecәlәri zikr edәrәk namaz qılan, dili vә övrәtini qoruyan, gözünü (haram baxışlardan) yuman vә qulaqalarını (haram danışıqlardan) qoruyan şәxs, anadan olduğu gün kimi günahsız olar (bütün günahları bağışlanar)».[38]

«Sükut»

30-Hәzrәt İmam Әli (ə) buyurur:

«Allah-taala bir bәndәnin xeyrini istәdikdә, ona az danışmaq, az yemәk  vә az yatmağı ilham edәr».[39]

«Günah»

İzah:

Şeyx Abbas əl-Qummi özünün «Sәfinәtul-bihar» kitabında, Hәzrәt İmam Sadiqdən (ə) nәql olunmuş hәdisә әsasәn, aşağıdakı әmәllәri böyük (kәbirә) günahlar adı ilә qeyd etmişdir:

1-Allah-taalaya şәrik qoşmaq. 2-Allah-tәalanın möhtərəm etdiyi şәxsi qәtlә yetirmәk. 3-Valideynә hörmәtsizlik. 4-Cәbhәdәn qaçmaq. 5-Zülm olaraq yetim malını yemәk. 6-Ribaxorluq (sәlәmçilik). 7-İffәtli qadını zinakarlıqda müttәhim etmәk. 8-Zinakarlıq. 9-Lәvat (kişilәrin həmcinsbazlığı). 10-Oğurluq. 11-Qeyri-zәruri hallarda murdar, qan, donuz әti vә şәriәt qaydası ilә kәsilmәmiş heyvan әtini yemәk. 12-Çәki vә tәrәzi vasitәsi ilә fırıldaqçılıq vә s... yollardan әldә etdiyi haram malı yemәk. 13-Qumar. 14-Zülm şәhadәti. 15-Allahın mehribanlığına naümidlik. 16-Allah-taalanin mәkrindәn (әzabından) özünü amanda bilmәk (arxayinliq). 17-Allah-taalanin rәhmәtindәn məyus olmaq. 18-Mәzlumlara kömәk etmәmək. 19-Zalımlara meyilli olmaq. 20-Yalan and. 21-Heç bir çәtinlik olmadan başqasının hüquqlarını qaytarmamaq. 22-Tәkәbbürçülük. 23-Yalan danişmaq. 24-İsrafkarlıq. 25-Xәyanәt. 26-Hәcci yüngül saymaq. 27-Allah-taalanın dostları (mә`sumlar vә onların canişinlәri) ilә müharibә etmәk. 28- İnsanı Allahın zikrindәn ayıran bihudə vә puç işlәr görmək. 29-Kiçik günahları tәkrar etmәk».[40][35]

31-Nәql olunmuş hәdisә әsasәn bir nәfәr hәzrәt İmam Hüseynin (ə) hüzuruna gәlәrәk әrz etdi: "Mәn günahkar bir adamam vә özümü günahdan saxlaya bilmirəm. Mәnә bir nәsihәt edin”. Hәzrәt İmam Hüseyn (ə) buyurdu:

"Beş şeyә әmәl etdikdәn sonra istәdiyin qәdәr günah et:

1. Allah-taalanın ruzisindәn yemә vә sonra istәdiyin qәdәr günah et:

2. Allah-taalanın vilayәtindәn (məmləkətindən) xaric ol vә istәdiyin qәdәr günah et.

3. Allah-taalanın sәni görә bilmәyәcәyi bir yer tap vә istәdiyin qәdәr günah et.

4. Ölüm mәlәyi ruhunu almaq üçün gәldikdә onu özündәn qovmağı bacar vә sonra istәdiyin qәdәr günah et.

5. (Qiyamәt günü) mәlәk (Allahın mә`muru) sәni cәhәnnәm oduna daxil etmәk istәdikdә daxil olma vә istәdiyin qәdәr günah et».[41]

«Böhtan»

32-Hәzrәt İmam Әli (ə)-dan "Haqla batil arasında nә qәdәr fasilә vardir”- deyә soruşulduqda, buyurdu: «Dörd barmaq (fasilә vardır). Belәliklә, gözünlә gördüyün haqq, qulaqlarınla eşitdiklәrinin çoxu isә batil və yalandır».[42]

«Qeybәt»

İzah:

«Qeybәt» sözündә mәqsәd budur ki, insan hansısa bir müsәlmanın ardınca, onda olan və eşidəcəyi təqdirdə narahat olacaği bir sıra eyib vә çatışmazlıqları başqası vә ya başqaları üçün dilә gәtirsin. Bu, danışmaq, yazmaq, işarә etmək və s. yollarla hәyata keçә bilәr.

33-Hәzrәt Peyğəmbər (s) buyurur:

«(Qiyamәt günü) bәndәnin kitabı (nameyi-әmәli) ona verildikdә deyәr: "Ya Rәbb! (Bəs etdiyim savab әmәllәr hardadır? Onlar mәnim nameyi-әmәlimdә yoxdur.” Allah-tәala buyurar: "(O әmәllәr) xalqın qeybәtini etdiyinә görә pozulub, məhv edilmişdir».[43]

«Riyakarlıq»

İzah:

Riyakarlıq bir şәxsin, xalqın gözündә yaxşı tanınması vә böyük mәqama çatması üçün, özünün saleh әmәllәrini, gözәl xüsusiyyәtlәrini vә ya әqidәsini başqalarına göstәrmәsi vә bәyan etmәsidir.

34-Hәzrәt İmam Sadiq (ə) buyurur:

«Allahdan qorxun vә riyakarlıqdan çәkinin, çünki, riyakarlıq Allaha şәrik qoşmaqdır. Hәqiqәtәn, riyakar şәxs Qiyamәt günü dörd adla çağırılacaqdır: Kağır, azğın, vәfasız vә zinakar! Әmәlin aradan getmiş vә әcrin batil olmuşdur. Bu gün sәnin heç bir bәhrәn (savab vә әcrin) yoxdur. Öz əməllərini kimlər üşün etmisənsə, әcrini də onlardan istә».[44]

«Әhdә vәfa etmәk»

35-Hәzrәt Peyğəmbər (s) buyurur:

«İnsanlarla rәftarında onlara zülm etmәyən, danışdıqda onları aldatmayan və vә`d verdikdә yalançı çıxmayan şəxsin imanı kamillәşmiş, mürüvvәti zahir olmuş, qardaşlığı vacib vә qeybәti haram olmuşdur».[45]

«Mübahisә vә çәkişmә»

36-Hәzrәt Məhəmməd (s) buyurur:

«Hәr kәs üç xüsusiyyәtlә Allahla görüşәrsә, istәdiyi qapıdan cənnətə daxil olar: Әxlaqı gözәl olan, gizli vә aşkarda Allahdan qorxan vә haqq onunla olsa belә çәkişmәni tәrk edәn».[46]

«Tәkәbbür»

37-Hәzrәt Məhəmməd (s) buyurur:

«Qiyamәt günü sizlәrdәn mәnə daha yaxın vә daha sevimliniz, daha gözәl әxlaqlı vә daha çox tәvazökar olanınız, daha uzağınız isə daha tәkәbbürlü olaninizdir».[47]

«Yalan»

38-Həzrət İmam Əli (ə) buyurur:

«Heç bir bәndә zarafat vә ya ciddi yalanı tәrk etmәyincә imanın dadını dadmaz».[48]

«Baxış»

39-Hәzrәt Məhəmməd (s) buyurur:

«Qiyamәt günü üç gözdәn başqa bütün gözlәr ağlayacaqdır: 1-Allah qorxusundan ağlayan göz; 2-Allahın haram etdiklәrindәn yumulan göz; 3-Allah yolunda yuxusuzluq  çәkәn göz».[49]

«Tövbә»

40-Hәzrәt İmam Әli (ə) buyurur:

«Tövbәnin dörd әsası vardır: 1-Qәlbən peşmançılıq;. 2-Dil ilә istiğfar; 3-Bәdәn üzvlәri ilә (saleh) әmәllər etmәk; 4-Bir daha günaha qayıtmamaq üçün (ciddi) qәrara gәlmәk».[50]

«Әdәbiyyat»

1-Qur`ani-kәrim.

2-Biharul-әnvar, Әllamә Mәhәmmәd Baqir əl-Mәclisi.

3-Vәsailuş-şiә ila tәhsili mәsailiş-şәriә, Şeyx Mәhәmmәd ibn əl-Həsən əl-Hurr-әl-Amili.

4-Qurbul-isnad, Şeyx Әbul-Abbas Әbdullah əl-Himyәri.

5-Qurәrul-hikәm vә durәrul-Kәlim, Әbdul-Vahid əl-Amәdi.

6-Әl-elmu vәl-hikmәtu fil-kitabi vәs-sunnә, Mәhәmmәd Reyşәhri.

7-Әl-әmali әvil-mәcalis, Şeyx Sәduq.

8-Әqrәbul-mәvarid fi fusәhil-әrәbiyyәti vәş-şәvarid, Sәid Әş-Şertuni.

9-Әhlul-beyt fil-kitabi vәs-sunnә, Mәhәmmәd Reyşəhri.

10-Әrәb vә fars sözlәrinin lüğәti, Azәrbaycan Elmlәr Akademiyası Nәsimi Adına Dilçilik İnstitutu.

11-Yәnabiul-mәvәddәt, Şeyx Süleyman əl-Bәlxi əl-Qәnduzi əl-Hәnәfi.

12-Kәnzul-ummal fi sunәnil-әqali vәl-әf`al, Әlauddin əl-muttәqi ibni Hisamud-din əl-Hindi (vəfat: 975 h. q.).

13-Lisanul-әrәb, İbni Mәnzur.

14-Әl-mö`cәmul-mufәhrәs liәlfazil-Qur`anil-kәrim, Mәhәmmәd Fuad Әbdul-Baqi.

15-Mufrәdatu әlfazil-Qur`an, əl-Rafib əl-İsfәhani.

16-Әl-misbahul-munir, Әhmәd ibni Mәhәmmәd əl-Fәyyumi.

17-Әl-mavaizul-әdәdiyyә, Şeyx Mirzә Әli Meşkini əl-Әrdәbili.

18-Mustәdrәkul-vәsail vә mustәnbitul-mәsail, Hacı Mirzә Hüseyn ən-Nuri ət-Tәbrәsi.

19-Munyәtul-murid fi adabil-mufidi vәl-mustәfid, Şәhid Zeynuddin Әli ibni Әhmәd əl-Amili (911-965 h. q.).

20-Mizanul-hikmәt, Mәhәmmәd Reyşәhri.

21-Nәhcül-hәyat, Mәhәmәd Dәşti vә başqaları.

22-Nәhcul-bәlağә, (toplayan: Mәrhum seyyid Rәzi).

23-Sәfinәtul-bihar vә mәdinәtul-hukmi vәl-asar, Şeyx Abbas əl-Qummi.

24-Tuhәful-uqul әn alir-rәsul, Hüseyn ibni Şö`bә əl-Hәrani.

25-Usuli-kafi, Mәhәmmәd ibni Yә`qub əl-Koleyni.

26-Әl-fruul-kafi, Mәhәmmәd ibni Yә`qub əl-Koleyni.

27-Xәsaisu Әmiril-mö`minin Әliyyibni Әbi Talib (ә), Әbu Әbdir-Rәhman, Әhmәd ibni Şueyb əl-Nәsai.

28-Әl-xisal, Şeyx Sәduq.

29-Әl-camius-sәhih (Sunәni Termezi), Mәhәmmәd ibni İsa ibni Surә (209-297 h. q.).

30-Camiul-әhadis, Cә`fәr ibni Әhmәd əl-Qummi (İbnur-Razi), -4-cü h. q. əsrinin alimlərindən).

[1] -Uyunu әxbarir-Rza (ә), 31-ci bab, sәh-37, hәdis /99

[2] -Kənzul-ummal,10/225, hәdis /29191

[3] -Kənzul-ummal, 10/226, hәdis /29192

[4] -Әl-xisal, sәh-542, hәdis /16 (әbvabul-әrbәin).

[5] -Biharul-әnvar, 2/153, hәdis,/1

[6] -Biharul-әnvar, 2/156 7-ci hәdisin izahı.

[7] -Munyәtul-murid, sәh-29

[8] -Tuhәful-uqul әn Alir-rәsul, sәh-56, hәdis/169

[9] -Usuli-kafi, 1/58, hәdis /4 vә Münyәtul-murid, sәh-46.

[10] -Tuhәful-uqul, sәh-192

[11] -Usuli-kafi, 3/92, hәdis/4, Vәsailuş-şiә, 6 /153, hәdis/20263

[12]-Nәhcul-bəlağə, sәh 6/17

[13]-Mizanul-hikmәt, 2/1630, hәdis/10570

[14]-Sәfinәtul-bihar,8/388

[15] -Mufrәdatu әlfәzail-Qur`an, sәh-292, Misbahul-munir, 1/217 vә s...

[16]-Sәfinәtul-bihar, 2/668, hәmçinin bu hәdis azacıq fərqlə Mizanul-hikәm, 1/759, hәdis/4805 vә Әl-elmu vәl-hikmәt, sәh-146, hәdis /536-da nәql olunmuşdur.

[17]-Usuli-kafi, 3/27, hәdis/6

[18] -Tuhәful-uqul, sәh-203, hәdis/32

[19] -Әl-camius-Sәhih (Sunәni Termezi), 5 /662, hәdis /3786, Yәnabiul-mәvәddәt, 4-cü bab, 1/37 vә s... 

[20]-Әl-әmali (Şeyx Sәduq), sәh-204, hәdis/5

[21] -Biharul-әnvar, 72/71, hәdis /12

[22] -Qurbul-isnad, sәh-354, hәdis/1210

[23] -Usuli-kafi, kitabul-imani vәl-küfr, babul-iffәt, 3/125

[24] -Usuli-kafi, 3/125, hәdis /2

[25] -Әl-Xisal, sәh-483, hәdis /56

[26] -Usuli-kafi, 4/398-399, hәdis/2

[27] -Frui-kafi, 5-ci cild, kitabul-cihad, babu vucuhil-cihad, hәdis/3, Sәfinәtul-bihar, 1/711, Mizanul-hikmәt, 1/413,

 hәdis /2742

[28] -Nәhcul-bəlağə, sәh-187, 417-ci hikmәt, Sәfinәtul-bihar, 1/477

[29] -Nәhcül-hәyat, sәh/164-165, hәdis /82

[30] -Frui-kafi, 6/48-49, hәdi s/6

[31] -Mizanul –hikmәt, 3/2637, hәdis/17154

[32] -Mustәdrәkul-vәsail, 14/149, hәdis /16331

[33] - Usuli-kafi, 4,250, hәdis/8

[34] -Usuli-kafi, 3/221, hәdis/4.

[35] -Әl-mәvaizul-әdәdiyyә, 10-cu bab, sәh-365

[36] -Usuli-kafi, 3/276, hәdis/16

[37] -Sәfinәtul-bihar, 8/588

[38]-Camiul-әhadis, sәh-222

[39] -Qurәrul-hәkәm, sәh-211, hәdis/4084

[40] -Sәfinәtul-bihar, 7/407

[41] -Biharul-әnvar, 75/126, hәdis/7

[42] -Biharul-әnvar, 72/196, hәdis/10, Әl-xisal, sәh-236, hәdis/78

[43] -Mizanul-hikmәt, 3/2330-2331, hәdis/15498

[44] -Әl-әmali (Şeyx Sәduq), sәh-466, hәdis/22

[45] -Sәfinәtul-bihar, 6/177

[46] -Usuli-kafi, 3/409-410, hәdis/2

[47] -Qurbul-isnad, sәh-46, hәdis/148, Vәsailuş-şiә, 6/301, hәdis/20797

[48] -Mizanul-hikmәt, 3/2675, hәdis/17414, Usuli-kafi, 4/37, hәdis/11, Tuhәful-uqul, sәh-217, hәdis/103

[49] -Әl-mәvaizul -әdәdiyyә, 3-cü bab, sәh-153

[50] -Mizanul-hikmәt, 1/342, hәdis/2160

Category: QIRX HƏDİS | Added by: IslamQadini (2009-09-18)
Views: 3578 | Rating: 2.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]