«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 9:47 AM
Main » Articles » Destemaz-Namaz » Qunut və dua

Namaz
Qunut və dua
      Qunut tutularkən yaxşı olar ki, əllər üz istiqamətində səmaya doğru tutulsun və baş barmaqları istisna olmaqla, digər barmaqlar bir-birinə yapışdırılsın. Qunutda istənilən dua və zikri oxumaq olar. Aşağıda təqdim etdiyimiz dua

"La ilahə illəllahu həlimul kərim, la ilahə illəllahu əliyyul əzim. Subhanəllahi Rəbbis-səmavatis-səb-i və Rəbil ərazinəs-səb-i. Və ma fihinnə və ma bəynəhunnə və Rəbil ərşil əzim. Vəlhəmdu illahi Rəbil aləmin"

oxunarsa, daha yaxşı olar: (Kərəm və elm sahibi olan Allahdan başqa ibadət etməyə layiq bir məbud yoxdur. Uca və əzəmətli Allahdan başqa ibadət etməyə layiq bir məbud yoxdur. O pakdır, bütün eyib və nöqsanlardan uzaqdır. O Allah ki, yeddi qat göyləri, yeddiqat yerləri və onların arasında olan əzəmətli ərşin Pərvərdigarıdır). Yaxşı olar ki, qunut ucadan oxunsun (əlbəttə, bu höküm kişilərə aiddir).

    Lakin camaat namazında iştirak edən şəxs qunutu imamın eşidə bilməyəcəyi səslə oxumalıdır. Qunut tutmaq vacib deyil,qəsdən tutulmadıqda belə, namaz batil olmur. Lakin qunut tutmağı unudan şəxs rükuya əliyənə qədər xatırlayarsa, rükunun 

    "Qunut namazın vacib hissəsi olmadığından onu istənilən dildə oxumaq olar"

sözlərini deməmiş əvvəlki vəziyyətə qayıdıb tuta bilər. Rüku halında qunut tutmağını xatırlayarsa, yaxşı olar ki, rükudan sonra qəzasını yerinə yetirsin. Səcdələrdən birində xatırladıqda isə yaxşı olar ki, namazdan sonra qəzasını yerinə yetirsin. İkirükətlik cümə namazlarında iki qunut tutulur. Onlardan birincisi, birinci rükətdə rukudan əvvəl, ikincisi isə ikinci rükətdə rükudan sonra tutulur. Qurban və Fitir bayramı namazlarında birinci rükətdə beş, ininci rükətdə isə dörd qunut tutulur. Ayət namazında yaxşı olar ki, 2-ci, 4-cü, 6-cı, 8-ci və 10-cu təkbirdən sonra qunut tutulsun. Lakin tək 10-cu təkbirdən sonra tutularsa, kifayət edər.

Category: Qunut və dua | Added by: IslamQadini (2011-02-07)
Views: 15897 | Comments: 7 | Rating: 3.3/9
Total comments: 5
0  
5 IslamQadini   (2013-11-14 7:42 AM) [Daxil ol]
Islamka,Səlamun aleykum. 2-ci rəkətdə rükuya getməzdən öncə qunut oxumaq müstəhəbdir. Qunut üçün vacib ehtiyata əsasən əllər qaldırılır və savab ümidi ilə iki əlin içi üz bərabərində üzü səmaya tutulur. Baş barmaqdan savayı bütün barmaqlar bir-birinə yapışdırılır. Qunut tutan şəxs öz ovucuna baxır. Bu halda istənilən bir duanı oxumaq, zikri söyləmək olar. Üç dəfə "Subhanəllah” söyləmək kifayətdir.Salavat da demək müstəhəb əməllərdən biridir. Müstəhəbdir ki, qunutun zikri ucadan deyilsin. Yalnız cəmiyyət namazında imam eşidəcəyi təqdirdə qunutu ucadan oxumaq müstəhəb olmur.

0  
4 aqil_haci   (2013-11-03 6:22 PM) [Daxil ol]
namaz qilarken zohr esr namazlarini bir yerde qila bilerem

0  
3 rovsen   (2013-04-04 9:48 PM) [Daxil ol]
cox gozel

0  
2 IslamQadini   (2011-11-28 8:40 PM) [Daxil ol]
SHUKRIYYEAleykum salam. Tərcüməsi: Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! (ayaqlarımızı sabitqədəm et ki, büdrəməyək) Bizə kafir qövm üzərində qələbə qazandır!
Qunut- vacib ve vacib olmayan musteheb namazlarin ikinci ruketinden sonra elleri birleshdirerek uzun muddetine tutulmasina deyilir. Qur'ani-Kerimde bu ibarete 13 yerde rast gelmek olur. Gundelik vacib namazlarda istenilen duani oxumaq olar. Qurban ve Fitr bayramlarinin ise xususi dualari var. Sair namazlardan ferqli olaraq vacib olmayan gece namazlarinda da xususi dua ve zikrler oxunur. Qnut namazin vacib hissesi olmadigi ucun, bilerekden ve unutqanliq uzunden oxunmadiqda namazi batil etmir. Və duaları bir dəfə oxumaq kifayət edir. Allah qəbul eləsin!

0  
1 SHUKRIYYE   (2011-11-28 5:06 PM) [Daxil ol]
Salam,men bilmek isterdim ki bu duani qunutda oxumaq olarmi? "Rebbena efrig eleyna sebren ve sebbit eqdamene vensurna elel-qaumil-kafirin".(birde eger mumkunse bu ayenin ter cumesini yazardiz) Eger oxumaq olarsa salavatida qunutda bu dua ile beraber 3 defe tekrar etmek lazimdimi?
Evvelceden cox-cox teshekkur edirem,ALLAH sizden razi olsun!

Only registered users can add comments.
[ Registration | Login ]