«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 8:28 PM
Main » Articles » Ehli-Beyt (e) » Quran və hədislərin Həzrət Sahib əz-Zəman (əccələllahu təala fərəcəh)-ın zühuruna verdiyi müjdələr h

Quran və hədislərin Həzrət Sahib əz-Zəman (əccələllahu təala fərəcəh)-ın zühuruna verdiyi müjdələr haqqında.
 
Quran və hədislərin Həzrət Sahib əz-Zəman (əccələllahu təala fərəcəh)-ın zühuruna verdiyi müjdələr haqqında.
Qeybə iman

1 الذين يؤمنون بالغيب

Nübuvvət və haqq dinlərin mərkəzi nöqtəsi, ənbiya və peyğəmbərlər məktəbini başqa məktəblərdən fərqləndirən əsas cəhət qeybə inamdır.

Peyğəmbərlər maddə və şəhadət aləminin şüur və qeyb aləmi ilə əlaqəsini bəyan etmiş və insanları qeyb aləmləri ilə tanış etmişlər.  

Qeybə iman, yəni hiss üzvlərindən gizlin qalan şey və varlıqlara iman bəsləmək, istəyir onu daxili hiss orqanları və əql qüvvəsi ilə dərk etmək mümkün olsun, məsələn, Allahın varlığı, onun sübutiyyə və səlbiyyə sifətləri, məad, behişt, cəhənnəm və mələklər kimi, istəyir mümkün olmasın, məsələn, Allahın zat və sifatının, mələklər və ruhların həqiqi mahiyyəti kimi; istəyir keçmiş hadisə və proseslərə aid olsun, istəyir gələcək proseslərlə bağlı olsun.

Allaha iman, mələklərə iman, bərzəx aləminə iman, behişt və cəhənnəmə iman, vəhy və peyğəmbərlərin qeyb aləmlərindən, keçmiş və gələcəkdən xəbər verdikləri şeylərə iman, bunların hamısı qeybə imandır.

Qeybə iman ya əqli dəlillərə söykənir, ya da nəqli dəlillərə əsaslanır, əgər onun istinadı nəqli dəlillər olarsa, gərək qeyb elə bir şey olsun ki, onun mövcudluğu və baş verməsini ağılın qəbul etdiyi prinsiplər inkar etməsinlər və onun varlıq və baş verməsini ağıl ehtimal versin.

Ağıl bir şeyin varlığının mümkünlüyünü təsdiq edərsə, ya onun qeyri-mümkünliyini isbat edə bilməzsə, mötəbər nəqli dəlillərlə ona inanmaq məqbul, lap demək olar ki, ağılın hökmü ilə zəruridir.

İlahi dinlər saleh əməllərin qəbul olma şərtini qeybə iman hesab edir, əxlaqı mötədillik, insani fəzilətlərin kamillik və təkamülünü onun sayəsində mümkün sayırlar. Adətən, peyğəmbərlər və ilahi rəhbərlərin haqq çağrışları o zaman insanların ruhunda lazımı təsir qoyur ki, qeyb aləminin və bu maddə aləmin arxasındakı aləmin  mövcudluğuna ehtimal versinlər.

Məhdinin və axirəz-zəmanda üzə çıxacaq bir islahatının zühuruna iman gətirmək böyük islam peyğəmbəri tərəfindən xəbər verilən qeybi məlumatlardan biridir və onu təsdiq etmək vacibdir.

O zamanlar Peyğəmbər (s) bu xəbərləri verəndə müsəlmanlardan bir nəfəri də o Həzrətin sözlərinin doğruluğunda və xəbərlərinin düzlüyündə şəkk və şübhə etmirdi və hamı onu qəbul edirdi, indi də müsəlmanlar və o Həzrətin nübüvvətinə iman gətirənlər həmin inam və imana malikdirlər.

Peyğəmbər Həzrət Məhdi (ə)-ın zühurundan daha böyük və daha təccüblü hadisələrdən xəbər verirdi, misal olaraq günəşin bükülməsi, okeanların partlaması, ulduzların sönməsi və səpələnməsi, dağların hərəkəti, asimanın parçalanması və deşilməsi, yer altındakı canlıların üzə çıxması, məad və qiyamət barəsindəki xəbərləri göstərmək olar.

Bunların hamısı qeyibdən verilən xəbərlərdir. Qurqnda öncədən verilən xəbərlər – ümumü şəkildə də olsa – gələcəkdə baş verəcək hadisələr və qeybi məsələlər haqqında məlumatlar çoxdur. Bu məsələlərə iman gətirmək peyğəmbərə vəhyin nazil olmasına iman gətirməyin ayrılmaz hissəsidir. Elə bir gün gələcəkdir ki, peyğəmbər və Quranın xəbər verdiyi bu təəccüblü hadisə və dəyişikliklər baş verəcəkdir. Bir gün, Quranın xəbər verdiyi, peyğəmbərin özü və canişinnlərinin yüzlərlə rəvayətlərdə müjdə verdikləri axirəz-zəmanın islahatcısı zühur edəcək və islam bütün dünyanı tutacaqdır.

Peyğəmbər (s)-in və pak imamlar (ə)-ın gələcəkdən verdikləri qeybi xəbərlər həddindən artıq çoxdur və ən mötəbər tarixi sənəd və faktlar buna dəlalət edir.

Əziz peyğəmbərimiz (s)-in peyğəmbərlik misiyasının başlandığı dövrə baxanda, bu gün, o Həzrətin qeybdən verdiyi  o xəbərlərə inanmaq daha açan və daha məntiqə uyğundur. Çünki, hələ o vaxtlar zamanın keçməsi o xəbərlərin səhihlik və düzgünlüyünü isbat etməmişdi və biz nə qədər peyğəmbərin əsrinə tərəf qayıdırıqsa və tarixi keçmişə tərəf vərəqləyiriksə, bu imamın zəminəsi daha da az olur, əksinə hər nəqədər irəliyə gediriksə və islam tarixini onun başlancığından gələcəyinə tərəf vərəqləyiriksə, bizim fikr və vicdanımız bu xəbərləri qəbul etmək üçün daha hazır və bizim imanımız daha kamil olur.

Zamanın keçməsi və gələcək hadisələr aydınlaşdırdı ki, islam peyğəmbəri gələcəyi vəhyin işığında öncədən bilmiş və görmüşdür, nə qədər irəli getdiksə bu işıqlıq daha da çox oldu.

O zamanlar peyğəmbər bu ayələri oxuyanda müsəlmanlar inanırdılar:

وان کنتم في ريب مما نزلنا علي عبدنا فأتوا بسورة من مثله وادعوا شهدائکم من دون الله ان کنتم صادقين فان لم تفعلوا ولن تفعلوا فاتقوا النار التي وقودها الناس والحجارة اُعدّت للکافرين [1]

“Əgər siz öz bəndəmizə (Məhəmmədə) göndərdiyimiz Quranda şəkk edirsinizsə, onun kimi bir surə gətirin və Allahdan başqa bütün şahidlərinizi çağırın, əgər düz deyirsinizsə. Bəs. əgər bu işi etməsəniz – və edə də bilməyəcəksiniz – Qurana tənə vurmayın və qorxun o atəşdən ki, odunu pis insanlar və kafirlər üçün hazırlanmış tikanlı daşlardır.”

[2] لئن اجتمعت الانس والجن علي أن يأتوا بمثل هذا القرآن لا يأتون بمثله ولو کان بعضهم لبعض ظهيراً

“Əgər insanlar və cinlər yığışıb bir-birinin göməyi ilə bu Quran kimi bir kitab gətirmək istəyələr, heç vaxt gətirə bilməyəcəklər.”

O gün ki, yüz on dörd Quran surəsini yüz on dörd əbədi möcüzə ilə elan edirdi və xəbər verirdi: heç vaxt bu surələrin biri kimi bir surə də gətirə bilməyəcəksiniz, cinlər və insanlar Quranın tayını gətirməkdən acizdirlər, o günki, peyğəmbər müsəlmanlara buyurdu: Siz tövhid kəlməsini deyin və bir olan Allaha pərəstiş edin, belə etsəniz ərəb sizə təslim olacaq, Kəsra və Qeysər xəzinələri sizin əlinizə düşəcək və ölkələri fəth edəcəksiniz, o günlər bütün müsəlmanlar bu qeybi xəbərlərə inanırdılar.

O gün ki, buyururdu: Yer üzü mənim üçün döşənib və şərqdən qərbə kimi mənə göstərilıb, mənim ümmətimin mülkü mənim üçün döşənilən yerə yetişəcəkdir, o gün ki, Məkkənin, Beytul-müqəddəsin, Yəmən, Şam, İraq, Misr və İranın fəthindən söz açırdı, və o gün ki, Məkkədə müşriklərə buyururdu: Sizin cəsədləriniz “qalibə” salınacaq və Əbu Süfyanın Əhzab döyüşünü bərpa etməsindən xəbər verirdi, o günlər bütün müsəlmanlar bu qeybi xəbərlərin hamısına inanırdılar.

O vaxtlar ki, Xeybərin Əli (ə)-ın əli ilə fəthindən xəbər verirdi və Əbuzəri öz gələcəyindən xəbərdar edirdi ki, tənha yaşayacaqsan və tək- tənha dünyadan gedəcəksən, o zamanlar ki, Bədr döyüşündən qabaq kafir qoşunundan Bədrdə öldürülənlərdən məlumat verirdi və buyururdu: Burda filankəs öldürüləcək, bu yerdə filankəs və bir-bir Bədr döyüşündə öldürülən kafirlərin adlarını cəkirdi, o zamanlar müsəlmanların hamısı bütün bu qeybi xəbərlərə inanırdılar.

O zaman ki, Əmmara buyururdu: Səni zalim bir dəstə öldürəcəkdir və öz əziz qızı Fatimə (ə)-a buyururdu: Sən mənim əhli-beytimdən birinci kəssən ki, vəfatımdan sonra mənim dalımca gələcəksən, və öz həyat yoldaşlarına deyirdi: “Sizlərdən hansı birinizdir ki, Həvvab itləri ona hürər, və dəvəyə minər və onun kənarında çoxlu insanlar öldürülərlər?” və Aişəyə buyururdu: Bax, sən o qadın olmayasana..., (Bihəqinin nəql etdiyi rəvayətə[3] uyğun olaraq ona buyururdu: Ey Huməyra sən necə olacaqsan o vaxt ki, Həyab itlərə sənə hürərlər və sən elə bir şeyi tələb edərsən ki, ondan çox kənarsan); Zübeyrə Cəməl döyüşü və onun Əli (ə)-ın qarşısında duracağından xəbər verirdi, o günlər ki, Əli (ə), Həsən (ə) və Hüseyn (ə)-ın şəhid olacağını aşkarcasına elan edirdi, o zamanlar ki, Nakisinin, Qasitinin və Mariqinin Əli (ə) ilə müharibəsini xəbər verirdi, xəvaricdən olan Zus- sədyənin Nəhrivan döyüşündə qətlə yetrilməsini, onun xüsusiyyət və nişanələrini öncədən deyirdi, Bəni- Umməyənin, Bəni-Həkəmin və onların hökumətinin zülümlərindən, əhli- Uzranın ( Hicr və onun yoldaşları) şəhadətə yetirilməsindən camaatı xəbərdar edirdi,[4] o günlər müsəlmanlar bütün bu qeybdən veriləm xəbərlərə inanırdılar, çünki Allahın peyğəmbəri onları xəbər vermişdi, çünki xəbər verənin peyğəmbərlik misiyasına iman bəsləyirdilər, çünki risalət və nübuvvəti qəbul etməyin mənası, peyğəmbərin qeybdən verdiyi xəbərlərin səhihlik və düzgünlüyünə iman bəsləməkdir, lakin, islam nə qədər irəliyə doğru getdisə və tarixin səfhələrini vərəqlədisə, bu qeybi xəbərlər bir o qədər daha çox insanların diqqətini özünə cəlb etdi və inamı az olan şəxslərin də inamı çox, imanları möhkəm və sabit oldu.

Peyğəmbərlik əsrinin xətib və natiqləri Quran surələri kimi bir surə gətirməyə aciz qaldılar və Quranın nazil olmasından min dörd yüz il keçdiyi bizim dövrümüzə kimi bu on dörd əsrdə dünyanın gördüyü bütün bu nitq alimləri, ədədiyyatçılar, natiqlər və məşhur söz ustadlarının içindən – bu gün dünya xiristianları və islamla düşmənçilik edən ərəb xiristianları və başqalarının içində nitq alimləri, natiqlər və xətiblər çoxdur – hələ bir nəfər çıxmayıb ki, hətta Quranın üç ayəli surələri kimi bir surə gətirsin. Quranın möcüzəliyi və bu qeybi xəbərlərin düzlüyü peyğəmbərin zamanından daha da aşkar olmuşdur, çünki, islamla olan düşmənçilik və ədalətlərinin şiddətini nəzərə alsaq, əgər mümkün olsaydı, indiyə kimi yüzlərlə kitab yazılmışdı. Əgər mümkün olsaydı, şərq və qərbin istismarçı xristian qrumları, onların təbliğat təşkilatları və islamın başqa düşmənləri bu mövzunun müsabiqəsini elan edər və milyardlarla mükafat təyin etməklə onu həyata keçirərdilər.

Bədr döyüşü baş verdi, peyğəmbər (s)-in adlarını çəkdiyi adamlar öldürüldü və cəsədlərini “qəlibə” atdılar, Əbu Sufyan Əhzab döyüşünü bərpa etdi. Peyğəmbər (s) Məkkəni fəth etdi və tezliklə müsəlmanlar Beytul-müqəddəs, Şam, İraq, Misr, İran və başqa ölkələri fəth etdilər. Xeybər Əli (ə)-ın əli ilə fəth oldu. Əbuzər Rəbəzədə dünyadan tənha getdi. Əmmarı həmin zalim dəstə olan Müaviyyənin qoşunu öldürdü. Hicr və onun yoldaşlarını Müaviyyənin əmri ilə Dəməşqin Uzza məntəqəsində şəhid etdilər. Peyğəmbərdən sonra o Həzrətin xanədanından dünyadan gedib o Həzrətə qoşulan birinci şəxs Fatimeyi Zəhra oldu. Əmirəl-möminin (ə), Həsən (ə) və Hüseyn (ə) Peyğəmbər (s)-in verdiyi xəbərlərın həmin xırdalıqları ilə şəhid oldular. Əli (ə) Nakisin, Qasitin və Mariqin ilə cihad etdi. Zus-sədyə Nəhrivan döyüşündə öldürüldü. Ayişə Cəməl döyüşünü bərpa etdi və Həvab itləri ona hürdülər və çoxlu insanları ölümə verdi. Bəni-Uməyyə xalqa hakimiyyət etdilər, Bəni-Həkəm səltənəti ələ aldılar və İslam, Peyğəmbərin (s) –in xəbər verdiyi kimi, onların zülmündən qırmızı günlər yaşadı.

Qeyibdən verilən bu xəbərlər və çoxlu başqa qeybi xəbərlər tədricən və zaman ketdikcə baş verdi. Bunlardan əlavə, o Həzrətin xəlifə, canişin və elm şəhərinin qapısı Əli (ə) və başqa imamların qeybdən verdikləri yüzlərlə xəbərin həqiqətə uyğun olduğunu tarix göstərdi.

Bu müqəddimədən sonra belə bir nəticə ala bilərik: Biz görürük ki, peyğəmbərin qeybdən verdiyi onlarla, bəlkə yüzlərlə xəbərlər, ən mötəbər sənədlər və tarixi sübutların şahidliyi ilə, biri-biribnin ardıyca baş verdi, əgər adi bir şəxs də bu xəbərlərin onda birini ya yüzdə birini də versəydi, onun başqa xəbərlərinin düzgünlüyündə şübhə etməz və onlara inanardıq. Bəs necə mümkündür ki, o Həzrətin axirəz-zəmandakı hadisələr, şiddətli imtahanlar, bu ümməti gözləyən və Həzrət Məhdi (ə)-ın zühuru ilə sonunclanan ağır sınaqlar haqqında verdiyi xəbərlərin düzgünlüyündə şübhə edək, Yenədə əziz oxucuların daha artıq diqqət yetirmələri üçün təkrar edirik: O Həzrətin qeybdən verdiyi xəbərlərin sayı o qədər çoxdur ki, sağlam fikr və düşüncəyə malik olan kəsin onda şəkk etməsi, adətən, qeyri-mümkündür və hər kəs islam tarixini mütailə etsə, bu iddianı təsdiq edəcəkdir.

Belə olan halda, nəyə görə biz əziz peyğəmbərimiz və onun hörmətli canişinlərinin – Allahın salamı olsun onlara – israrlı ifadələr və geniş həcimli rəvayətlər vasitəsi ilə xəbər verdikləri Həzrət Məhdi (ə)-ın zühurunda şəkk və şübhə edək.

Zühura olan iman peyğəmbərimizin nübuvvəti, o Həzrətin qeybdən verdiyi xəbərlərin səhihlik və düzgünlüyünə olan imanın məntiqi nəticəsi və ayrılmaz hissəsidir.

Peyğəmbərliyin ilk günlərində hələ bu xəbərlərin baş verməsini görməyən o zamankı müsəlmanlar Peyğəmbərin qeybdən verdiyi xəbərlərin düzgünlüyündə şübhə etmirdilər, bəs biz necə onların çoxunu görə-görə ya əminlik yaradacaq tarixi faktları eşidə-eşidə şübhə edə bilərik?

Hətta Müaviyyə və Əmr As kimi şəxslər bu xəbərlərin  düzgünlüyünü inkar edə bilmirdilər, bəs nəyə görə bu gün biz sadiq və döğrucu peyğəmbər və onun canişinlərinin xəbərləri olması ilə yanaşı, bu inandırıcı sübutlar ola-ola iman gətirməyək?!

İslamın başlancığındakı ilkin müsəlmanlar peyğəmbərin İsanın yerə nazil olması, Məhdi (ə)-ın zühuru və axirəz-zəmanadakı fitnələr barəsində verdiyi xəbərlərdə şəkk etmirdilər, hamı inanırdı ki, bu xəbərlər yüz faiz reallıq və həqiqətə qovuşacaqdur. Sonralar zamanın keçməsi və əsrlərin ötməsi böyük peyğəmbərimizin xəbər verdiyi hadisələri öz vaxtında göstərdi; beləliklə, gələcəkdə baş verməsi xəbər verilən başqa xəbərlərin düzgünlüyündə heç vaxt şəkk və şübhəyə yol verilməməlidir.

Əgər bir nəfər sizə xəbər versə ki, sabah bu əlamət və nişanələrlə filan şəhərdən bir nəfər gələcəkdir, bir ay sonra bu əlamətlərlə on nəfər gələcək, beş ay sonra beş yüz nəfər gələcək, bir il sonra min nəfər gələcək, iki il sonra o şəhərdə inqilab olacaq, hökumət dəyişəcək, iki yüz il sonra orda müharibə baş verəcək, əlli il sonra oranın hakimini öldürəcəklər və yüz il sonra... və iki yüz il sonra... siz bu xəbərləri, hərcənq, təsdiq etməsəniz də, rədd də etmirsiniz, çünki sizin üçün onun düzgünlük ehtimalını inkar etmək yolu bağlanmışdır, sabaha kimi səbr edirsiniz, əgər o birinci nəfər həmin nişanə və əlamətlərlə gəlsə, təəccüb edəcəksiniz və başqa xəbərlərin düzgünlük ehtimalı sizin üçün güclənəcəkdir.

Bir ay sonra o on nəfər gələrsə, sizin onun xəbərlərinin düzgünlüyünə olan ehtimalınız, təqribən, yəqinlik və əminliyə çevriləcəkdir.

Üçüncü xəbər baş verəndə, artıq sizin yəqininiz möhkəm olur.

Dördüncü və beşinci xəbərdən sonra əgər bir kəs bu xəbərlərin düzgünlüyünü inkar etsə və ağılasığmaz saysa, onu anormal və vasvas adam kimi tanıyarıq.

Beləliklə, xəbərlər nə qədər çox tarixi reallıqla uyğun olarsa, altıncı, yeddinci, səkkizinci, doqquzuncu... xəbərdə sizin yəqin və imanınız bir o qədər daha çox güclənəcək və möhkəmlənəcəkdir.

Belə bir məntiqi nəticə alınır: Peyğəmbərliyi möcüzələr, elmi və əqli dəlillərlə sübuta yetmiş sadiq və doğru bir peyğəmbər, qeybdən verdiyi onlarla və yüzlərlə xəbərlərinin – həmçinin, mötəbər şiə və sünni kitablarının nəqlinə əsasən onun canişinləri, xüsusən Əli ibn Əbi Talib (ə) qeybdən çoxlu xəbərlər vermiş və onlar baş vermişdir. – baş verdiyi bir peyğəmbər xəbər vermişdir ki, əgər dünyanın ömründən bir gün də qalsa, Allah o günü o qədər uzadacaq ki, ta Məhdi zühur edəcək və zülm və sitəmlə dolmuş dünyanı ədalət və düzgünlüklə dolduracaqdır; bu zühurun xüsusiyyət və nişanələrini də şərh etmişdir.

Bütün bunlarla yanaşı, əgər bir nəfər (Allaha pənah aparıram) desə ki, peyğəmbər və onun canişinlərinin verdiyi xəbərlər həqiqətlə uyğun deyil ya onlarda şəkk etsə, o Həzrətin nübuvvəti və peyğəmbərliyinə etdiyi iqrar və etirafın, o Həzrətin nübuvvətini isbab edən bütün bu möcüzələr və elmi dəlillərin qarşısında nə edəcəkdir?! Axırıncı peyğəmbərin nübuvvəti və başqa peyğəmbərlərin nübuvvətinə bəslədiyi imanla – çünki başqa peyğəmbərlər də axirəz-zəmanda bir islahatçının zühur edəcəyinə müjdə vermişlər – nə edəcəkdir?!

Əziz Rəsulun (s) qeybdən verdiyi və zaman ötə-ötə bu on dörd əsr boyu baş verən və düzgünlüyü sübuta yetişən bütün bu xəbərlərlə nə edəcəkdir?!

Əgər bir kəs desə ki, peyğəmbər belə bir xəbər verməmişdir, əlindən tutub əhli sünnət və şiə məzhəbinin kitabxanalarına apararıq və deyərik: Min il bundan qabaq ta indiyə kimi yazılmış bu kitablara müraciət edin və görün ki, bu mövzu qədər neçə dənə mövzuda hədis və rəvayətlər gəlib bizə çatmışdır?!
Bir neçə mötəbər hədis sizin inamınız üçün kifayətdirmi?

Siz ki, tarixin önəmli məsələlərini bir nəfər tarixçinin nəqli ilə qəbul edirsiniz və dünyanın mühüm hadisələrini yüz cür qərəz və xəstəliyi olan bir jurnalistin dediyinə əsasən qəbul edirsiniz, bu məsələdə neçə səhih və mötəbər hədis istəyirsiniz ki, inanasınız?

Əgər insaflı bir adam olsanız, deyəcəksiniz ki, bir mötəbər hədis də kifayət edər. Əgər bir qədər çox şəkk edən ya gec inanan şəxs olsanız, deyəcəksiniz ki, əgər iki-üç hədis olarsa, daha çox yəqinliyə səbəb olar.

Bizim sözümüz budur: Mötəbər hədislər bir, iki, on, əlli, yüz və bəlkə mindən də artıqdır və yüzlərlə mötəbər rəvayət kitablarında, hədis külliyyatlarında, tarix və rical kitablarında dərk və səbt olunmuşdur.

Beləliklə, bütün bu dediklərimizdə diqqət və təfəkkür etməklə heç bir şəkk və şübhəyə yer qalmır ki, bu hədislərə, əziz peyğəmbər və onun möhtərəm canişinlərinin müjdələrinə uyğun olaraq axirəz-zəmanda zühuru gözlənən islahatçının, vədə verilmiş Məhdinin və zülm və sitəmlə dolmuş dünyanı ədalət və düzgünlüklə dolduran bir kəsin zühuru qətidir və həqiqətə qovuşacaqdır.
 
 
-----------------------------------------------------------------------------------------------------

[1] –“O kəslər ki, qeybə inanarlar” (Bəqərə surəsi, ayə 3)

[2] –Bəqərə surəsi, ayə 23-24.

[3] -İsra surəsi, ayə 88.

[4]-“Əl-məhasin və əl-musavi”, cild 1. Səh. 76.

[5] - Böyük islam Peyğəmbərinin (s) qeybdən verdiyi qəti xəbərlərdən biri ki, onun baş verməsindən iki-üç əsr əvvəl yazılıb çap olunmuş kitablarda qeyd və dərk olunmuşdur, o Həzrətin Hicaz torpaqlarında görünəcək  alovdan verdiyi xəbərdir, belə ki,o xəbərdə göstərilir ki, bu alovün şöləsi Şam vilayətinin Bosra şəhəri kimi uzaq şəhərlərə çatacaqdır. Əziz peyğəmbərimiz (s) bu hadisədən xəbər vermiş, səhabələrdən bir qurupu onu rəvayət etmiş və ikinci əsrdə yazılıb və cap olunmuş kitablarda dərc olunmuşdur, misal üçün Səhih Buxari, Səhih Muslim, Məsnədi- Əhməd, Məsnədi- Hakim, və Təbraninin kitablarını göstərmək olar. Bu atəş, Peyğəmbər (s)-dən rəvayət olmuş nişanələrlə birlikdə, 654-cü ilin cəmadül –axər ayının otuzunun gecəsi Mədinə şəhərinin yaxınlığında alovlandı, uzaq və bir neçə günlük məsafədən görünürdü, əlli iki gün davam etdi və həmin ilin rəcəb ayının 27-sində (yəni Buxari və Muslimin ölümündən dörd əsr sonra) söndü. Onun haqqında aşağıdakı tarix kitablarında qeyd olunmuşdur: “Əs-siyrətun-nəbəviyyə” kitabı “Əs-siyrətul-hələbiyyə” bölümünün haşiyəsi, müəllif  Seyyid Əhməd-Ziyni, cild 3, səh.222; “Ət-təzkirə”, Qurtəbi, səh. 250; “Əl-izaə”, səh.84; “Əl-işaə” səh 37, “Tarixul-xuləfa”, səh. 309; “Səhih Muslim”, cild 8, səh. 180; “Səhih Buxari”, Fitən kitabı, cild 4, səh. 142; “Vəfaul-cəfa”, müəllif Səmhudi, cild 1, fəsl 16, səh. 139-152; “Əl-futuhatul-islamiyyə; cild 2, səh. 62-67; “Umdətul-əxbar fi tarixi Mədinətil-muxtar”, səh. 125-127 və “Fi zuhuri naril-Hicaz” fəsli.

Category: Quran və hədislərin Həzrət Sahib əz-Zəman (əccələllahu təala fərəcəh)-ın zühuruna verdiyi müjdələr h | Added by: IslamQadini (2009-10-02)
Views: 1460 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]