Sual-cavab - Sual-cavab - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 2:51 PM
Main » Articles » Sual-cavab

Sual-cavab

Sual: "Möminin  möminlə münasibəti necə olmalıdır?”

Cavab: Həzrət Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) buyurmuşdur: "Mömin möminin aynasıdır”. Bu olduqca  gözəl bənzətmə bir çox nöqtələri əhatə edir ki, onların bəzilərini qeyd edirik:

 1. Ayna kimi olaq. Başqalarının  həm   gözəlliyini görək və həm də zəif cəhətlərini. Sadəcə yaranın üzərində oturan  milçək kimi olmayaq.

 2. Ayna kimi olaq, mikroskop kimi deyil. İnsanların eybini olduğundan böyük görməyək.

 3. Ayna kimi olaq, daraq kimi deyil. Ayna eybləri üzbəüz söyləyər, ancaq daraq başın arxasına gedər və tüklərin arasında danışar.

İstərəm dostum eybimi aynatək üzbəüz söyləsin

Nəinki başın arxasına keçib daraqtək tükbətük söyləsin

 4. Ayna insanların məqam və mərtəbəsindən çəkinməz və hədəyə də düçar olmaz.

 5. Ayna onu toz basmayanadək  işə yararlı olduğu kimi, insan da özü eyibli olmayanadək tənqid edə bilər.

 6. Aynanı bizim eyblərimizi göstərdiyi üçün sındırmaq xətadır. Tənqid edən insanları da incitmək doğru olmaz.

 7. Əgər aynanı sındırsanız belə, onun hissələri xətalarımızı və eyblərimizi göstərər. Mömini incitsələr belə, öz işindən əl çəkməyəcəkdir.

 8. Ayna saf olduğu üçün bizim eyblərimizi söyləyər, mömin də gərək sədaqətli olaraq qardaşının eybini söyləsin. Kin və intiqam almaqla yox.

 9. Ayna bizim eyblərimizi özündə saxlamaz. Biz kənara çəkilən zaman eyblərimiz də bizimlə gedər. Mömin də gərək üzbəüz eybləri söyləsin, kənara çəkiləndən sonra qəlbindən silsin.

 10. O kəs öz eybini başa düşər ki, onu başa düşmək istəyər, çünki aynaya səthi baxmaqla eybləri görmək olmaz.

             Ustad Möhsün Qəraətinin "Mühüm suallara qısa cavablar" kitabından

Category: Sual-cavab | Added by: IslamQadini (2011-07-18)
Views: 625 | Comments: 2 | Rating: 0.0/0
Total comments: 2
0   Spam
2 IslamQadini   (2012-04-01 11:12 AM)
Mansura Aleykum salam Cavab: Mümkündür ki, qadın vətən sеçməkdə və iqamətdə öz ərinə tabе olmasın. Amma qadın öz yaşayış və iradəsində müstəqil olmazsa, yəni vətən sеçməkdə və vətəndən imtina еtməkdə ərinin iradəsindən asılı olsa, onda ərinin niyyət və məramı onun üçün kifayət еdər və ərinin daimi yaşayış məqsədi ilə vətən sеçdiyi və oraya köçdüyü şəhər onun üçün də vətən sayılar.
Özünəqapanmaq ruhi sarsıntıdan irəli gəlir. Hərdən insanın özünəqapanması normaldır, amma həddən artıq yox. Siz öz ibadətinizi qeyri-müsəlman ölkəsindədə yerinə yetirə bilərsiz. Kimisə düz yola çəkib ona Quranla tanış etmək, əmr bə məruf haqqında moizələr oxumaq, ailənizin sizin üzərinizə olan məsuliyyətini yerinə yetirmək və bu kimi hallarda siz artıq İslamı yaşatmış olacaqsız. Qeyri-müsəlman olsalarda belə onların haqq yol tapmalarında və günahlardan çəkinmələrində siz bir növ vasitəçi ola bilərsiz. Bu hallarda siz İslamı yaşatmış və öz əmr bə məruf borcunuzu layiqincə yerinə yetirmiş olarsız. Qapalı halda olsaz həqiqətən yoldaşınız sizdən utanar və başqa bir yerdə əyləncə axtarar. Onla olun və niyyətinizi İslamı göstərişlərə yönəldin və ibadətinizi səbrlə yerinə yetirin. Sizə bu yolda müvəffəqiyətlər diləyirəm. Allah sizi haqq yolun yolçusu edənlərdən etsin amin! Allahın salamı və rəhməti üzərinizə olsun!

0   Spam
1 Mansura   (2012-03-31 3:28 PM)
Salam men 3 usaq anasiyam qeyri musluman olkede yasayiram qapali birisiyem Allahin buyurdugu kimi yasayiram yoldasima soyleyendeki men azan sesinde yasamaq isteyirem mene soyleyirki men ise bele yasamaq isteyirem men aylarla hec yere cixmiram qapali oldugum ucun yoldasim menden utanir menim haqqlarimi odemir men neynemeliyem? Sizzler den xais edirem mene bir meslehet veresiniz .Allahin salami uzerinize olsun.

Only registered users can add comments.
[ Registration | Login ]