Sual-cavab - Sual-cavab - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2016-12-06, 3:47 AM
Main » Articles » Sual-cavab

Sual-cavab
Bər-bəzəkli yaşayışın imana təsiri varmı?


Cavab: Allah-təala Qurani-kərimin müxtəlif ayələrində insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki, qəlbdə Allah sevgisi olmadan əyilib-düzəlməyin heç bir faydası yoxdur. Quranda bu barədə buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər»["Maun" 4-5].
Bir anlıq özünüzü cərrahiyyə otağında hiss edin. Bu otaqda telefon, televizor, divarda şəkil, yerdə rəngarəng xalı-xalça gözə dəymir. Burada insanın diqqətini əməliyyatdan yayındırası heç nə yoxdur. Çünki bu otaqda insanın ilahi talehi həll olunur. Bir əməliyyatçının fikir dağınıqlığı, insan həyatına son qoya bilər.
Əgər Allah-təala ibadət üçün xəlq etmiş və fikir dağınıqlığı ibadəti puça çıxarırsa, demək, insan eynən cərrahiyyə otağındakı sadə mühitdə ibadət etməlidir.
Bəs qalan vaxtlar necə, Allahı unutmaq olarmı? Bər-bəzəkli həyat insan düşüncəsini Allaha yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? «Möminun» surəsinin 33-cü ayəsindən məlum olur ki, kübar həyat tərzi iman yolunda ciddi maneələrdəndir: «Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrəfi dedilər: «Bu sizin kimi adi bir insandır...».
Bər-bəzəkli gün-güzəran qurmaq, başqalarının haqqını qəsb etmədən mümkün olmur. Dünyada böyük var-dövlət qazanmaq üçün əksər hallarda peyğəmbərləri və onların buyuruqlarını inkar etməkdən başqa yol yoxdur. Baxın ətrafa. Kübar həyat tərzi keçirənləri necə görürsünüz? Cəmiyyətdə spirtli içkiləri, əxlaqsızlığı, sələmçiliyi və başqa min bir fəsadı törədən həmin təbəqə deyilmi?!

Müəllif: Məhəmməd Azəri 
Category: Sual-cavab | Added by: IslamQadini (2011-07-30)
Views: 464 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]