«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-16, 2:21 PM
Main » Articles » Tarix » Kərbəla müqəddiməsi və Aşura (III hissə)

Kərbəla müqəddiməsi və Aşura (III hissə)
 
Kərbəla müqəddiməsi və Aşura (III hissə)
 
Əlbəttə, İmam Hüseyn (ə) bu vəziyyətdən xəbərdar idi, lakin o məktubları nəzərə alsaq, görərik ki, müvafiq şəraitin olmaması da İmam Hüseyni (ə) bu işdən çəkindirə bilməzdi. İmam Həsənin (ə) dövründə necə? O həzrətin dövründə isə məsələ tam əksinə idi. Yəni Kufə əhalisi mübarizəyə hazır olmadığını açıq şəkildə bildirmişdi. Kufənin daxili vəziyyəti elə gərgin idi ki, İmam Həsən (ə) kufəlilərin bir çoxundan ehtiyat edərək uzaq gəzirdi. Müaviyənin adamları hər yerdə pusqu qurmuşdular. Hətta bir dəfə namaz qılarkən İmama tərəf ox atıldl, lakin zireh geydiyinə görə ox ona batmadı. Yoxsa, İmam namaz qılarkən qətlə yetirilməliydi.
    İmam Hüsеynin (ə) quyamının üçüncü səbəbi Əmr be məruf və Nəhy əz münkər məsələsi idi. Bu əslində ən mühüm məsələ idi və İmam Hüseyn (ə) yalnız ona görə qiyam etmişdi. Yəni, onlar beyət almaq istəməsəydi də və Kufə əhalisi dəvət etməsəydi də o həzrət qiyam edəcəkdi. Müaviyənin xilafətə başladığı gündən iyirmi il müddətində İslam hökmlərini necə dəyişdirməsini, müsəlmanların beytül-malını tarac etməsini, nahaq qanlar axıtmasını və yüzlərlə bu kimi cinayətlər törətməsini aşkar görürdü. İndi isə ən böyük günaha da əl atırdı; it oynadan, qumarbaz və sərxoşluqla məşğul olan yaramaz oğlunu özündən sonra qanuni [vəliəhd kimi] tanıtdırıb zorla öz yerində əyləşdirmək istəyirdi. Artıq bunlara etiraz etmək lazımdır, çünki Hz.Peyğəmbər (s) buyurur: "Hər kim zalım bir hökmdarı bu əlamət və vəziyyətlərlə görüb etiraz etməsə, elə günaha uğrayar ki, Allah onu o hökmdarı cəzalandıran kimi cəzalandırmağa layiq görər”.
    İmam Həsən (ə) üçün də Müaviyənin zalım olmasında şübhə yox idi və İmam onun mahiyyətinin nə olduğunu yaxşı bilirdi. Ancaq Müaviyə etiraz edir və sonra da deyirdi: "Mən Allahın kitabına, Hz. Peyğəmbərin (s) sünnəsinə, Raşidi xəlifələrin əxlaq və davranışlarına tam şəkildə əməl etməyə hazıram; özüm üçün canişin təyin etmərəm. Məndən sonra xilafət Həsən ibn Əlinindir. Hətta ondan sonra da Hüseyn ibni Əli xəlifə olacaq”.
Demək onların haqqlarını etiraf edir və onlardan yalnız təslim-əmr, yəni işlərin təhvil verilməsini istəyirdi. O, İmam Həsənin (ə) müvəqqəti olaraq kənara çəkilməsini və işləri ona tapşırmasını istəyirdi. Müaviyə imzalanmış ağ bir səhifəni İmamın hüzuruna göndərdi. Yəni, bir kağızın aşağısını imzalayıb dedi: -Həsən ibn Əli hansı şərtləri istəsə burada yazsın, qəbul edirəm! Mən hökmdarlıqdan başqa bir şey istəmirəm və İslam qanunlarına da tam şəkildə əməl edirəm.
     O zamanadək bunların mahiyyəti xalq üçün aydın olmamışdı.
     Beləliklə, məlum olur ki, İmam Həsən (ə) və İmam Hüsеynin (ə) dövrü bir-biri ilə müqayisəolunmaz dərəcədə fərqlidir. Tarix də bizlərə göstərir ki, İmam Həsənin (ə) sülhü İmam Hüseynin (ə) qiyamına zəmin yaratdı.
Müqavilənin maddələri.
    1. Hökumət Müaviyəyə tapşırılsın, bu şərtlə ki, o, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə əməl etsin.
    Bu maddə belədir: İmam Həsən (ə) (əslində) belə qərara gəlmişdi: "Yalnız mənə zülm olarsa və haqqım tapdalanarsa, lakin qəsb edən şəxs müsəlmanların işlərini öz qaydasında apararsa, şəxsi hüququmdan əl çəkərəm”.
    2. Müaviyədən sonra hökumət İmam Həsənin (ə) haqqıdır. Əgər onun üçün də bir hadisə baş versə, xilafət İmam Hüseynin (ə) hüquqi vəzifəsi olmalıdır.
    Yəni, bu sülh müvəqqətidir; İmam Həsən (ə) demirdi ki, biz xilafəti tərk etdik və hökumət sənin olsun, istədiyin işləri gör. Xeyr, bu sülh müqaviləsi Müaviyənin vaxtında etibarlıdır və ondan sonra öz etibarlılığını itirir. Bununla da Müaviyə gələcək dövr üçün plan hazırlaya bilməzdi. Yəni, Müaviyə başqasını özünə canişin seçə bilməzdi.
    3. Müaviyə o vaxta qədər Şamda Əliyə (ə) lənət deyib, təhqiramiz sözlər söyləməyi qanun şəklinə salmışdı. Müqavilədə dərc olunmuşdu ki, bu pis əməl tərk edilməlidir. Müaviyə namazlarda Əliyə (ə) lənət deməyi və o həzrətin haqqında nalayiq sözlər söyləməyi tərk etməli və onu hörmətlə xatırlamalıdır. Müaviyə bu bəndi də qəbul edərək ona imza etmişdi. Onlar Əliyə (ə) qarşı təbliğat aparıb deyirdilər: Əliyə lənət etməyimiz onun dindən çıxmasına görədir. Bununla belə onlar bu bəndi pozaraq, bu pis əməllərini doxsan il davam etdirdilər.
    4. Beş milyon dirhəm dəyərində olan Kufə beytül-malı müstəsna olaraq, hökümət budcəsinə keçirilmir. Müaviyə isə İmam Həsənə (ə) ildə iki milyon dirhəm məbləğində pul ödəməlidir. Bu qeyd ona görədir ki, şiələr Müaviyənin hökumət aparatına möhtac olmasınlar və öz ehtiyaclarını İmam Həsən (ə) və İmam Hüseyn (ə) tərəfindən təmin etsinlər. Əlinin (ə) rəhbərliyi ilə Cəməl və Siffeyn müharibələrində şəhid olanların ailələrinə bir milyon dirhəm verilsin. Bu pullar isə Dari-əbcərddə əldə edilən vergilərdən təmin olunmalıdır. Dari-əbcərd Şiraz ətrafındadır və bu məntəqənin vergisi Bəni-Haşimə verilməliydi.
    5. Hər bir yerdə yaşayan insanlar (Şamda, İraqda, Yəməndə və Hicazda), ağ dərili, yaxud qara dərili olmalarından asılı olmayaraq, əmin-amanlıqda yaşamalıdılar. İraq xalqı keçmiş ədavətlərə görə təzyiqlərə məruz qalmamalıdır. Əlinin (ə) səhabələri heç yerdə incidilməməli və əmin-amanlıqda olmalıdırlar. Onların can, mal və namuslarının təhlükəsizliyi təmin olunmalıdır. Hər bir şəxsin haqqı özünə qaytarılmalı və Əlinin (ə) səhabələrinin əllərində olanlar onlardan alınmamalıdır. Həsən ibn Əli və qardaşı Hüseyn ibn Əli və Allah Rəsulunun (s) Əhli-beytinə gizli və aşkar sui-qəsdlər planlaşdırılmamalıdır.
    Bu maddələr, xüsusi ilə 3-cü maddə ilə 5-ci maddə elə birinci şərtdən də qəbul edilir. Çünki, Müaviyə Allah kitabında və Peyğəmbər (s) sünnəsinə əməl edəcəyinə söz verdiyinə görə bu məsələyə də riayət et-məli idi. Lakin bu iş əvvəldən məlum olduğuna görə (yəni, Müaviyənin əksinə əməl edəcəyini bildiklərinə görə) gələcəkdə heç bir bəhanə olmasın deyə, İmam onu müqavilə maddələrinə artırdı. "İslam dünyasının heç yerində onlara çətinlik törənməsin”. Bildirmək istəyirdilər ki, biz indidən sənə inanmırıq.
    Bunlar müqavilə maddələrinin bəziləri idi. Müaviyə Abdullah ibn Amir adlı nümayəndəsini imzaladığı bir məktubla İmam Həsənin (ə) yanına göndərib dedi: Şərtlər yalnlz sən deyən olsun, sülh müqaviləsində yazdığın bütün maddələri qəbul edirəm. Sonra isə Müaviyə çoxlu andlarla (mən Allahı və Peyğəmbəri (s) şahid gətirirəm) bütün bu şərtləri qəbul edib, müqaviləni imzaladı.
    Əgər o dövrün şəraitini nəzərə alsaq, İmam Həsənin (ə) sülhündə heç bir irad nəzərə gəlmir. Lakin onun xilafətdə olarkən sülh etməsi ilə İmam Hüseynin (ə) islahatçı kimi qiyam etməsini müqayisə etmək düzgün deyildir. Şübhə yoxdur ki, İmam Həsənin (ə) yerinə İmam Hüseyn (ə) də olsaydı, sülh müqaviləsini imzalayacaqdı. Eləcə də İmam Həsən (ə) Müaviyədən sonra diri qalsaydı, İmam Hüseyn (ə) kimi qiyam edəcəkdi.
    Beləliklə də ustad Mürtəza Mütəhhərinin tarixi məntiqindən tam aydın olur ki, əzəmətli Kərbəla hadisəsini (ustadın öz dili ilə desək deyir; Kərbəla hadisəsinə bir çox adlar vermək istədim, ancaq gördüm ki, bu ad yanında bütün sözlər cılızdır. Ona görə də Kərbala hadisəsinə elə hadisə dedim) yazan və yaradan İmam Həsənin (ə) mükəmməl şəkildə düşünülmüş sülh müqaviləsi olub. Başqa cür düşünmək də mümkün düyil. Çünki, İmam Həsən (ə) babası Hz. Peyğəmbərdən (s) ona əmanət qalan İlahi sünnəni və missiyanı ən mükəmməl şəkildə həyata keçirməl idi və keçirdi də. Həyata keçirilmiş bi İlahi missiyanın nuru artıq 1400 ilə yaxındır ki, bəşəriyyəti öz nuru ilə işıqlandırmaqdadır. Bu nurdan təkcə müsəlmanlar deyil, hətta qeyri müsəlman alimlər, filosoflar, yazıçılar və ən əsası cəmiyyətlərinin islahında lider olan inqilabçılar və islahatçılar belə bəhrələnirlər. İmam bu müdhiş sülhü ilə bütün insanlığa imamət missiyasının nə olduğunu və bu İlahi missiyanın insanlıq üçün nə qədər həyati əhəmiyyətli olduğunu anlatdı. Və ən əsası əməli şəkildə əsil azdlıq məktəbini öz sülhündə təcəssüm etdirdi.
    (İmam Həsənin (ə) sülhü ilə ətraflı bilgi əldə eymək istəyən oxucular, Ustadın "Məsumların həyatına bir baxış" kitabına müraciət edə bilərlər.)
    Uca Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə.
Category: Kərbəla müqəddiməsi və Aşura (III hissə) | Added by: IslamQadini (2009-09-30)
Views: 1041 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]