Təbriz memarlığı - Təbriz memarlığı - Tarix - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2016-12-07, 5:26 PM
Main » Articles » Tarix » Təbriz memarlığı

Təbriz memarlığı
 
Təbriz memarlığı
 
XV yüzillik orta əsr Təbrizin intellektual və bədii həyatının yeni çiçəklənmə dövrü olmuşdur. Bu əsrdə şəhər özünün memarlıqplanlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarıCahan şah (1438-1467), Uzun Həsən (1453-1478) və Sultan Yaqub (1478-1490) bu zaman paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləriMüzəffəriyyə, Qəysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt, Baqe Şemal və s. meydana gəlir. Mərkəzi meydanSahibabad meydanı ətrafına inzibati, dini və ticarət binalarının gərgin tikintisi nəticəsində Təbrizin ümumi şəhər mərkəzi xeyli böyüyür və daha mütəşəkkil olur.Cahan şah dövrünün ən görkəmli tikintisi 1467-ci ildə ucadılmış Müzəffəriyyə memarlıq kompleksidir. Onun tərkibinə Cümə məscidindən başqa mədrəsə, xanəgah, kitabxana və türbə daxil idi. Kompleksin qərb hissəsində Cahan şah hamamı yerləşirdi. Bu nəhəng memarlıq ansamblından indiyə kompleksinin baş tikilisimemarlıq tarixinə Göy məscid adı daxil olmuş Cümə məscidinin əzəmətli uçuqları qalmışdır.Orta əsr Şərq memarlığında ikinci dərəcəli otaqların aydın ifadə olunmuş özəkkvadrat salon ətrafında yerləşdirilməsi Göy məsciddə özünün yetkin və çox orijinal həllini almışdır. Bir sıra müəlliflər Göy məscidin plan quruluşunun özümlüyünü ötəri qeyd etməyə, ayrıayrı alimlər isə onun analogiyasını səthi tutuşdurma yolu ilə tapmağa cəhd etsələr də indiyəcən onun planının genezisi ilə heç kim məşğul olmamışdır.XX əsrin əvvəllərində türk alimi C.Ə. Ərsevən qeyd etmişdi ki, "Təbrizdə sünni məscidin (Göy məscidin) planı Bursadakı Yaşıl Məscidin planını çəx xatırladır". Bu qeydi sonralar alimlər olduğu kimi götürmüş və təsdiq etmişlər. Bəziləri isə az qala Yaşıl Məscidi Göy məscidin prototipi saymışlar. Son vaxtlar isə bu tezis konkretləşdirilərək belə alınmışdır ki, guya Göy məscidin "planlaşması türk ( Kiçik Asiya Ç.Q.) məktəbi üçün səciyyəvidir".Göy məscidin iç məkanının üzvi bütövlüyünü nəzərə alan bir türk alimi O. Aslanapa ona daha yaxın analogiya gətirərək göstərmişdir ki, Vandakı böyük kərpiç məscidin planını ancaq Təbrizin Göy məscidi ilə tutuşdurmaq olar. Araşdırıcının dəqiq müşahidəsinə görə, hər iki məsciddə "bütün məkanın sadə günbəz və tağlar sistemi ilə birləşdirilməsi heyrət doğurur".Təbriz zonasında cümə məscidlərinin plan quruluşunun inkişafı XV yüzildə yerli ənənələrin kamilləşməsi yolu ilə getdi. Bu baxımdan Göy məscid həmin regionda bu tip tikintililərin təkamülünün yekunu oldu. Bu məsciddə memar mərkəzi kvadrat salonun məkanını üç tərəfdən dövrələmə qalereyalar və künc salonları ilə genişləndirilib Mərənd, Van, Urmi və Sultaniyyə məscidlərinin planlaşma ideyasını yaxşılaşdırmış və inkişaf etdirmişdir.Zəlzələ və baxımsızlıq üzündən Göy məscidin örtükləri uçulmuşdur.Buna görə də indiki görkəmi onun həcm məkan quruluşu haqqında dolğun təsəvvür yaratmır. Ancaq qrafik bərpa yolu ilə, bərpa sxemləri çəkməklə bu klassik memarlıq həllini dəyərləndirmək olar.Göy məscid orta əsr Azərbaycan memarlıq dekorunun az qala bütün nailiyyətlərini özündə toplamışdır. Onun zəngin ornamental kompozisiyaları müxtəlif materiallarla və müxtəlif üsullarla yerinə yetirilmişdir: yığma kaşı mozaikası, mərmər və gəç üzərində oyma, bişmiş və şirəli kərpiclərin naxışlı hörgüsü və s. Buna baxmayaraq, Göy məscidn bəzəyi hər şeydən öncə inkişaf etmiş kaşı bəzəyidir ki. Bu bəzək öz yüksək bədii və texniki keyfiyyətləri ilə bütün görkəmli Yaxın Şərq memarlığı araşdırıcıların diqqətini cəlb etmişdir. Onların çoxu bu reqionda keramik memarlıq dekorunun inkişafında Təbrizin rolunu yüksək qiymətləndirmiş və göstərmişlər ki, kaşı mozaikası özünün ən yüksək səviyyəsini Göy məsciddə almışdır.Öz həcmməkan həllinə görə Göy məscid Azərbaycan memarlığında tək olmamışdır. Göy məsciddən qabaq və sonra tikilmiş iki abidə göstərir ki, XV əsrdə Təbriz arenasında bu məscid də daxil olduğu dini tikililərin xüsusi tipoloji qrupu olmuşdur. Həmin abidələrdən birincisi Məşhəddəki Şah məscididir. Araşdırıcıların fikrincə memar Əhməd Təbrizi bu məscidi tikməklə Təbriz memarlıq məktəbi ənənələrini Xorasana gətirmişdir. Məşhəd məscidinin mərkəzi günbəzli salonu hər tərəfdən qalereya və yerləşgələrlə əhatə olunmuşdur. Şah məscidin Göy məscidlə tip ümumiliyi planın ümumi həllində, xüsusilə simmetrik quruluşlu baş fasadın işlənməsində özünü göstərir.Bir neçə il qabaq, Göy məscidin təmizlənməsi və bərpası zamanı üstü yazılı kvadrat kaşı lövhə tapılmışdır. Onun üstündə qabarıq hərflərlə nəsx xətti ilə yazılmışdır: "Be sərkareye Izzətdin Qapuçi ibn Məlik". Bələliklə, indi Göy məscidin tikintisində başcılıq edən əsas mütəxəssislər bəllidir: Baş memarXacə Əli Küçəçə, monumentalist xəttatmövlanə Nemətullah Bəbbab və baş iş icracısı Izzətdin Qapuçi. Bu yüksək ixtisaslı yerli ustalar Təbriz memarlıq məktəbinin zəngin ənənələri mühitində təsiri Azərbaycandan kənara çıxan nadir memarlıq əsəri yaratmışlar.
 
Category: Təbriz memarlığı | Added by: IslamQadini (2009-09-30)
Views: 532 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]