«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 0:26 AM
Main » Articles » Nurlu kelamlar » TİBBİ HƏDİSLƏR ENSİKLOPEDİYASI

Nurlu kelamlar
 
TİBBİ HƏDİSLƏR ENSİKLOPEDİYASI
Çevirən: ƏLƏDDİN MƏLİKOV
Tibb elmi İslam baxışında
Tibb elminin əhəmiyyəti

- Peyğəmbər (s) buyurdu: Elm iki növdür: Dinlərin elmi və bədənlərin elmi.[1]

- Peyğəmbər (s) buyurdu: Elmlər dörd növdür: Fiqh dinlər üçün, Tibb bədənlər üçün, Nəhv (sintaksis) dil üçün və astaronomiya zamanları tanımaq üçün.[2]

- İmam Əli (ə) buyurur: Bilik üç növdür: Fiqh dinlər üçün, Tibb bədənlər üçün və Nəhv (sintaksis) dil üçün.[3]

- İmam Baqir (ə) Cabir Cəəfiyə sifarişində buyurur: Bil ki, Heç bir bilik sağlamlıq elmi kimi deyil və Heç sağlamlıq da ürək sağlamlığı kimi deyil.[4]

- İmam Sadiq (ə) buyurur: Bütün abadlıqda yaşayan cəmiyyətlər üç dəstəyə ehtiyaclıdırlar ki, dünya və axirət işlərində onlara pənah aparsınlar: Bilikli və pərhizgar fəqih (müçtehid), yaxşı və ədəbli hakim və agah və etimad olunası həkim.[5]

Peyğəmbərlərin və İmamların Həkimlik elmindən agahlığı

- Fərəcul- məhmum: Əbu ishaq Tertusinin Əbdullah ibn Malikə məktubunda belə görmüşəm: Tanrı Adəmi behiştə endirdi və onu bütün şeylərin elminə agah etdi. Nucum və tibb Allahın ona bəxş etdiyi elmlərdən idi.[6]

- İləlul-Şəraye: Rəbi, Hacib Mənsur Abbasidən nəql edir: Günlərin birində İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi, onun yanında Hindistandan biri var idi və tibbi kitablar oxuyurdu. İmam Sadiq (ə) ona qulaq asdı. Eləki, Hindli kişinin oxunuşu sona çatdı, İmam Sadiqə dedi: Ey Əbu Əbdulla! Mənim yanımda olanlardan bir şey istəyirsən?

Buyurdu: Yox. Sənin yanında olandan daha yaxşısı mənim yanımda var.

Soruşdu: O nədir?

Buyurdu: İstini soyuqla, soyuqu isti ilə, qurunu tər ilə, təri quru ilə dərman edirəm. Və işi bir dəfəlik Allaha tapşırıram. Peyğəmbərin buyrduğunu əncam verirəm. Bilirəm ki mədə bütün dərdlərin evi və pərhiz etmək təkcə dərmandır. Bədəni onun ünsiyyət tutduğu şeyə adətləndirirəm.

Hindli kişi dedi: Aya tibb bundan başqa bir şeydirmi?

İmam Sadiq (ə) soruşdu: Aya güman edirsən ki, tibbi kitablardan bir şey öyrənmişəm?

Dedi: Bəli.

Buyurdu: And olsun Allaha! Allahdan başqasından bir şey öyrənməmişəm. İndi söylə ki mən tibbi daha mükəmməl bilirəm yoxsa sən?

Dedi: Sən yox, Mən.

İmam Sadiq (ə) buyurdu: Aya səndən bir şey soruşum?

Dedi: Soruş.

Buyurdu: Ey hindi! Mənə söylə niyə başda xırda deşiklər və layələr var?

Dedi: Bilmirəm.

Soruşdu: Niyə tüklər başın yuxarı qismətindədirlər?

Dedi: bilmirəm.

Soruşdu: Niyə alında tük yoxdur?

Dedi bilmirəm.

Soruşdu: Niyə alında çirk var?

Dedi: bilmirəm.

Soruşdu: Niyə kipriklər gözlərin üstündədirlər?

Dedi: bilmirəm.

Soruşdu: Niyə gözlər badam kimidirlər?

Dedi: bilmirəm.

Soruşdu: Niyə burun iki gözün arasındadır?

Dedi: bilmirəm.

Soruşdu: Niyə burunun deşiyi altdadır?

Dedi: bilmirəm.

Soruşdu: Dodaq və bığ niyə ağızın yuxarısındadır?

Dedi: bilmirəm.

Soruşdu: Niyə qabaq dişlər itidir, yan dişlər enlidir və kəsici dişlər uzundur?

Dedi: bilmirəm.

Soruşdu: niyə kişilərin saqqalı var?

Dedi: bilmirəm.

Soruşdu: niyə əllərin içində tük yoxdur?

Dedi: bilmirəm.

Soruşdu: niyə dırnaqla tükün həyatı yoxdur?

Dedi: bilmirəm.

Soruşdu: niyə ürək sənubərə oxşardır?

Dedi: bilmirəm.

Soruşdu: niyə ciyər iki hissədir. Və onun hərəkəti təkcə özünün sabit yerindədir?

Dedi: bilmirəm.

Soruşdu: niyə ciyər qövsvaridir?

Dedi: bilmirəm.

Soruşdu: niyə böyrək lobya dənəsi kimidir?

Dedi: bilmirəm.

Soruşdu: niyə dizlər arxaya getmir?

Dedi: bilmirəm.

Soruşdu: niyə ayağın altında boşluq var?

Dedi: bilmirəm.

Bu vaxtda İmam Sadiq (ə) buyurdu: Amma mən bilirəm.

O kişi dedi: bəs onda özün cavab ver.

İmam Sadiq (ə) dedi: başda deşiklər və qatlar var; çünki içi boş olan hər bir şey əgər bütov olarsa, daha tez sınar.Əgər bir neçə hissə olarsa ondan da daha tez sınar.

Başın tükü ona görə başın yuxarı hissəsindədirki, tükün kökləri piyi beyinə çatdırsınlar. Və tükün ucu buxarı beyindən çıxarsın. Və ona çatan soyuqluq və istiliyi dəf etsin.

Alında tük yoxdur çünki gözlərə çatan işığın yeridir.Alında ona görə qırışlar var ki,başdan tökülən tərləri özündə saxlasın və onların gözlərə yetişməyinə mane olsun. Necə ki yerdəki arxlar suları özündə saxlayır.

Qaşlar gözlərin üstündədir ona görə ki kifayət qədər işığı gözlərə çatdırsınlar. Ey hindli! Məgər görmürsən ki nur çox olanda əlini gözlərinin üzərinə tutursan tainki nuru lazım olan qədər gözlərə çatdırasan.

Burun ona görə iki gözün arasındadırki nuru iki gözə bərabər şəkildə bölsün.

Göz ona görə badama oxşayırki çirklər onda cərəyan edib,çölə çıxsınlar. Əgər gözlər dörd bucaq və ya dairəvi şəkildə olsaydı nə onun hər tərəfinə su çatardı və nə çirk ondan xaric olardı.

Burunun deşiyi ona görə aşağıdadır ki beyindən gələn çirklər tez aşağı gəlsin və iylər ondan yuxarı getsin. Amma əgər burunun deşiyi yuxarıda olsaydı nə xəstəlik və çirk ondan açağı gələrdi və nə iy onunla hiss olunardı.

Dodaq və bığ ona görə ağızın yuxarısındadır ki, beyındən tökülən üfunətlərin ağıza tökülməsinə mane olsun.

Ona görə kişilərdə saqqal var ki qadınlardan fərqlənsinlər. Və tanınmaq üçün sifəti tam açmağa ehtiyac olmasın.

Qabaq dişlər itidir ona görə ki bölmək onun vasitəsi ilə əmələ gəlir. Yan dişlər enlidir çünki çeynəmək onun köməyi ilə olur.

Əllərin içində tük yoxdur ona görəki onun köməyi ilə hiss edilir.amma əgər onlarda tük olsaydı insan onun qarşısında olan şeyi hiss etdikdə onun nə olduğunu bilməzdi

Tük və dırnağın həyatı yoxdur.çünki onların uzanması çirkinliyə səbəbdir. Onları qısaltmaq bəyənilmişdir əgər onlarda həyat olsaydı insan onları qısaldanda ağrı hiss edərdi.

Qəlb sənubər şəkillidir. çünki əksinədir. Ürəyin bir tərəfi nazikdir buna görəki ciyərin laybalayı ilı getsin və soyuqluğu ilə sərinlənsin. Nəticədə beyin onun istiliyindən yanmasın.

Ciyər ikihissədən ibarətdir buna görə ki ürəyin damarları onun təzyiqlərinin laybalayında qərar tutsun və onun hərəkətinin köməyi ilə sərinlənsin.

Ciyər qövsvaridir. Çünki mədəyə ağırlıq salır və bütünlüklə onun üstündə qərar tapır onu sıxır və nəticədə onun içində olan buxarı çölə çıxarır

Böyrək lobya dənəsi şəklindədir. Ona görəki spermanın tökülmə yolu onun üzvünün nöqtə və nöqtəsidir. Əgər böyrək dörd bucaqlı və dairəvi olsaydı, ilkin nöqtə spermanın ikinci nöqtəyə yetişməsinə mane olardı. İnsanlar  onun ixracı ilə ləzzət hiss etməzdilər.Çünki sperma bel fəqərə stunlarından böyrəyə tərəf gəlir.böyrəkdə qudr kimi açılır yığılır və tədricən spermanı sidikliyə tərəf aparır. Kamandan atılan ox kimi tökülür.

Dizlərin açılması arxa tərəfədir çün ki insan qabaq tərəfə yol gedir və onun hərəkətini tənzimləyir amma əgər belə olmasaydı insan yol gedən vaxtı yıxılardı.

Ayağın altında boşluq var çünki hər şey bütünlüklə yerlə bərabər olsa, dəyirman daşı kimi ağır olar. Əgər ayağın ucu yerdə olsa,bir uşaqda edə bilər onu yerdən qaldırsın.

Bu vaxt Hindli kişi soruşdu: bu bilik sənin üçün haradandır?

İmam Sadiq (ə) buyurdu: Onu atalarımdan, Peyğəmbərdən, Cəbrayıldan, aləmlərin Rəbbindən ki təkdir və insanları yaradıb, öyrənmişəm.

Sonda hindli kişi dedi: Düz dedin, məndə şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Və Məhəmməd onun quludur. Və Sən öz zəmanəmizin ən biliklisisən.[7]

Hər dərdin dərmanı var

- Peyğəmbər (s) buyurdu: Hər dərdin dərmanı var. Eləki dərman ağrıya yetişdi Allahın izni ilə sağalar.[8]

- Peyğəmbər (s) buyurdu: O şəxs ki dərdləri yaradəb onlar üçün dərmanda yaradıbdır. [9]

- Peyğəmbər (s) buyurdu: Özünüzü dərman edin. Çünki Tanrı heç bir dərdi yaratmayıb ki onun şəfasını nazil etməsin.[10]

- Peyğəmbər (s) buyurdu: Özünüzü dərman edin. Çünki Tanrı hər bir dərdi yaradıbsa, onun şəfasını da nazil edib. Məgər ölüm. Onun heç bir dərmanı yoxdur.[11]

- Əl müstədrək Ələs- səhihəyn – Əbu Səid Xodrinin nəqli ilə - Peyğəmbər (s) buyurdu: Tanrı heç bir dərdi yaratmayıb ki onun şəfasını da nazil edib. Bəziləri ondan agahlıq tapıblar və bəziləri isə ondan qafil qalıblar. Mməgər sam.

Soruşdular: Sam nədir?

Buyurdu: Ölüm.[12]

- Bağdad tarixi – Cabirdən nəql ilə - Peyğəmbərın (s) yanında idim. Və O bir xəstəyə dəyməyə getmişdi. Ona dedi: Sənin üçün həkim çağıraq?

Dedi: Ey Peyğəmbər! Sən bu işə əmr verirsən?

Buyurdu: Bəli. Tanrı heç bir dərdi nazil etməyib ki onun şəfasını da nazil etməsin.[13]

- Əl- müsənnəf – Hilal ibn yəsafın rəvayətinə görə - Peyğəmbərin zamanında bir kişi yaralandı. Peyğəmbər (s) buyurdu: (onun üçün həkim çağırın.)

Biri dedi: Ey Allahın peyğəmbəri! Həkimin ona faydası olacaq?

Peyğəmbər (s) buyurdu: Bəli. Tanrı nazil etdiyi hər dərdin şəfasını da nazil etmişdir.[14]

- İmam Əli (ə) buyurdu: Hər canlının dərdi var. Hər bir dərdin də dərmanı var.[15]

- İmam Rza (ə) buyurdu: Tanrı heç bədənə xəstəlik vermir. Məgər o vaxtacan ki onun üçün dərman verir. Hər dərdin dərmanı var, çarəsi var, nüsxəsi var.[16]

Dərman təqdirdir.

- Peyğəmbər (s) buyurdu: Dərman Allah təqdiridir və mümkündür Allahın izni ilə mənfəətli olsun.[17]

- Peyğəmbər (s) buyurdu: Dərman Allah təqdiridir və hər kəsi istəsə, istədiyi kimi mənfəət verər.[18]

- Sünən ibn macə- Əbu xozamədən rəvayət edir: Allahın Peyğəmbərindən soruşdular: Özümüzü dərman etmək ya üstümüzdən dua asmaq və yaxut pərhiz etmək Allahın təqdirindən saxlayarmı?

Buyurdu: Bunun özü Allahın təqdirindəndir.[19]

- İmam Sadiq (ə) buyurdu: Peyğəmbərlərdən biri xəstə oldu. Dedi: Dərman etməyəcəm ta məni xəstə edən şəxs özü dərman etsin. Sonra Allahdan ona vəhy gəldi: Şəfa vermərəm məgər dərman edəsən. Çünki şəfa məndəndir.[20]

- Ehya ulumud- din: Alimlərdən biri nəql edibdir ki, Musa xəstəliyə düçar oldu. Bəni israil onun hüzuruna gələrək xəstəliyini bildilər və ona dedilər: Əhər fılan dərmanı istifadə etsən sağalacaqsan. Amma Musa dedi: Dərman etməyəcəyəm tainki onun özü dərmansız məni sağaltsın.

Sonra xəstəliyi uzandı. Sonra yenidən ona dedilər: Bu xəstəliyin dərmanı məlumdur və təcrübə də göstəribdir. Biz o dərmandan istifadə rdirik və sağalırıq.

Musa dedi: Dərman etməyəcəyəm. Sonra xəstəliyi qaldı. Allahdan ona vəhy gəldi: İzzəti cəlalıma and olsun sənə şəfa verməyəcəyəm, məgər sənə deyilənlərlə özünü dərman edəsən.

Sonra Musa onlara dedi: Bildiyiniz dərmanla məni sağaldın.

Ona dərman verdilər və o sağaldı. Amma ürəyi bir az tutuldu. Sonra Allah ona vəhy göndərdi: İstiyirdin mənə təvəkkül etməklə, mənim hikmətimi batil edəsən. Məndən başqa kim şeylərin mənfəətin dərmanlarda əmanət qoyubdur.[21]

Şəfa Allahdandır

Quran

«وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ»

"Eləki xəstələndim O şəfa verdi.”[22]

Hədis

- Tibbun- Nəbəvi: İbrahim xəlil dedi: Tanrım dərd kimdəndir?

Tanrı buyurdu: Məndən.

Soruşdu: Dərman kimdəndir?

Tanrı buyurdu: Məndən.

Soruşdu: Həkim nə karədir?

Buyurdu: Elə bir şəxsdir ki, dərman onun əli ilə göndərilir.[23]

- İmam Sadiq (ə) buyurdu: Keçmişdə həkimə müalicəçi deyərdilər. O vaxtlarda İmran oğlu Musa soruşdu: Tanrım dərd kimdəndir?

Tanrı buyurdu: Məndən.

Soruşdu: Dərman kimdəndir?

Tanrı buyurdu: Məndən.

Soruşdu: Onda camaatın müaliclə nə işi var?

Tanrı buyurdu: O bu işi ilə cəmiyyətin ürəyini xoş və şad edir. Məhz buna görə onun adını Təbib qoydular.[24]

- Müsnəd ibn hənbəl: Əbu rəmsədən rəvayətinə əsasən: Atamla birgə peyğəmbərin hüzuruna getdik. Atam Onun arxasında olanı gördü və dedi: Ey Allahın Peyğənbəri! Onu dərman edim? Mən təbibəm.

Buyurdu: Sən rəfiqsən. Allahın özü təbibdir.[25]

- Dəaimul-İslam: İmam Sadiqdən soruşdular: Bir kişini yəhudu ya xristian müalicə edə bilərmi?

Buyurdu: Bunun işkalı yoxdur. Şəfa Allahın əlindədir.[26]

- Peyğəmbər (s) buyurdu: Allahım sənə şükürlər olsun! Ona görə ki yaratdın, səs verdin və təqdir qıldın, azdırdın və hidayət etdin, geldürdün və ağlatdın, öldürdün və diriltdin, xəstələndirdin və şəfa bəxş etdin, xörək verdin və su verdin.[27]

- Peyğəmbər (s) buyurdu: Cövşən kəbir duasında- Ey bizim yol göstərənim! Ey bizim köməkçimiz! Ey bizim həbibimiz! Ey bizim təbibimiz! Ey təbibi olmayanların təbibi.[28]

- İmam Səccad (ə) buyurdu: Ey Allahım! Sənə şükür ki, yaratdın və normallaşdırdın, Təqdir etdin və hökm verdin, Öldürdün və canlandırdın, xəstələndirdin və şəfa verdin, sağlamlıq verdin və düçar etdin.[29]

- İmam Əshəri (ə) özünün Səhərlər oxuduğu dualarda deyirdi: Ey o şəxs ki istədiyi şeydə şəfa qoyur. Ey o şəxs ki, ən az dərmanla ən çətin dərdləri dərman edir.[30]

- Ehya ulumud- din: Musadan rəvayət olub ki, buyurdu: Ey Tanrım! Dərd və dərman kimdəndir?

Buyurdu: Məndən.

Soruşdu: Onda həkimlər nə edirlər?

Buyurdu: Öz ruzilərin yeyirlər və bəndələrimin qəlblərini şad edirlər. Ta o vaxtacan ki, ya şəfa verəm və ya təqdir etdiyim qəza yetişsin.[31]


[1] - Kənzul- fəvaid, cild 2, səh 107

[2] - Mədənul- cəvahir, səh 40

[3] - Töhəful- uqul, səh 208

[4] - Töhəful- uqul, səh 286

[5] - Töhəful- uqul, səh 321

[6] - Fərəcul-məhmum, səh 22

[7] - İləluş- şəraye, səh 99, hədis 1.

[8] - Səhih müslim, cild 4, səh 1729, hədis 69

[9] - Dəaimul islam, cild 2, səh 144, hədis 500

[10] - Məkarimul əxlaq, cild 2, səh 179, hədis 2460

[11] - Dəaimul islam, cild 2, səh 143, hədis 499

[12] - Əl müstədrək Ələs- səhihəyn, cild 4, səh 445, hədis 8220

[13] - Bağdad tarixi, cild 14, səh 348

[14] - Əl- müsənnəf ibn əbi şiybə, cild 5, səh 421, hədis 1

[15] - Ğorərul hikəm, hədis 7274 və 7275

[16] - Tibbul İmam Rza, səh 10

[17] - Əlmöcəmul- kəbir, cild 12, səh 131, hədis 12784

[18] - Kənzul- əmmal, cild 10, səh 5, hədis 28082

[19] - Sünən ibn macə, cild 2, səh 1137, hədis 3437

[20] - Məkarimul-Əxlaq, cild 2, səh 180, hədis 2465

[21] - Ehya ulumud- din, cild 4, səh səh 413

[22] - Şüəra, ayə 80

[23] - Tibbun- Nəbəvi, İbn Qəyyim, səh 17

[24] - İləluş-şəraye, səh 525, hədis 1

[25] - Müsnəd ibn hənbəl, cild 6, səh 158, hədis 17499

[26] - Dəaimul-İslam, cild 2, səh 144, hədid 501

[27] - Əlbələdul-Əmin, səh 350

[28] - Əlbələdul-Əmin, səh 406

[29] - Əlmisbah, kəfəmi, səh 123

[30] - Əlmisbah, kəfəmi, səh 113

[31] - Ehya ulumud- din, cild 4, səh 414

Category: TİBBİ HƏDİSLƏR ENSİKLOPEDİYASI | Added by: IslamQadini (2009-09-18)
Views: 2827 | Comments: 1 | Rating: 3.0/1
Total comments: 1
0  
1 kanan714   (2015-04-04 10:36 AM) [Daxil ol]
Əlhəmdulillahirrəbbil aləmin. size təşəkkürümüzü bildiririk

Only registered users can add comments.
[ Registration | Login ]