«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 1:32 PM
Main » Articles » Nurlu kelamlar » TƏQVA VƏ ONA İLTİZAM VERMƏK

Nurlu kelamlar

 

TƏQVA VƏ ONA İLTİZAM VERMƏK

35–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub gözəl əxlaqa malik olmaqdır.

Biharul-ənvar /71/373.

***

36–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər vaxt hər hansı bir işə başlamaq istəsən (əvvəlcə) onun axır-aqibəti barəsində fikirləş. Əgər onun sonu xeyir və inkişaf olarsa ardınca düş, amma fasid bir əməl olarsa ondan uzaq ol.

Biharul-ənvar /77/130.

***

37–İmam Sadiq əleyhissalamdan təqvanın təfsiri barəsində soruşdular, Həzrət buyurdu:  Təqva budur ki, Allah-taala səni, Özünün əmr etdiyi işlərdə və yerlərdə qaib, qadağan etdiyi yerlərdə isə hazır görməsin.

Səfinətul-bihar /2/678.

***

38–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz tayfa və qəbiləndəki əməlisaleh, möhtərəm bir şəxs qarşısında həya etdiyin kimi, Allah qarşısında da həya et.

Müstədrəkul-vəsail /8/466.

***

39–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Gözləri üsyankarlıq və şəhvət müqabilində yummaq necə də gözəl səddir.

Ğürərul-hikəm /321.

***

40–İmam Əli əleyhissalam, ibni Mülcəm (lə`nətullahi əleyh) tərəfindən zərbətlənərkən oğlu Həsən və Hüseynə xitabən buyurdu:  Sizə ilahi təqvanı tövsiyə edirəm. (Və tövsiyə edirəm ki,) dünya (malını) axtarmayın, hətta dünya sizin arxanızca gəlsə də. Əlinizdən gedən dünya malına əsla təəssüflənməyin. Haqq danışın, əcir və savab almaq üçün əməl edin, zalıma qarşı düşmən, məzlumlara isə kömək (arxa) olun.

Nəhcül-bəlağə, 47-ci məktub.

***

41–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ey oğlum, sənə ilahi təqvanı və Allahın əmrini yerinə yetirməkdə iltizamlı olmağı, öz qəlbini Allahın zikri ilə abad etməyi, (eşq, məhəbbət ocağı olan qəlbini Allah eşqinin nuru ilə işıqlandırmağı), Ona bəndəlik etməyi və sarsılmaz məhəbbət ipinə sarılmağı tövsiyə edirəm. Səninlə Pərvərdigarın arasındakı ipdən də möhkəm bir səbəb ola bilərmi ki, sən ondan yapışmısan?!

Nəhcül-bəlağə, 31-ci məktub.

***

42–Əbi Üsamə deyir:  İmam Sadiq əleyhissalam mənə buyurdu:  Amandır, sizi ilahi təqvaya, həqiqi mə`nada Allahdan qorxmağa, sə`y etməyə, düzgün danışmağa, əmanəti qaytarmağa, gözəl əxlaqlı olmağa, qonşularla gözəl davranmağa tövsiyə edirəm! (Bu işlərdən qafil olmayın!) Haqq yoluna dilinizdən başqa şeylə (əməlinizlə) də`vət edənlərdən olun, bizim üçün zinət olun, rüsvaylıq səbəbi olmayın. Uzun rüku və səcdəni unutmayın! Çünki əgər sizlərdən biri rükunu və səcdəni uzadarsa, İblis onun arxasında fəryad edib deyər:  Vay olsun mənə, bu, Allaha itaət etdi, mən isə üsyan etdim; o səcdə etdi, mən isə səcdə etməkdən imtina etdim!

Kafi /2/77.

***

43–İmam Baqir əleyhissalam buyurur:  Əli ibni Hüseyn əleyhissalamın kitabında belə yazılmışdı…

(Qur`an buyurur ki,) Agah olun, həqiqətən Allah dostları üçün heç bir nigaranlıq, qorxu, hüzn, qəm-qüssə yoxdur. Həzrət buyurdu:  Allahın Öz dostları adlandırdığı, qəm-qüssədən uzaq etdiyi şəxslər o zaman qorxudan amanda olur ki, Allahla dostluq əlamətləri onlarda mövcud olsun. Belə ki, onlar Allahın vacib buyurduqlarını yerinə yetirsələr, Rəsuli-əkrəmin sünnətlərinə əməl etsələr, Allahın haram buyurduqlarından uzaq olsalar, dünyanın mal-dövlətinə və cah-cəlalına qarşı zahid (rəğbətsiz) olsalar, Allahın dərgahında olan ne`mətlərə rəğbət bəsləsələr, pak və halal ruzini öz zəhmətləri ilə Allahın razılığı üçün əldə etsələr, eləcə də məqsədləri mal-dövlət yığıb onunla fəxr etmək olmasa, əldə etdikləri mal-dövlətlərdən Allahın vacib etdiyi istiqamətdə xərcləsələr, onda onlar Allah-taalanın mallarına xeyir-bərəkət verərək ibadət və infaqlarına (ehsanlarına) çoxlu mükafat və gözəl savab əta etdiyi şəxslərdir.

Biharul-ənvar /69/277.

***

44-Həzrət Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Həqiqətən bütün insanlar Adəm əleyhissalamın dövründən bu günkü günümüzə qədər darağın dişləri kimi bir-biri ilə bərabərdirlər. Ərəbin əcəmdən, ağ dərilinin qara rənglidən heç bir üstünlüyü yoxdur (yə`ni zahiri əlamətlər üstünlüyə səbəb olmaz). Üstünlük yalnız təqva ilədir.

Müstədrəkul-vəsail /12/89.

***

45–İmam Sadiq əleyhissalam buyurur:  Həqiqətən təqva ilə olan az əməl, təqvasız olan çox əməldən daha yaxşıdır.

Kafi /2/76.

Category: TƏQVA VƏ ONA İLTİZAM VERMƏK | Added by: IslamQadini (2009-10-07)
Views: 1329 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]