«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 12:52 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Qeyrət və namus
Qeyrət və namus
    Əziz qardaş, qorunmağa ehtiyac görən mülkünü, ailəni və övladlarını  bundan məhrum etmə! (İmam Əli (ə) buyurur: " Allah mömin və möminlərə qeyrətli olmağı əmr etmişdir. Mömin qeyrətli olmalıdır. Əks təqdirdə onun qəlbi təmiz deyildir")
   Daim dində bidət edənləri və dini inkar edənlərin şübhələrini dəf etməyə çalış!  Mübarək şəriətin genişləndirməsinə və yayılmasına səy göstər! yaxşılığa dəvətə və pislikdən çəkindirməyə səhlənkar yanaşma!  Məhrəmlərinin, ailənin və qadınların arasında heybət pərdəsini aradan aparma! bacardığın qədər onları yad kişilərin görməsinə imkan  yaratma! Onları musiqi, tütək səsi, mahnı, evdən çıxmaq (Şeyx Cəfər Nəqdi özünün "Zeynəbi Kubra" kitabında Əbu Yəhya Mazinidən nəql etdiyi Hədisdə deyir: Əbu Yəhya deyir:" Mən Əmirəl-möminin ilə uzun müddət qonşu oldum. Zeynəbin yaşadığı evin yaxınlığında yaşayırdım. Allaha and olsun ki, bir dəfə olsun belə mən Zeynəbi görmədim və səsini eşitmədim. O babası Rəsulullahın (s) qəbrini ziyarət etmək istədikdə gecə gedərdi. Sağ tərəfində Həsən, sol tərəfində Hüseyn və qarşıda isə Əmirəl-möminin (ə.s) gedərdi. Onlar Peyğəmbərin (s) məzarı-şərifinə yetişəndə Əmirəl-möminin (ə) öndə gedərək çırağın işığını söndürərdi. Bir gün Həsən atasının nə üçün çırağı söndürdüyünü soruşanda o həzrət buyurdu: "Qorxuram kimsə bacın Zeynəbi görər". ), yad adamlarla görüşmək, ehtiras yaradan nağıl və hekayələri oxumaq və onlara qulaq asmaqdan, fəsad gəlməsi ehtimal olunan digər şeylərdən çəkindir. Onların sağlamlığını qorumağa çalış.

Şeyx Abbas Qummi

Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-08-30)
Views: 1074 | Rating: 3.0/3
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]