«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 1:46 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Riyakarlıq
Riyakarlıq
    Riya ən pis əxlaq və insanı həlaka sürükləyən xüsusiyyətdir. Qurani-Kərim və hədislər bu sifəti daim pisləmiş və bunun sahibinə Cəhənnəm vəd olunduğunu bəyan etmişdir. ("Camius-səadət" c. 2, səh.373, "Əxlaq" Seyid Abdullah Şübbər, səh. 188)
    Rəsulullahdan (s) nəql edilən bir rəvayətdə buyrulur:
   " Azacıq riya belə şirkdir". ("Məcməul-beyza" c. 6, riya fəsli)
    Həmçinin, nəql edilən rəvayətdə Rəsulullaha (s) sual verirlər: 
    "Ya Rəsulullah! Sabah nicat nədədir? Rəsulullah (s) buyurur: Allahı aldatmağa çalışmayın, yoxsa Allah sizi aldadar. Allahı aldatmağa çalışanı Allah aldadar, onun iman paltarını çırar. Həqiqətdə isə o hiss etmədən özü-özünü aldadır. Dedilər: Allahı necə aldadar? Rəsulullah (s) buyururAllahın əmrini yerinə yetirər, lakin bundan başqa məqsəd üçün istifadə edər. Allaha təqvalı olun. Riyadan çəkinin,  çenki riya Allaha şərik qoşmaqdır. Riyakarlıq edən Qiyamət günü 4 adla çağırılacaq: Ey kafir, ey zalım, ey ziyana uğramış və ey əhdinə vəfasız! Əməllərin puç və mükafatın batil oldu. Sənin üçün bu gün qurtuluş yoxdur. Etdiyin əmələr görə hesabını al! " ("Təfsiru Məani" c. 1, səh. 283, 295-ci hədis, "Camius-səadat" c. 2, səh. 376)
    Həmçinin, Rəsulullahdan (s) nəql edilən digər bir rəvayətdə buyrulur:
    "Cənnət dil açaraq deyər: Mən bütün paxıl və riyakarlara haram olmuşam" ("Mustədrəkul Vəsail" c. 1, səh. 107, 11-ci bab, 13-cü hədis)
    Riyakarlığı pisləyən hədislər çoxdur. Riyanın əməlləri batil etməsi onun xəbis olduğuna bariz nümunədir ("Usulul-kafi" c. 2, səh. 222, "Mişkətul-ənvar" Təbərsi, səh. 317, "Camius-səadət" c. 2, səh. 373)
    Bunun üçündə bütün fəqihlər riyakarın əməllərinin qəbul olunmayacağını bildirmişlər.
    Bəzi alimlər deyirlər: Cahillər belə zənn edirlər ki, şəhidlərin ağası İmam Hüseynin (ə) əzadarlığı zamanı ixlasa ehtiyac yoxdur. Dərrakələri  az olduğu üçün Allaha və Onun Rəsuluna (s) iftira edir və İmam Hüseynin (ə) əzadarlığına riyakarlıq edirlər. Həmçinin, zənn edirlər ki, İmam Hüseynin (ə) əzadarlığı zamanı ixlasla ağlamaq mümkün olmadıqda riyakarlıqla ağlamaq caizdir. Onlar bunu İmam Hüseynin (ə) xüsusi fəzilətə sahib olduğu üçün hər növ ağlamaq ibadətdir. Lakin onlar anlamaq istəmirlər ki, ibadətdə riyakarlıq dəlillərdə qiyas və alış-verişdə riba (sələm) etməyə bərabərdir ("Camius-səadət" c. 2, səh. 375)
    Hər ağıl sahibi İmam Hüseynin (ə) kiçik şirk hesab edən riya kimi böyük bir günahı necə "caiz" bildiyini düşünər. Halbuki, İmam Hüseyn (ə) İslam dinini bidətdən qorumaq, dini məsələlərə dərindən mənimsəmək, haqqın sözünü yüksəltmək və Allahın müqəddəs zatını tövhid əsaslarını sübut etmək üçün bütün müsibətlərə sinə gəlmişdir. Beləliklə, cahillərin bu iddiası yalnız:  "...planlaşdırılmış bir şeydir ". ("Sad" surəsi, ayə 7)

Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-19)
Views: 1031 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]