«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 6:53 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Zülm
Zülm
    Ey əziz qardaş, Allah bəndələrinə zülm etməkdən çəkin! Bütün insanlar bunun qəbahətli olduğunu bilir. Qurani-Kərim zalımlara Cəhənnəm vədəsi verərək onları lənətləmiş, hədislər isə onları pisləyərək hədələmişdir. (Allah Qurani-Kərimdə buyurur:" Allah zalım qövmləri hidayət etməz".)
    Rəvayətdə deyilir: "Bir saat zülm Allah yanında 60 il günahdan daha pisdir" ("Mişkətul-Ənvar" Təbəsi, səh.321)
    Allah Qurani-Kərimdə buyurur:

وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

    "Allah zülm edənləri sevməz!" ("Ali-İmran" surəsi, ayə 57)
    Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulu:
    "Qiyamət günü bir insanın yaxşılıqları onu sevindirər. Elə bu zaman bir nəfər gəlib deyər: "Ey Rəbbim, bu insan mənə zülm edib. Onun yaxşı əməllərindən şikayətçiyə verirlər. Beləliklə, bir neçə nəfər ondan şikayət etdikcə, o zaman onun yaxşı əməlləri qalmaz. Yenə də şikayətçi gəldikdə şikayətçinin pis əməlləri həmin zülm edən insanın pis əməllərinə əlavə edirlər. Sonda isə həmin insanın yaxşı əməli bitər, pis əməlləri artar və Cəhənnəmə daxil olar" ("Əxlaq və Abadul-İslamiyyə" səh. 728, "ən-Nihayə" c.2, səh.55)
    Əmirəl- möminin (ə) buyurub:
    "Kim Allahın bəndəsinə zülm edərsə, onun qarşısında məzlum deyil, Allah dayanacaq" ("Ğurərul-hikəm" səh.456, 10402-ci hədis)
    "Zülm etmə, zülm ən böyük günahdır" ("Ğurərul-hikəm" səh.456, 10438-ci hədis)
    "Zülm ayağı büdrədər, neməti əldən alar və ümmətləri həlak edər" ("Ğurərul-hikəm" səh.456, 1041-ci hədis)
    "Sizlərdən ən çox ziyana uğrayan ən zalımınızdır" ("Ğurərul-hikəm" səh.455, 10384-ci hədis)
    Həmçinin, İmam Əlidən (ə) nəql edilən rəvayətdə buyurulur:
    "And olsun Allaha ki, quru həşr üstə gecələmək və cismimi zəncirlə sarımaq Qiyamət günü Allaha və Rəsulullaha bir bəndəyə zülm etmiş və ya onun malını qəsb etmiş kimi qovuşmaqdan yaxşıdır. Həmçinin, bir bəndəyə necə sülm edim ki, Allahın bəla qapıları üzümə bağlı, nemət qapıları isə açıqdır"  ("Biharul-Ənvar" c.75, səh.359, "Nəhcul-Bəlağa" 224-cü xütbə)
    İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurulub:
    "Zülmü istəyən, zalıma kömək etmək və zülmə razılıq etmək üçlü şərikdir"    ("Səfinətul-bihar" c.2, "zülm" bölməsi)
    Ey əziz qardaş,ədalətli yol seçiminə diqqət yetir və Allahın bəndələrinə zülm etməkdən çəkin! Çünki ədalətin şərəfli xüsusiyyətləri vəsf çərçivəsindən kənardır. Xatirələri üfüqləri dolaşan, onlara misal çəkilən, ədalətli dövlət quran və özləri torpağa qovuşduqdan sonda adi dillər əzbəri olan ədalətli insanları, həmçinin, adları tarixin səhifələrindən silinən, insanlara zülm edən və hökümranlığından xilas olmalarını səbirsizliklə gözlədikləri zalım rəhbərləri xatırlamaq kifayətdir.

Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-07)
Views: 706 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]