Həzrət Rəsul (s) buyurur: "Ər və arvadın arasında soyuqluq yaradan və onların bir-birinə olan məhəbbətini aradan götürən şəxs isə, həm dünyada, həm də axirətdə Allahın qəzəb və lənətinə düçar olar. Allah onun öz nəzər və lütfündən məhrum edər. (Səvabul əəmal və iqabul əəmal(tərcümə ilə),səh.669)
Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.
salam bacilar menim ailemide dagitdilar yoldasim meni sevirdi ikimizde sevib evlenmiwik 5 ay gelin oldum heyatimi korladilar,Allah ele pis insanlarin cezasin versin inwallah Allah hamiya komek olsun.Amin
uska, aleykum salam. Belə hallara çox rast gəlmək olur. Təəssüfedici haldır. Amma bir qədər də ailəni dağıtmamışdan öncə yaxşı-yaxşı düşünək. Bəs siz necə? Bu barədə düşündünüzmü? Ailəni dağıtmamışdan öncə sizi sevən kişiniyə bu ailəni dağıtmağa nə vadar etdi? Kişi tərəfdən heç bir qüsur olmadısa niyə əks tərəfin mundar sözlərinə aldanaraq Allaın bizə məsləhət gördüyü ailənin dağılmaması üçün heç bir şey etmədiz? Ya etdinizmi? Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.