KubraZ | Date: Bazar ertəsi, 2013-05-27, 1:26 PM | Message # 1 |
Sergeant
Group: Istifadeci
Messages: 25
Status: Burda deyilem
| «...Həqiqətən, namaz [insanı] çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək [Allahın, cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmağ], şübhəsiz ki, [savab etibarilə bütün başqa ibadətlərdən] daha böyükdür...(Ənkəbut-45) » «O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək [onlara bir yer versək] namaz qılar, zəkat verərlər...]»(Həcc-41) «Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik».(Müddəsir-42-43) «[Müsibət vaxtında] səbr etmək və namaz qılmaqla [Allahdan]kömək diləyin! Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir»(Bəqərə-45). «Ey Rəbbim! Məni də, nəslimdən olanları da [vaxtlı-vaxtında, lazımınca] namaz qılan et. Ey Rəbbim! Duamı qəbul buyur!(İbrahim-40)» «...Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir»(Nisa-103).
|
|
| |