«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 2:14 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Islam » Muxtelif melumatlar » Sohbet etmeyin hokmleri..
Sohbet etmeyin hokmleri..
KubraZDate: Çərşənbə axşamı, 2013-05-28, 11:11 AM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
a) Kişinin naməhrəm qadınlarla söhbət etməsi
Məsələ 169: Kişilər aşağıdakı şərtlərlə naməhrəm qadınlarla söhbət edə bilərlər:
1-Ləzzət və reybə qəsdi olmasın.
2-Bu cür söhbət etməklə günaha düşülməsin.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.
İmam: Təhrirul-vəsilə, "Nikah", məsələ 29.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.
Fazil: " "Camiül-məsail"", cild, 1, sual 1718.


Bəhcət: Ləzzət qəsdi olmadan naməhrəm qadının səsi¬ni eşitmək caizdir. "Tovzihul-məsail", məsələ 1936.
Məsələ 170: Zərurət halı olmadan naməhrəmlə söhbət etmək məkruhdur. Xüsusilə əgər dinləyici cavan olarsa.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29 və İstifta.


Bəhcət: Belə ki, ləzzət qəsdi olmazsa. İstifta.
Sistani: Əgər ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa caizdir. İstifta.

Məsələ 171: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə günaha düşəcəyini bilirsə, onunla söhbət etməməlidir. İstər qadın kişini günaha salacağı tərzdə olsun, yaxud da ki, kişinin günaha düşməyinə səbəb olan mətləb barəsində söhbət etsinlər.
İmam, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
Bəhcət: "Tovzihul-məsail", 1936-cı məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.


Məsələ 172: Əgər kişi naməhrəmi haram işə salmaq məqsədi ilə onunla söhbət etsə haramdır.

İmam: "Təhrir", "Nikah", 29-cu məsələdən istifadə etməklə, İstifta.
Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta.
Sistani: "Minhacus-salihin", 29-cu məsələdən istifadə etməklə.


* NƏTİCƏDƏ: Başqalarını şəhvətə salmaq məqsədi ilə edilən söhbətlər, misal üçün şəhvəti təhrik edən səhnələri nəql etmək və sair haramdır.
Məsələ (Sual) 173: Kişi, onunla ləzzət qəsdi ilə söh¬bət etmək istəyən naməhrəm qadınla danışa bilərmi? (Belə ki, kişi özünün günaha düşməyəcəyini bilirsə.)
Cavab: Caiz deyildir.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.
Məsələ 174: Əgər kişi naməhrəmlə söhbət etdiyi təq¬dir¬də o qadının günaha düşəcəyindən qorxursa, gərək onunla söhbət etməsin.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29.
Bəhcət, Xamenei, Sistani: İstifta.


Məsələ 175: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə onu şəhvət məsələlərindən başqa bir günaha salacağını bilirsə, o qadınla söhbət etməsi caiz deyil.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29 və İstifta.
Bəhcət: "Tovzihul-məsail", 1936-cı məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.


Misal üçün: Kişi bilir ki, o naməhrəmlə söhbət edə¬cəyi təqdirdə yalan deməyə məcbur olacaq, yaxud qeybət edə¬cək, yaxud töhmət vuracaq, istər qadın kişini günaha va¬dar etsin, yaxud da onun özü söhbət vasitəsilə bu günah¬lara batsın.

Məsələ 176: Hər kəslə və hər şey barəsində şəhvət və ləzzət qəsdi ilə söhbət etmək caiz deyildir. (Həyat yoldaşı istisnadır.)

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.
İmam: "Təhrir", "Nikah", məsələ 29.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", məsələ 29.


Məsələ 177: Kişilərin qadınları təqlid etmək səsi ilə və bunun əksinə danışmalarının hökmü nədir?
Bəhcət: Əgər fəsad olmazsa işkalı yoxdur. Əks halda, caiz deyildir. İstifta.
Sistani: Haram işə gətirib çıxarmazsa, caizdir. İstifta.
Məkarim: Haram bir işə səbəb olmazsa, misal üçün, günaha təşviş olunma, yaxud xüsusi bir şəxsə hörmətsizlik olmazsa, işkalı yoxdur. İstifta
 
Forum » Islam » Muxtelif melumatlar » Sohbet etmeyin hokmleri..
  • Page 1 of 1
  • 1
Search: