«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 8:21 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Islam » Muxtelif melumatlar » Dünyada bizə nəzarət edən 8 mübarək kamera
Dünyada bizə nəzarət edən 8 mübarək kamera
KubraZDate: Bazar, 2013-08-04, 2:00 PM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Bilirikmi ki, bizi bu dünyada 8 kamera çəkməkdədir? Bir kamera deyil, iki deyil, məhz 8 kamera. Bəz özümüzü bu kameralara çəkilmək üçün
hazırlamışıqmı?
 
Bu 8 mübarək kamera bunlardır:
 
1. İlahi nəzər.
"Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!” ("Ələq” 14).
 
2. Əziz Peyğəmbərimizin (s) nəzəri.
"Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin
əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və
müjdəçi və qorxudan (kimi) göndərdik”
. ("Əhzab” 45). 
3. İmamlarımızın (ə) müqəddəs nəzəri.
"Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun
Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və
tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O
sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir». ("Tövbə” 105). 
4. Yaxın mələklər.
"(Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar”. ("Mutəffifin” 21).
 
5. Şəhidlər.
"Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları
Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla)
diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. ("Bəqərə” 154). 
6. Yer.
"Məhz o gün yer öz xəbərlərini açıb söyləyər.
(Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə
dilə gələrək danışar)”
. ("Zəlzələ” 4). 
7. Zaman.
"Və and olsun vəd olunmuş günə (Qiyamət gününə) Və and olsun, müşahidə edənə və onların müşahidə etdiklərinə”. ("Buruc” 2-3).
 
8. Bədən üzvləri.
"Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə
deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri)
deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah
danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf
qaytarılırsınız»”. ("Fussilət” 21). 
 Bilirsinizmi ki, bu kameraların texniki kameralarla fərqi nədir?
Budur ki, bu kameralar hər şeyi azaltmadan və çoxaltmadan çəkərlər. Bunu
bilək ki, həyatımızın hər anı və hər saniyəsi bu kameralar tərəfindən
qeyd edilir. Ona görə çalışaq ki bu kameralara yaxşı şəkildə düşə bilək.
Sabahı günü özümüzə baxan zaman xəcalət çəkməyək, əksinə çəkilən hər
bir andan ləzzət alaq."Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin
əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük
kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları
onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu
necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən
keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin
heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar
(dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş
şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına
təsirlərini və onların həmin aləmdəki təcəssümünü
 
Forum » Islam » Muxtelif melumatlar » Dünyada bizə nəzarət edən 8 mübarək kamera
  • Page 1 of 1
  • 1
Search: