«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 0:28 AM
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Islamda qadin » Islamda qadinlar » Zahiri ve Heqiqi Iman
Zahiri ve Heqiqi Iman
KubraZDate: Çərşənbə axşamı, 2013-05-28, 11:19 AM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Bu hissədə həqiqi iman və onun xüsusiyyətlərindən danışılacaq. Bu xüsusiyyətlərə əsasən, həqiqi mömini tanımaq olar. Həqiqi iman və onun xüsusiyyətləri, həqiqi möminin tanıtdırılması, iman dərəcələri haqqında ayə və rəvayətlər çoxdur. Dayaz düşüncəli bəzi insanlar elə güman edirlər ki, insan üçün yalnız iki hal mövcuddur: möminlik və ya kafirlik. Onların nəzərincə Allahı və qiyaməti inkar etməyən insan mömindir və möminlər arasında heç bir fərq yoxdur. Əslində isə belə deyil. Amma belə düşüncə tərzi İslamla paralel tarixə malikdir.
Bəzilərinin dini zahiri İslamdan başqa bir şey deyil. Belələri üçün İslam yalnız dünya həyatını qurmaq üçündür. Belələrinin axirət nemətlərindən faydalanması qeyri-mümkündür. Bu insanlar əbədi olaraq cəhənnəmin ən aşağı mərtəbəsinə sakin olarlar. Onlar İslamı yalnız zahirdə qəbul etmiş münafiqlərdir. Bu insanları öldürmək, var-dövlətini əlindən almaq olmaz. Onlar müsəlmanla izdivac edə bilər, müsəlman ata-anadan irs apararlar. Amma bütün bunlar dünya həyatına aid olan zahiri məsələlərdir.
İslamın başlanğıc dövründə zahirən müsəlman olmuş bir qrup şəxs məscidə gələr, hətta birinci cərgədə dayanıb namaz qılardılar. Amma bu xüsusiyyətlər həqiqi müsəlman olmaq üçün kifayət deyildir. Qəlbinin dərinliyində Allaha və Peyğəmbərə (s) etiqadı olmadığı halda zahirən müsəlman olanlar haqqında dinin zahiri hökmləri icra olunur. Belə müsəlmanlığın ölçüsü şəhadəteyn-şəhadət kəlmələrini deməkdir. Kəlmeyi-şəhadət deyən şəxs müsəlman olur. Allahın birliyi və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verən insan Allahın hər hansı bir hökmünü qəbul etmədikdə ziddiyyət yaranır. Necə ola bilər ki, insan peyğəmbəri qəbul etsin, amma peyğəmbərin gətirdiyi şəriətə müxalif olsun?! Dinin zəruri hökmlərini inkar etmək küfrdür və belə bir küfr «zahiri küfr» sinfindəndir. Münafiqlərsə belə deyil. Onlar qəlbən zəruri hökmlərə müxalif olduqları halda, zahirdə bütün zərurətləri qəbul etdiklərini iddia edir, əsl düşüncələrini gizli saxlayırlar. Onlar anlayırlar ki, İslamı açıq-aşkar inkar etsələr dünyəvi çətinliklərlə qarşılaşa bilərlər. Bəzi fəqihlər zəruri hökmün inkarını peyğəmbərin inkarına bərabər hesab edirlər. Bunu hamı bilir ki, Peyğəmbərin (s) bütün göstərişləri Allahın buyuruqlarına əsaslanır. Məsələn, namaz haqqında Peyğəmbərin (s) verdiyi göstəriş Allahın əmrinə əsaslanır və namazı inkar etmək dini inkar etmək hesab olunur.
Demək, insan kəlmeyi-şəhadət söyləməklə zahirən müsəlman olur. Nə qədər ki «səhv etdim müsəlman oldum» deyilməyib, nə qədər ki dinin zəruri bir hökmü inkar olunmayıb zahiri müsəlmanlıq yerindədir.
Zahiri müsəlmanlığın axirət dünyası, behişt və cəhənnəmlə heç bir əlaqəsi yoxdur. Zahiri müsəlman olduğu kimi, zahiri kafir də vardır. Kəlmeyi-şəhadət deməmək, dinin zəruri hökmünü inkar etmək zahiri küfrdür.
Şərti olaraq zahiri müsəlmanlığı «islam», həqiqi müsəlmanlığı isə «iman» adlandıraq. Allah-təala Qurani-Kərimdə buyurur: «Biz iman gətirdik» dedilər. De ki: «Siz iman gətirmədiniz. «İslamı qəbul etdik» deyin!» [«Hücərat» surəsi, ayə 14.]. İslam dini dildə qəbul edib, ona zahirən əməl etməkdirsə, iman qəlbə aid olan bir məsələdir.
Bəzən belə ola bilər ki, həqiqi bir müsəlman ömrünün sonunadək təqiyyə edərək imanını gizləyə. Misal olaraq Fironun mömin ailəsini və ya həzrət Əbu Talibi göstərmək olar. Rəvayətlərdə bildirilir ki, Əbu Talib İslamın başlanğıc dövründə iman gətirənlərdən idi. Hansı ki, bəzi məzhəb nümayəndələri Əbu Talibin əqidəsini gizlətməklə Peyğəmbəri (s) müdafiə etdiyini nəzərdən qaçıraraq, onun müsəlman olmadığını iddia edirlər.
Bu mövzuya Qurani-Kərimdə də toxunulur: «Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi»[«Ğafir» surəsi, ayə 28.], «Qəlbi imanla sabit olduğu halda, küfrə məcbur edilən şəxs istisnadır»[«Nəhl» surəsi, ayə 106. ]. Əgər bir şəxs dini dəyərləri və övliyaları canını qorumaq üçün inkar etməyə məcbur olarsa bu iş onun imanı üçün təhlükəli deyil. Həmin şəraitdə imanı gizlətməklə təqiyyə vacibdir. Həzrət Əbu Talibin bütün ömrünü təqiyyədə keçirməsi yuxarıda deyilənləri təsdiqləyən gözəl bir misaldır. Bəli, iman insanın daxili aləminə aid olan bir həqiqətdir.
Qədim zamanlarda gün uzunu imansız ağanın nəzarəti altında olan qullar qəlblərində ibadət edərdilər. Yəni iki rəkət namaz qılmağa qüvvəsi çatmayan insan qəlbində ibadət edə bi
 
Forum » Islamda qadin » Islamda qadinlar » Zahiri ve Heqiqi Iman
  • Page 1 of 1
  • 1
Search: