«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 12:14 PM
Main » Articles » Gənclər üçün 100 dərs

43-CÜ DƏRS: XƏSTƏ NƏFSİ NECƏ TANIMALI?
43-CÜ DƏRS: XƏSTƏ NƏFSİ NECƏ TANIMALI?
İnsan öz nəfsindəki xəstəlikləri bir sıra yollarla tanıya bilər:
1.İnsan öz əqlini işə salmalıdır. İnsan əql vasitəsi ilə düşünür, həqiqətləri dərk edir, yaxşını pisdən ayırır. İnsan Allahı, öz dini vəzifələrini əql yolu ilə tanıyır. ”Yunis” surəsinin 100-cü ayəsində buyurulur: "Allah əzabı düşünüb anlamayanlar üçün qərar verir”
2.Əməl etməzdən qabaq düşünmək lazımdır. İnsan özünə söz verməlidir ki, yaxşıca düşünməmiş heç bir iş görməyəcək. Həzrət Peyğəmbər buyurur: "Tələskənlik insanları həlak etdi. Əgər onlar hər işdən qabaq düşünsəydilər, həlak olmazdılar.
3.İnsan düşünərkən əqlin məsləhətlərini nəfsin məsləhətlərindən fərqləndirməli və nəfsi susdurmalıdır. Həzrət Əli (ə) buyurur: "Mömin daim öz nəfsindən bəd gümandır və həmişə onda eyb axtarır.”
4.Nəfsini paklandırmaq istəyən insan həqiqi ruhaniyə müraciət etməlidir. Bu işdə əxlaq aliminin göməyi olduqca faydalıdır.
5.Bu işdə bilikli və xeyirxah dostdan yardım almaq lazımdır. Yaxşı dost ilahi nemətdir. O, səni eyblərindən vaxtında xəbərdar etməlidir.
6.Başqalarının eyblərindən ibrət götürmək lazımdır.
7.Düşmənlərin sənin eyblərini açıqlamasından istifadə edib, bu eybləri nəzərdə saxlamalısan.
8.İbadətdə süstlük, dünya ləzzətlərinə həvəs qəlb xəstəliyinin əlamətlərindəndir. Əlamətlərə diqqətli olmaq lazımdır.

Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-03)
Views: 898 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]