«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 6:22 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Ağlamaq

Ağlamaq
Mizanul-hikmət
47. Ağlamaq

245. Allah qorxusundan ağlamaq

Quran:
«Rəhman Allahın ayələri onlara oxunan zaman ağlayaraq səcdəyə düşürdülər». (Məryəm surəsi, ayə 58)
«Onlar üzüqoylu düşüb ağlayırlar və itaətkarlıqları artır». (İsra surəsi, ayə 109)
Hədis:

834. Allahın Peyğəmbəri (s): «Xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır». (Biharul-ənvar, c.93, səh.331, hədis 15)
835. Allahın Peyğəmbəri (s) «Vida həcci»nin xütbəsində buyurmuşdur: «Kimin gözü Allah qorxusundan yaş töksə, onun göz yaşının hər bir damcısı üçün əməl tərəzisinə Ühüd dağı boyda mükafat qoyarlar». (Biharul-ənvar, c.93, səh.335, hədis 25)
836. Allahın Peyğəmbəri (s): «Allahın ərşinin kölgəsindən başqa ayrı bir kölgənin olmayacağı gün yeddi nəfər Onun ərşinin kölgəsində olar: …………. və gizlində Allah-taalanı xatırlayan və Allah qorxusundan gözlərindən yaş axan şəxs». (Biharul-ənvar, c.84, səh.2, hədis 71)
837. Allahın Peyğəmbəri (s): «Kimin gözündən Allah qorxusundan bir milçək boyda yaş çıxsa, Allah «böyük qorxu» günündə onu qorxusuz edər». (Biharul-ənvar, c.93, səh.336, hədis 30)
838. İmam Əli (ə): «Gözlərin ağlaması və qəlblərin qorxması adı uca olan Allahın rəhminin nişanəsidir. Bu ikisini özünüzdə tapan zaman dua etməyi qənimət bilin».(Məkarimul-əxlaq, c.2, səh.96, hədis 10)
839. İmam Əli (ə): «Allah qorxusundan ağlamaq rəhmətin açarıdır». (Ğurərul-hikəm, hədis 2051)
840. İmam Əli (ə): «Allah qorxusundan ağlamaq qəlbi nuraniləşdirir və günaha adət etməkdən qoruyur». (Ğurərul-hikəm, hədis 2016)
841. İmam Səccad (ə): «Heç bir damcı Allah yanında bu iki damcıdan - Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən göz yaşı damcısından əziz deyil». (Biharul-ənvar, c.69, səh.378, hədis 31)
842. İmam Baqir (ə): «Qiyamət günü üç gözdən - Allah yolunda gecə yatmamış gözdən, Allah qorxusundan ağlamış gözdən və Allahın haram buyurduqlarına baxmamış gözdən başqa bütün gözlər ağlayacaq». (Biharul-ənvar, c.7, səh.195, hədis 62)
843. İmam Sadiq (ə): «Əgər ağlamağın gəlmirsə də, özünü ağlamağa vur. Əgər gözündən milçəyin başı boyda yaş çıxsa, xoş halına!» (İddətud-dai, səh.161)
844. İmam Sadiq (ə): «Göz yaşlarından başqa hər bir şeyin ölçü və çəkisi var. Çünki bir damcı göz yaşı alov dəryasını söndürür. Əgər göz öz yaşında batsa, həmin üzə heç bir yoxsulluq və həqirlik tozu qonmaz. Əgər göz yaşları axsa, Allah həmin üzü oda haram edər. Əgər ağlayan bir ümmətin arasında ağlasa, həmin ümmətin hamısına rəhm olunar». (Biharul-ənvar, c.93, səh.331, hədis 14)

246. Gözün (yaşının) quruması
845. Allahın Peyğəmbəri (s): «Bədbəxtliyin əlamətlərindən biri gözün (yaşının) qurumasıdır». (Biharul-ənvar, c.70, səh. 52, hədis 11)
846. İmam Əli (ə): «Göz yaşları yalnız qəlbin daşlığı səbəbindən quruyur və qəlblər yalnız günahların çoxluğundan daşlaşır». (Biharul-ənvar, c.73, səh.354, hədis 60)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri


Category: Ağlamaq | Added by: IslamQadini (2011-01-31)
Views: 1007 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]