Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Savab |
Savab
![]() 58. Savab 310. Savab 1012. İmam Əli (ə): «Sənin əməlinin savabı əməlin özündən üstündür». (Ğurərul-hikəm, hədis 4688) 1013. İmam Əli (ə): «Axirətin savab və mükafatı dünyanın əziyyət və çətinliklərini yaddan çıxarır».(Ğurərul-hikəm, hədis 4692) 1014. İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrini öz qəzəb və əzabından saxlamaq və öz Cənnətinə tərəf sövq etmək məqsədi ilə Ona itaət edənlər üçün savab və mükafat, Ona itaətsizlik edənlər üçün isə cəza müəyyənləşdirdi». (Nəhcül-bəlağə, hikmət 368) 1015. İmam Əli (ə): «Əməlin savabı onun əziyyət və zəhməti qədərdir». (Ğurərul-hikəm, hədis 4690) 311. Ən böyük savab 1016. İmam Əli (ə): «Ən böyük savab insafın savabıdır». (Ğurərul-hikəm, hədis 3387) 1017. İmam Əli (ə): «Cihadın savabı ən üstün savabdır». (Ğurərul-hikəm, hədis 4695) 1018. İmam Əli (ə): «İki şeyin - əfv etmək və ədalətin savabının- ölçülməsi və çəkilməsi qeyri mümkündür». (Ğurərul-hikəm, hədis 5769) 312. «Filan işin savabı var» eşidən kəs 1019. İmam Baqir (ə): «Kim Allahın (hansısa) bir əməlin yerinə yetirilməsinə savab verməsini eşitsə və o savabı əldə etmək üçün həmin işi yerinə yetirsə, hədis o eşitdiyi kimi olmasa da, ona həmin savab veriləcəkdir». (əl-Kafi, c.2, səh.87, hədis 2) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 806 | Rating: 0.0/0 |
Total comments: 0 | |