«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 2:30 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Sıgınacaq vermək

Sığınacaq vermək
 
Mizanul-hikmət  

201. Sığınacaq


686. Allahın Peyğəmbəri (s): «Səndən öz canı üçün pənah və sığınacaq istəyəni öldürmə». (Kənzul-Ummal, hədis 10909)
687. Allahın Peyğəmbəri (s): «Mən birinin canına pənah və sığınacaq verib sonra onu öldürən kəsdən uzaq və bizaram, hətta əgər öldürülən kafir olsa belə». (Kənzul-Ummal, hədis 10930)

202. Əhd-peymana vəfa etmək
688. İmam Əli (ə): «Əhd-peymanların mıxlarını möhkəm edin». (Nəhcül-Bəlağə, hikmət 155)
689. İmam Əli (ə) Malik Əştərlə olan əhdnaməsində buyurmuşdur: «Əgər düşməninlə əhd-peyman bağlasan və ya ona pənah və aman libası geydirsən, əhdinə vəfa et və verdiyin pənah ilə peymanına riayət et, özünü verdiyin pənah və sığınacağa sipər et. Çünki insanlar ziddiyyətli istəklər və fikir ayrılığına malik olmalarına baxmayaraq, Allahın vacib buyurduqları içərisində əhdə vəfalı olmağı uca tutmaq kimi heç nə barəsində tam yekdil deyildirlər». (Nəhcül-Bəlağə, məktub 53)

203. Əhd-peyman və pənahlara hörmətlə yanaşmaq
690. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin ən aşağı məqam sahibi onların hamısı tərəfindən pənah və sığınacaq verə bilər». (Kənzul-Ummal, hədis 10932)
691. Allahın Peyğəmbəri (s): «Müsəlmanlar qardaşdırlar, qanları bərabərdir, onların ən aşağı məqama malik olanı pənah verə bilər. Onlar yadlar qarşısında əlbir və müttəfiqdirlər». (Biharul-Ənvar, c.100, səh.46, hədis 6)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Sıgınacaq vermək | Added by: IslamQadini (2010-06-15)
Views: 791 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]