«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 11:14 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Zülm, zorakılıq, itaətsizlik

Zülm, zorakılıq və itaətsizlik
Mizanul-hikmət
46. Zülm, zorakılıq və itaətsizlik

241. Zülm, zorakılıq və itaətsizlik

Quran:

«Elə ki, Allah onları xilas etdi, yer üzündə haqsız yerə zülm, zorakılıq və itaətsizlik etmələrini görərsən. Ey insanlar! Bu zülm, zorakılıq və itaətsizlik sizin öz ziyanınızadır, (siz) dünya həyatının xeyri(ni istəyirsiniz). Dünya həyatında bir faydalanma, ləzzət vardır. Sonra sizin dönüşünüz Bizə tərəf olacaqdır. Daha sonra sizi etdiklərinizdən xəbərdar edəcəyik». (Yunus surəsi, ayə 23)
«Və (Allah) zinadan, çirkin (əməl)lərdən və zülm, zorakılıq və itaətsizlikdən çəkindirir. Sizə öyüd verir ki, bəlkə öyüd qəbul edən oldunuz». (Nəhl surəsi, ayə 90)
822. Allahın Peyğəmbəri (s): «Zorakılığın cəzası insanı digər çirkin işlərin hamısından tez yaxalayır». (əl-Kafi, c.2, səh.327, hədis 1)
823. İmam Əli (ə): «İtaətsizlik və təcavüzkarlıq qılıncı çəkən şəxs həmin qılıncla öldürülər». (Nəhcus-səadə, c.1, səh.52)
824. İmam Əli (ə): «Zorakılıq neməti aradan aparır». (Ğurərul-hikəm, hədis 382)
825. İmam Əli (ə): «İtəatsizlik viran və məhvə səbəb olur». (Ğurərul-hikəm, hədis 795)
826. İmam Əli (ə): «Zorakılıq və itaətsizlikdən çəkin. Çünki zorakılıq (insanı) çox tez torpağa sərər və zarakılıq işlədəni ibrətə çevirər». (Ğurərul-hikəm, hədis 2657)
827. İmam Əli (ə): «İtaətsizlik itaətsizləri oda tərəf çəkir». (əl-Kafi, c.2, səh.327, hədis 4)
828.İmam Sadiq (ə): «Diqqətli ol, ağzından heç vaxt, hətta özünün və qohumlarının qüdrəti ilə öyünsən belə, zorakı söz çıxmasın». (əl-Kafi, c.2, səh.327, hədis 3)

242. Zorakı və itaət etməyən şəxs
829. İmam Sadiq (ə) «kim itaətsizlik etmədən və həddi aşmadan məcbur olsa» ayəsinin təfsirində buyurmuşdur:«İtaətsiz, imamına qarşı qiyam etmiş şəxsdir». (Məanil-əxbar, səh.213, hədis 1)

243. İtaət etməyən yağı müsəlmanlarla vuruşmaq
Quran:

«Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onların biri digərinə qarşı həddi aşaraq təcavüzkarlıq etsə, həddi aşanla Allahın əmrinə qayıdana kimi vuruşun. Beləliklə, əgər (Allahın əmrinə qayıtsa) onların aralarında ədalətli sülh bərqərar edin və ədalətli olun ki, Allah ədalətliləri sevir». (Hucurat surəsi, ayə 9)
Hədis:
830. İmam Əli (ə): «Döyüş iki cürdür: Müşriklərlə döyüş. Onlar müsəlman olmayınca və ya xarlıqla cizyə verməyincə buraxılmırlar. Bir də haqq yoldan dönmüşlərlə döyüş. Allahın əmrinə qayıdana və ona tabe olana və ya öldürülənə kimi onların qarşısında durmaq lazımdır». (Vəsailuş-şiə, c.11, səh.18, hədis 3)
831. İmam Əli (ə): «İtaətsizlik əhli və yağılarla müşriklərlə olan kimi tam şiddətlə vuruşmaq, onlara qarşı qiblə əhlinin (müsəlmanların) bütün imkan və bacarığından istifadə etmək və ələ keçirən zaman onları müşriklər kimi əsir götürmək lazımdır».(Müstədrəkül-vəsail, c.11, səh.65, hədis 12438)

244. Müsəlmanların imamı ilə aşkarcasına düşmənçilik edən şəxsin öldürülməsinin caiz olması
832. İmam Sadiq (ə) «Nasibi»lər barəsində buyurmuşdur: «Əgər sizdən bir nəfərin onların əli ilə öldürülməsindən qorxmasaydım, çünki sizin bir nəfəriniz onların min nəfərindən yaxşıdır, onları öldürməyinizi əmr edərdim.Lakin bu işin icazəsi imama həvalə edilib». (Vəsailuş-şiə, c.11, səh.60, hədis 2)
833. İmam Rza (ə): «Təqiyyə edilməli yerdə qatil və ya yağıdan başqa heç bir kafiri öldürmək caiz deyil. Belə olan halda əgər canın təhlükəyə düşməsə, onu (qatil və ya yağını) öldürə bilərsən». (Vəsailuş-şiə, c.11, səh.35, hədis 10)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri


Category: Zülm, zorakılıq, itaətsizlik | Added by: IslamQadini (2011-01-31)
Views: 719 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]