«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-16, 3:09 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Sakit və alçaqdan danışmaq
Sakit və alçaqdan danışmaq 
Sakit və alçaqdan danışmaq zahidlikdir, möminlərin və təqvalıların sifətlərindən, Cənnət əhlinin əlamətlərindəndir. Allah da bu sifətləri sevər və sahiblərini məhd edər.
    Rəsulullahdan (s) nəql edilən  rəvayətdə buyrulur:
    "Azacıq riya şirkdir. Allah təqvalıları və sakit danışanları sevər. Onlar qaib olduqda itməz, hazır olduqda isə tanınmazlar. Onların ürəkləri hidayət çıraqlarıdır və hər bir zülmətdən və qaranlıqdan xilas olarlar" (""Məcməul-bəyan" c. 2, "Camius-səadət" c. 2, səh. 365)
    Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyrulur:
    "Çoxlu tanışı olmaq çətinlikdir və insanlara çox qaynayıb-qarışmaq fitnədir"
    "Çalış məşhur olma, şəxsiyyətini adınla çağırılmağa yüksəltmə. Sus və sakit ol ki, sağlam olasan. Yaxşı insanları sevindir, zalımlara isə nifrət et" ("Şərhi Nəhcül-bəlağa" c. 2, səh. 181)
    İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurulur:
    "Tanınmış simalardan olmaq istəmirsinizsə, olmayın. İnsanlar səni tərifləməsə də olar. İnsanlar səni pisləsələr də Allah dərgahında mədhə layiq olsan, kifayətdir" ("Biharul-ənvar" c. 73, səh. 121)
    Əlbəttə ki, insanın Rəbbini tanıması, bu dünyada ona verilmiş az nemətə qane olması və heç bir kimsənin onu tanımamasından böyük nemət varmı?
    Gecə yuxusuz qaldıqda Allaha ibadət edər, rahat və əmin-amanlıqda yaşar, səhər isə bir tikə halal nemət qazanmaq üçün işə gedər.
    Bunun üçün də əzəmətli insanlar vəhdət ideyası ilə tanınmış, unudulmanın küncündə əyləşmiş, məxluqlara qaynayıb-qarışmaq qapısını bağlamış və Xaliqə yaxınlaşmaq qapısını açmışlar. Tərif, ehtiram və dünyanın cah-cəlalından imtina etmişlər.
    Şair Sədi Şirazi deyir:
    "Bir aqil insandan soruşurlar: Günəşin açıq-aşkar xeyirli varlıq olduğuna baxmayaraq onun aşıqləri haqda heç nə eşitməmişik?! Aqil cavabında deyir: Çünki o qış aylarından başqa hər gün görünür. Bunun üçün də Günəş eyni vaxtda xoşagəlməz, həm də sevimlidir".

Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-19)
Views: 852 | Rating: 3.5/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]