Insanlarin Cehenneme daxil olmasi - Forum «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 2:49 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Islam » Muxtelif melumatlar » Insanlarin Cehenneme daxil olmasi
Insanlarin Cehenneme daxil olmasi
KubraZDate: Bazar ertəsi, 2013-05-27, 6:17 PM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Allah-taala, “Məryəm" surəsinin 71-72-ci ayələrində bu mövzuda belə buyurur:
“Sizdən elə bir kəs olmaz ki, Cəhənnəmə daxil olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. Sonra Biz, Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalimləri isə orada diz üstə çökmüş halda saxlayacağıq.”

Bu iki ayənin təfsirində, təfsirçilər arasında müxtəlif fikirlər var. Yə`ni, ayədə Cəhənnəmə daxil olmaqdan məqsəd nədir? Bə`zi müfəssirlər mö`təqiddirlər ki, Cəhənnəmə daxil olmaq, yaxşı və pis insanların Cəhənnəmə yaxınlaşması və onun üzərində durması mə`nasındadır. Sonra yaxşılar azad olub, pislər Cəhənnəmə düşəcəklər. Bu mə`nanı “Qəsəs"surəsində Musa (əleyhissalam) barəsində olan ayə ilə istidlal edirlər. Buyurur:
"Musa, Mədyən kənarındakı bir quyuya çatanda"“
Əksər müfəssirlərin onu ixtiyar etdikləri ikinci təfsir odur ki, “Cəhənnəmə daxil olmaq”, ona yaxınlaşmaq mə`nasında deyildir. Bəlkə də, həmin Cəhənnəmə girmək mə`nasındadır. Əslində bütün insanlar Cəhənnəmə daxil olacaqlar. Lakin, mö`minlər nicat tapıb, müşriklər, uyğunluqları olduğuna görə atəşdə qalacaqlar. Bu sözü, ayənin sonundakı : “Sonra Biz, Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalimləri isə orada dizi üstə çökmüş halda saxlayacağıq.”-ifadələri tamamilə təsdiq edir. Bundan əlavə, ayənin təfsiri haqqında gələn rəvayətlər də həmin mə`nanı təsdiqləyir.

O cümlədən, Cabir ibni Abdullah Ənsaridən belə nəql olunur ki: “Bir nəfər bu ayənin mə`nası barəsində ondan soruşur. Cabir iki barmağı ilə iki qulağına işarə edib buyurdu: Bu iki qulağımla İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən bu mətləbi eşitmişəm. Əgər yalan deyirəmsə, hər ikisi kar olsun! İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Ayədəki "varid"sözü , "daxil olmaq" mə`nasındadır.
Atəş, İbrahim peyğəmbərə olduğu kimi mö`minlər üçün də bu zaman soyuq və sağlam olacaq. O vaxta kimi ki, atəş və ya Cəhənnəm (Cabir tərəddüdlə deyir) soyuqdan fəryad çəkəcək. Sonra Allah pərhizkarlara nicat verib, zalimləri zəlilcəsinə atəş içində saxlayacaq.”
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən başqa hədisdə oxuyuruq:
“Qiyamət günündə atəş, mö`min şəxsə deyəcək: Məndən tez keç ki, nurun mənim şö`ləmi söndürür.”
Bu mə`naya, Siratın körpüsü barəsində rəvayətlərdəki, Cəhənnəmin üstündən çəkildiyini, tükdən nazik və şəmşirdən iti olacağı da şahidlik edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan bir hədisdə oxuyuruq, buyurur: "İnsanların hamısı Cəhənnəmə daxil olacaq. Sonra əməllərinin hesabına görə oradan çölə çıxacaqlar. Bə`ziləri işıq kimi, sonra ondan az sür`ətli külək kimi, bə`ziləri şiddətli qaçan kimi, bə`ziləri səvar olub yol gedən kimi, bə`ziləri tez-tez gedən şəxs kimi, bə`ziləri də adi halda yol gedən kimi atəşdən xaricə çıxacaq.
 
Forum » Islam » Muxtelif melumatlar » Insanlarin Cehenneme daxil olmasi
Page 1 of 11
Search: