Qezeb butun pisliklerin acaridir... - Forum «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 2:53 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Islam » Muxtelif melumatlar » Qezeb butun pisliklerin acaridir...
Qezeb butun pisliklerin acaridir...
KubraZDate: Çərşənbə axşamı, 2013-05-28, 11:35 AM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
Allahın Peyğəmbəri (s): «Qəzəb şeytan alovunun bir hissəsidir.» (Biharul-Ənvar, c.73, səh.265 , hədis15)

İmam Əli (ə): «Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşmançılıq çəkər. Əgər peşman olmasa, dəliliyi qətidir.» (Nəhcül-Bəlağə, hikmət255)

İmam Sadiq (ə): «Qəzəb hər bir pisliyin açarıdır.» (əl-Kafi, c. 2, səh. 303, hədis 3)

İmam Sadiq (ə): «Qəzəb müdrik şəxsin qəlbini məhv edəndir.» (əl-Kafi, c. 2, səh. 305, hədis 13)

Qəzəbi söndürməyə həvəslənmək.

Quran:
«Onlar qəzəblərini udar, insanların günahlarından keçərlər.» (Ali-İmran, ayə 134)

«O kəslər ki, qəzəbləndikləri zaman bağışlayırlar.» (Şura, ayə 37)

Hədis:
Allahın Peyğəmbəri (s): «Kim qəzəbinin qarşısını almasa, Allah da ona qarşı əzabının qarşısını almaz.» (Biharul-Ənvar, c. 73, səh. 263, hədis 7)

İmam Baqir (ə): «Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah qiyamət günündə onun qəlbini iman və rahatlıqla aşırıb daşırar.» (əl-Kafi, c.2, səh.110, hədis 7)

İmam Sadiq (ə): «Qəzəb, ona qarşı dözümü olan üçün nə qədər gözəl qurtumdur.» (əl-Kafi, c.2, səh.109, hədis 2)

Qəzəb, Allaha sitayişin yolunda.
Musa (ə): «Pərvərdigara! Kimlərdir, Sənin sayəndən qeyri bir kölgənin olmadığı bir vaxtda ərşində olan o bəndələrin?»
Allah ona vəhy buyurdu: «Mənim haramlarım halal sayılanda yaralı pələng kimi qəzəblənən kimsələr.» (Vəsailuş-Şiə, c.11, səh.416, hədis 3)

İmam Əli (ə): «Kim yaramaz adamlarla düşmən olub Allaha xatir qəzəblənsə, Allah ondan ötrü qəzəblənər və qiyaəmət günündə onu şad edər.» (Nəhcül-Bəlağə, hikmət 31)
 
Forum » Islam » Muxtelif melumatlar » Qezeb butun pisliklerin acaridir...
Page 1 of 11
Search: