«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-03-19, 8:17 AM
Main » Articles » Destemaz » Umumi melumat

Umumi melumat
 
Umumi melumat

Destemaz alarken niyyet etmek vacibdir.
Meselen, niyyet edib desin ki, namaz qilmaq (ve ya her hansi ibadeti yerine yetirmek) uchun destemaz aliram qurbeten ilellah. ("illellah" demek tam eks me'na verir bu barede diqqetli olmaq lazimdir.) Ve bu ish Allahin emrini yerine yetrimek uchun olmalidir, eger bashqa niyyetle olarsa, meselen, serinlemek ve ya ozunu bashqasina gostermek uchun olarsa, batildir.
Destemazda vacibdir ki, uz ve eller yuyulsun.
Bashin qabaq terefine ve ayaqlarin ustune mesh edilsin.
Uzu yuyandan sonra evvelce sag eli, sonra ise sol eli dirsekden barmagin ucuna qeder yumaq lazimdir.
* Dirseyin tamamile yuyulmasini yeqin etmek uchun bir az dirsekden yuxari yuyulmalidir.
Destemazda uzu ve elleri yumaq birinci defe vacib, ikinci defe caiz, uchuncu ve daha artiq defelerde ise haramdir.
Elleri yuduqdan sonra elde qalan destemaz suyu ile bashin qabaq terefine mesh edilmelidir. Sag elle mesh edilmesi ehtiyat vacibdir. Yuxaridan ashagi olmasi ise mustehebdir.
Bashin alin terefinde olan dord qismetden biri mesh yeridir.
Onun her hansi yerine, mesh qederinde chekseler kifayetdir. Amma ehtiyat-musteheb budur ki, uzunlugu bir barmagin uzunlugu, eni ise uch bagli barmaq qeder mesh etsin.
Bashi mesh etdikden sonra, elde qalan destemaz suyu ile ayaqlara - barmaqlardan birinin ucundan, ayagin ustunde olan chixintiya qeder mesh etmelidir.
* Corabin ve ya ayaqqabinin ustunden mesh chekmek batildir.
 
 
Category: Umumi melumat | Added by: IslamQadini (2009-09-02)
Views: 8122 | Comments: 13 | Rating: 3.8/9
Total comments: 13
0  
13 Hevva   (2016-05-05 9:14 AM) [Daxil ol]
Salam xanım bilmek isterdim ki dırnağın azca uzun olması NAMAZI batil edirmi ?

0  
12 Aynur_95   (2013-11-29 6:53 PM) [Daxil ol]
Cox Sagolun ALLAH Razi olsun....

0  
11 uzum-gare   (2012-12-09 7:06 AM) [Daxil ol]
destemaz alarken, destemaz mueyyen olunan yerlere suyu 2 defe tokmey lazimdir, ama ne qedder istesen tam islanmasi ucun elinle sigal ceke bilersen

0  
10 IslamQadini   (2012-11-30 9:56 AM) [Daxil ol]
Aleykumus-salam va rahmatullah. Destemaz alarkan dirnaqda lakin olmasi destemazin duzgunluyune xelel getirir. Chunki lak destemazda yuyulmasi vacib olan orqanlarin tam yuyulmasina mane olur ve neticede destemaz batil sayilir. O ki, qaldi maya meselesine. Dirnaq gerek onda temamile yerinden qopsun ki, mayaya su deysin. Lakin lak namazi batil etmir. Bele ki, eger kimse destemaz alandan sonra dirnaqlarina lak chekib sonra namaz qilsa, namazi sehihdir.

0  
9 OPHTALMOLOG   (2012-11-29 8:44 PM) [Daxil ol]
SALAM. DESTEMAZDA DIRNAQDA DIRNAQ BOYASI OLARSA DESTEMAZ BATILDIR,ESITMISDM,ANCAQ BELE BIR FIKIR DE ESITDIM KI DIRNAGIN MAYASININ ISLANMASI VAXIBDIR,SEDEF ISLANMASA OLAR. BU MESELEYE AYDINLIQ GETIRERDIZ,MUMKUNSE,HANSI MENBEYE ISTINAD ETDIYINIZI DE QEYD EDERDIZ.

0  
8 AG   (2011-04-21 6:44 PM) [Daxil ol]
Bu saytda men sizden cox shey oyrendim,Allah sizden razi olsun!

0  
7 AG   (2011-04-21 6:41 PM) [Daxil ol]
Salam,men namazin vaxtlarina aid 1 fikir soylemek isterdim.Gunun 5 vaxti oldugu kimi namazlarin da sayi 5dir,her namaz oz vaxtinda qilinsa yaxsi olar,bunu butun gunu guneshin hansi istiqametde olmasindan bilmek olar,cunki gunesh gun erzinde 5 yerde olur.Nezere alsaq ki esr axshamcagi(yeni gun batana yaxin,sam namazindan bir muddet qabaq) qilinmalidi ,onda onu zohr namazi ile qilmaq olmaz axi.isha namazi da ele,sham gun batan vaxti qilinir,isha ise gun tam batdiqdan sonra,yeni tam qaranliq dushende qilinmalidi.Bu menim shexsi fikrimdi. Yazdiginiz deyerli meslehetlere gore cox sag olun. smile

0  
6 IslamQadini   (2009-12-21 11:32 AM) [Daxil ol]
Ayan “ İbni Abbas deyir: Peyğəmbər (S) Mədinədə ikən günorta və ikindi, axşam və xüftən namazlarını heç bir səbəb və yağışlı havanın hakim olmadığı zaman birləşdirərək qılmışdır. İbni Abbasdan Rəsulallahın nə üçün belə etməsini soruşduqda O, dedi: “Ümmətinin zəhmətə düşməməsi üçün belə etmişdir”.
Sünən Termizi.1 cild səh 354 (138 bab).

Mahammad Musavi Shirazinin "Pishevar gecalari" kitabindada bu haqda etrafli melumat vardir.
Sadece vacib namazlardan sonra kicik fasileler verilmelidir ki, yeniden namaza bashlayasiniz.
Gun erzinde 5 , ve ya 3 defe namaz qilina biler.Esas odur ki, gundelik 5 namazin hamisi qilinsin.Ister birleshdirilsin, isterse de yox.
Elave me'lumat almaq ucun bu linki yukleye bilersiniz: http://www.boxca.com/kewjucvoygfv/Dogru_Olanlarla_Birge.pdf.html
Komek ede bildimse cox sad olardim.


0  
5 IslamQadini   (2009-12-21 11:17 AM) [Daxil ol]
Ayan
Allah qebul elesin inseallah! Sual: 349. Gündəlik vacib namazların vaxtları barədə şiə məzhəbinin arxalandığı dəlil nədir? Bildiyiniz kimi sünnilər işa namazının vaxtının daxil olmasını məğrib namazının qəzaya gеtməsi üçün şərt bilirlər. Həmçinin, zöhr və əsr namazlarında da еlə bu cür dеyirlər. Еlə buna görə də еlə ki, işa namazına başlandı, daha məmumlar onunla birlikdə (məğrib və işa namazlarını bir yеrdə qılsınlar dеyə) məğrib namazını qıla bilməzlər.

Cavab: Bu kimi dəlillərimiz bu barədə olan rəvayətlərdən, xüsusilə iki namazı bir yеrdə qılmağın caiz olduğuna dəlalət еdən rəvayətlərdən əlavə, şərif Pеyğəmbər (s) sünnəsi və Quran ayələridir. Halbuki, məlum olduğu kimi sünnilərdə də iki namazı bir yеrdə qılmağın (onlardan birinin vaxtında) caiz olmasına dəlalət еdən rəvayətlər vardır.

Seyyid Eli Huseyni Xamenei

Əbdüllah ibni Ömər deyir: “Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz yaşayış yerində (vətənində) olduğu, səfərə getmədiyi zaman zöhrlə əsri, məğriblə işanı birlikdə qılırdı.” Bir nəfər ibni Ömərdən soruşdu: “Nə üçün Peyğəmbər (s.ə.v.v) belə bir iş görürdü?” Cavab verdi: “Ona görə ki, əgər bir şəxs iki namazı bir yerdə qılmaq istəyərsə öz ümmətini əzab əziyyətə məşəqqətə salmasın.”[22]20-Həmçinin “Kənzul-ummal” kitabında belə oxuyuruq: عَنْ جَابِرٍ اَنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ بِاَذَانٍ وَ اِقَامَتَيْنِ“Cabir ibni Əbdüllah deyir: Peyğəmbər (s.ə.v.v) zöhrlə əsr namazlarını bir azan, iki iqamə ilə – birlikdə qıldı.”[23]21-”Kənzul-ummal” kitabında yuxarıdakı hədisin davamında belə qeyd olunur: عَنْ جَابِرٍ اَنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ غَربَتْ لَهُ الشَّمْسُ بِمَكَّةَ فَجَمَعَ بَيْنَهُمَا بِسَرفٍ“Cabir ibni Əbdüllah deyir: Peyğəmbər (s.ə.v.v) Məkkədə olan zaman günəş qüruba endi, Sərf məntəqəsinə[24] çatdıqda məğriblə işa namazını birlikdə qıldı.”[25]22-”Kənzul-ummal” kitabında ibni Abbasdan belə rəvayət olunur:جَمَعَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ بِالْمَدينَةِ بغَيْرِ سَفَرٍ وَ لَا مَطَرٍ قَالَK قُلْتُ لِابْنِ عَبَّاسٍK لِمَ تَرَاهُ فَعَلَ ذلِكَ؟ قَالَK اَرَادَ التَّوْسِعَةَ عَلَي اُمَّتِهِ“Peyğəmbər (s.ə.v.v) Mədineyi-Münəvvərədə zöhrlə əsr, məğriblə işa namazlarını birliklə qıldı. Halbuki səfərdə deyildi, yağış da yağmırdı. Ravi deyir: İbni Abbasdan “nə üçün Peyğəmbər (s.ə.v.v) iki namazı birlikdə qıldı?” - deyə sual etdikdə cavab verdi: Çünki Peyğəmbəri Əkrəm (s.ə.v.v) istəyirdi ki, ümmətinin əməl və rəftarında genişlik (asanlıq) icad etmiş olsun.”[
Yuxarıda qeyd olunan rəvayətlərə əsasən şiənin nəzərindən iki namazın birlikdə qılınmasının səhih olmasını göstərən aşkar dəlilləri yekunlaşdırırıq:1-İki namazın bir vaxtda (birlikdə) qılınması müsəlmanların işinin asanlaşdırılması və onların əzab-əziyyətə düşməsinin qarşısını almaq üçündür.Rəvayətlərdən çoxu bu həqiqəti göstərir ki, əgər zöhrlə əsr, məğriblə işa namazlarının bir yerdə qılınması caiz olmasaydı müsəlmanların işlərində əzab-əziyyət, məşəqqət yaranardı. Buna görə də Peyğəmbəri Əkrəm (s.ə.v.v) müsəlmanların işlərində bir növ genişlik, asanlıq yaratmış, iki namazı bir vaxtda qılmağa icazə vermişdir. (Bu barədə 10, 16, 19 və 22-ci hədislərə müraciət edə bilərsiniz.) Aydındır ki, əgər bu rəvayətlərdə məqsəd zöhr və əsr namazlarını sünnülərin nəzərində onun axırıncı vaxtına (hər bir şeyin kölgəsinin özü qədər uzanan vaxta) qədər tə`xirə salıb əsr namazını onun öz vaxtının əvvəlində qılmaqdırsa – belə ki, hər iki namaz bir-birinin ardınca öz vaxtının daxilində qılınmış olsun– belə bir iş nəinki asanlıq deyil, əksinə həddindən artıq məşəqqət və əzab-əziyyətə səbəb olur. Halbuki iki namazın birlikdə qılınmasında əsas məsələ müsəlmanların işini asanlaşdırmaqdır.Deməli məqsəd budur ki, iki namazı, onlardan birini vaxtın axırında, digərini isə vaxtın əvvəlində qılmaq deyil, onların müştərək vaxtlarının hər bir vaxtında, məsələn bu vaxtın əvvəlində, yaxud axırında qılmaq olar.
-Müslim ibni Heccac (“Sehih-Müslim”in müellifi) Ebu Zübeyrden, o da Seid ibni Cübeyrden, o da ibni Abbasdan bele revayet edir:
صَلَّي رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ الظُّهْرَ وَ الْعَصْرَ جَمِيعًا بِالْمَدِينَةِ فِي غَيْرِ خَوْفٍ وَ لَا سَفَرٍ“Peyğember (s.e.v.v) Medineyi-Münevverede düşmen-den heç bir qorxu olmadan, elece de seferde olmadan zöhrle esr namazını birlikde qıldı.” Sonra ibni Abbas Peyğemberi Ekrem (s.e.v.v)-in bu işde meqsedini soruşdu. Hezret buyurdu: “Ona göre ki, ümmetimden heç kesin zehmete düşmemesini istemirem.”

Delillerden gorunduyu kimi bunu neinki shieler, hec sunnulerde inkar etmirler.


0  
4 Ayan   (2009-12-20 9:47 PM) [Daxil ol]
Namazi 5 yox, gunde 3 defe qilmaq olar?

0  
3 Ayan   (2009-12-20 9:32 PM) [Daxil ol]
Cox saq olun! Allah razi olsun. Men namaza teze bawlamiwam, ona gore de isteyirem her bir deqiqliyini bilim.

0  
2 IslamQadini   (2009-12-20 8:14 PM) [Daxil ol]
Ayan Salam aleykum. Destemazda uzu ve elleri yumaq birinci defe vacib, ikinci defe caiz, uchuncu ve daha artiq defelerde ise haramdir.

Yeni bir defe mest etmek kifayetdir. Amma bedenin butun uzvlerine qalanda ise ne qeder istesez dush qebul ede bilersiz.Bunun destemaza hec bir adiyyati yoxdur.


0  
1 Ayan   (2009-12-20 8:06 PM) [Daxil ol]
Destemaz qilarken bedenin her uzvunu nece defe yumaq lazimdir?

Only registered users can add comments.
[ Registration | Login ]