«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 11:01 PM
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Qadin » Qadinlara meslehet » Faydali meslehetler
Faydali meslehetler
IslamQadiniDate: Bazar, 2010-07-04, 10:57 AM | Message # 1
Lieutenant
Group: Administrator
Messages: 45
Reputation: 0
Status: Burda deyilem
Faydali meslehetlerden ne deye bilersiniz?

Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.
 
IslamQadiniDate: Cümə axşamı, 2010-07-22, 11:42 PM | Message # 2
Lieutenant
Group: Administrator
Messages: 45
Reputation: 0
Status: Burda deyilem
Qırışlar

Yaş ötdükcə üzün dərisi qocalır, yağlılığı gedir, dəridə suyun miqdarı azalır (quru olur və qırışır), dəri boşalır və sallanır. Qırışlar tez və ya bir az gec də əmələ gələ bilər. Bu, həm orqanizmin ümumi vəziyyəti, dərinin xüsusiyyəti, həm də gözün qıyılması, tez-tez qaşqabağın sallanması və s. kimi vərdişlərin nəticəsində yarana bilər. Üzün qırışmasına bəzən insanın sənəti də təsir edir. Belə ki, yazı işi ilə məşğul olan adamda buxaq tez əmələ gəlir. Belə hallarda üzə qulluq, xüsusən də kompres əsas rol oynayır.
İsti kompresdən sonra üzü soyuq su ilə yumaq yaxşı təsir göstərir.
Kompres üçün dəsmalı dörd qatlayıb, ortasını qaynar suda isladın. Sonra qıraqlarından tutub burun və sıxın. Dəsmalı çənənin altından keçirib başın üstündə bağlayın. Kompresdən əvvəl də, sonra da üzə yağlı krem çəkmək lazımdır. İsti kompresdən sonra meyvə və tərəvəzdən, mayadan, ya da yumurta ağından maska eləmək olar. Bundan sonra isə üzü soyuq su ilə yumaq yaxşı təsir göstərir.
Qırışların qarşısını almaq üçün əzvay (aloye) şirəsindən qoyulan islatma (həftədə 2-3 dəfə, 10 dəqiqə) da çox yaxşı təsir göstərir. Əzvayı əvvəl 14 gün 10 dərəcə temperaturda qaranlıq yerdə saxlamaq, sonra əzib suyunu çıxartmaq lazımdır. Səhər yağlı krem çəkilmiş üzü və boynu duzlu su (1 stəkan suya 1 çay qaşığı duz) və ya çobanyastığı (1 xörək qaşığı çobanyastığı çiçəyinə 1 stəkan su) dəmləməsi ilə yumaq çox xeyirlidir.
Axşamlar isə üzü, dərisinin növündən asılı olaraq, hər hansı bir losyonla silmək məsləhətdir.

Dərinin tonusunu aşağıdakı otlardan düzəldilmiş məhlulla qaldırmaq olar:
1 çay qaşığı çobanyastığı, 1 çay qaşığı nanə, 1 çay qaşığı qoyunqıran, 1 çay qaşığı cökə çiçəyi götürün və 2 stəkan qaynar suda dəmləyin. Sonra onu soyudun, tənzifdən süzün, ona 1 xörək qaşığı odekolon (çiçəkli) tökün. Bu məhlulla üzünüzü hər gün səhər və axşam silin.
Axşamlar üzünüzü başqa bir məhlulla da silə bilərsiniz. Onu belə hazırlamaq olar: 1 çay qaşığı balı 1 stəkan ilıq suda həll edin. Soyuyandan sonra ona yarım limonun şirəsini əlavə edin.
Vaxtsız qırışların qarşısını almaq üçün xalq təbabətində arpa ununun kəpəyindən də istifadə edirlər. Belə ki, 1 xörək qaşığı kəpəyə, 1 xörək qaşığı qatıq əlavə edib qarışdırın və 15-20 dəqiqəliyə üzünüzə çəkin, sonra otaq temperaturlu su ilə yuyun.
Başqa bir maska: bildiyimiz kimi mətbəximizdə cəfəri çox əvəzsiz bir bitki növüdür. Qırışları aradan qaldırmaq üçün cəfəridən həm qida, həm də maska kimi istifadə etmək lazımdır. Bunun üçün 1 dəstə cəfərini 2 stəkan suda 5-10 dəqiqə qaynadıb, sonra soyutmaq və ondan losyon kimi, yaxud soyuducuda buz halına salmaq tez-tez (gündə 5-6 dəfə) üz üçün istifadə etmək məsləhət görülür. Vaxtsız qırışların qarşısını almaq üçün xalq təbabətində arpa ununun mayasından da istifadə edilir. Mayanı 15-20 dəqiqəliyə üzünüzə çəkin, sonra otaq temperaturlu su ilə yuyun.
Əgər sizdə çənə altında qırışlar, ya da buxaq əmələ gəlirsə və çöhrəniz formasını itirirsə, gecələr çənə altından tənziflə bağlamaq olar. Bu, çənəaltı əzələlərə rahatlıq yaradır. Lakin fikir vermək lazımdır ki, tənzif altında qalan dəridə qırış olmasın və tənzif bərk bağlansın.
Qırışmış üzə masaj da yaxşı təsir edir. Bunu kosmetika kabinetlərində etdirmək daha yaxşı olardı.
Alındakı qırışların qarşısını almaq üçün yumurta ağından maska etmək lazımdır. Yumurta dərini dartır, alını qırışdırmaq vərdişini yox edir.
Qırışmış üzə duzlu məhlul (1 stəkan suya 1 çay qaşığı duz) yaxşı təsir göstərir. Barmaqları, ya da dəsmalın ucunu bu məhlula batırıb 3-5 dəqiqə döyəcləmək lazımdır.
Axşam əl-üzünüzü yuyandan sonra boğazınızın dərisinə krem çəkin və dörd qat qatlanmış dəsmalın ortasını duzlu suda isladıb boğazınızı yüngülcə döyəcləyin.
Qırışmış dəriyə su proseduraları yaxşı təsir göstərir. Buna dənizdə çimmək, təzyiqli duş aiddir. Təzyiqli duşu vannada çimərkən də düzəltmək olar. Bunun üçün əl duşunu təzyiqlə açıb, 30-40 sm məsafədən üzə, boyuna yönəltmək lazımdır. Bunu gah isti, gah da soyuq su ilə etsəniz, daha yaxşı olar.

Attachments: 7971499.jpg (7.2 Kb)


Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.
 
Forum » Qadin » Qadinlara meslehet » Faydali meslehetler
  • Page 1 of 1
  • 1
Search: