«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 11:01 AM
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Metbext » Qadin metbexti » Salatlar...
Salatlar...
KubraZDate: Çərşənbə axşamı, 2013-05-28, 3:31 PM | Message # 1
Sergeant
Group: Istifadeci
Messages: 25
Reputation: 0
Status: Burda deyilem
bacardiqlarimizi burda paylasaq happy

Added (2013-05-27, 11:56 AM)
---------------------------------------------
Ərzaqlar:300 qr çuğundur
100 qr qoz
4-5 diş sarımsaq
Biraz duz
Xama vəya mayonez

Hazırlanması:Çuğundur bişirilir. Sürtgəcdən keçirilir. Üstünə əzilmiş qoz, sarımsaq, xama və duz tökülüb qarışdırılır. Üzərini nar vəya qoz ləpəsi ilə bəzəyəbilərsiniz. Nuş olsun!

Added (2013-05-28, 3:31 PM)
---------------------------------------------
Salatın resepti
Tərkibi:
400 qram hisə verilmiş toyuq
100-150 qram qara gavalı
100 qram qoz ləpəsi
2 ədəd kök
4 ədəd kartof
4 ədəd yumurta
300 qram pendir
250 qram şampinyn göbələyi
duz, mayonez
1 x.q. bitki yağı
təzə xiyar
.
3 x.q. qoz ləpəsi
Salatı bəzəmək üçün cəfəri və mərcanı lazımdır.

Hazırlanma qaydası:Bişmiş yumurtaları sürtkəcin xırda gözündən keçirin.
Kartof və kökü bişirib təmizləyin. Kökü sürtkəcin iri gözündən keçirin, kartofu isə xırda-xırda doğrayın.
Tavaya bitki yağı töküb isidin. Sonra xırdalanmış şampinyonları yağda 7 dəqiqə ərzində bişirin. Üzərinə düz səpib soyumaq üçün kənara qoyun.
Qara gavalını yuyub qurulayaraq xırda-xırda doğrayın.
Pendiri sürtkəcin xırda gözündən keçirin.
Hisə verilmiş toyuğu xırda tikələrə bölün.
Qoz ləpəsini blenderdən keçirin.
Daha sonra hazırladığınız ərzaqları salat qabına laylarla düzün:
1-ci lay: kök, duz, mayonez

2-ci lay: pendirin yarısı
3-cü lay: sürtkəcdən keçirilmiş yumurtanın yarısı (2 ədəd)
4-cü lay: kartofun yarısı, duz, mayonez
5-ci lay: qoz ləpəsinin yarısı
6-cı lay: qara gavalı
7-ci lay: hisə verilmiş toyuq, mayonez
8-ci lay: qızardılmış şampinyon
9-cu lay: qoz ləpəsi
10-cu lay: kartof, duz, mayonez
11-ci lay: 2 ədəd yumurta
12-ci lay: pendir
Salatın üzərinə nazik doğranılmış xiyar düzüb, qoz ləpəsi səpərək cəfəri yarpağı və mərcanı giləmeyvəsi ilə bəzəyin.

Salatı 4 saat ərzində soyuducuda saxlayın.
Nuş olsun!

 
Forum » Metbext » Qadin metbexti » Salatlar...
  • Page 1 of 1
  • 1
Search: