- Digər dinlərdə - Qadın hüququ - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:25 PM
Main » Files » Qadın hüququ » Digər dinlərdə

2011-02-14, 0:04 AM
Yəhudi əqidəsində qadın


     Bəzi dinlərin şərhində bir çox səhlənkarlıqlara yol verildiyindən həmin dinin başçıları dini qayda-qanunları öz şəxsi istəklərinə uyğun olaraq yönəldə bilmişlər. Belə ki, bəzi dinlərdə insan cinslərindən biri heyvanlarla bir səviyyədə yer tutmuş və onlara yalnız heyvani hisslərin boşaldılması üçün mövcud olan hər hansı bir alət və yaxud vasitə kimi baxılmışdır. 
      Yuxarıda qeyd etdiyimiz məsələləri nəzərə almaqla qadının yəhudi dinindəki yeri və məqamını araşdırmağa çalışacağıq və beləliklə də yəhudi qadınları barəsində, qısa şəkildə olsa belə, lazımi məlumat toplayacağıq. 
      Yəhudilər Həvvanın Adəmi (ə) qadağan olunmuş meyvəni yeməyə məcbur etməsi məsələsini əllərində rəhbər tutaraq qadınlar barəsindəki düşüncələrini və onların yerini belə təyin etmişlər:
      "Qadın bu əməli ilə bəşər övladının xoşbəxtlik çırağını söndürmüşdür. Çünki insan övladının ruhu bir növ çıraqdır və insanın günah etməsi həmin çırağın qaralması ilə nəticələnir. Elə bu səbəbdən də, şubat çıraqlarını və şamlarını yandırmaq öhdəliyi qadının üzərinə düşür. Qadın şubat çırağını və şamını yandırmaqla nə vaxtsa buraxdığı səhvinin əvəzini vermiş olur və günahları azalır. Dini ayinləri icra etmək və şubat çıraqlarını yandırmaq imanın işıqlanmasına və nurlanmasına səbəb olur. Amma qadın evdə olmadıqda kişi bu vəzifənin öhdəsindən gəlməlidir. Həmçinin zahı və xəstə qadınlar şubat çırağını yandırmaq vəzifəsini daşımırlar və bu işi onların həyat yoldaşları həyata keçirtməlidir.”
      "Təlmud”da (yəhudilərin "Tövrat”dan sonra qəbul etdikləri ən mühüm kitab) da qadınlar barəsində bu sözlər qeyd olunmuşdur: Hər bir insan gündə üç dəfə bu bərəkət duasını oxumalıdır: "Məni yəhudi yaradan Allah çox böyükdür. Məni qadın yaratmamışdır, məni savadsız və mərifətsiz şəkildə yaratmamışdır”. Namaz kitabında "Bərəkət” duası bu cür də qeyd olunmuşdur: "Məni bütpərəst etməmişdir, məni qul və qadın formasında yaratmamışdır”.
      Kahinlərin "Xeyir” duasında qadınlara belə bir yanaşma tərzi ilə rastlaşırıq: "Allah sənə bərəkət əta etsin və səni qorusun. Yəni, səni oğul sahibi etsin və səni qız atası olmaqdan qorusun. Çünki qızın çox ciddi və daimi olaraq qorunmasına ehtiyac var”.
      Ərəbistan Universitetinin xanım professorlarından biri Küveytdə çap olunan "Ərrəyul-aləm” qəzetində qadının yəhudilikdəki yerinin bəzi cəhətlərini açıqlamışdır. Ərəbistanlı tədqiqatçı xanımın yayımladığı məlumat aşağıdakı formada qeyd olunmuşdur:
     • "10 kişinin olmayacağı təqdirdə qadınlar camaat namazını keçirə bilməzlər.
     • Qadınlar "Fəryad divarının” qarşısında "Tövrat” oxumaq icazəsinə malik deyillər.
     • Atalar öz qızlarına Tövrat öyrətmək hüququna malik deyillər. Çünki onların nəzərincə, qadınlar meydana çıxan hər hansı bir anlaşılmamazlıq üzündən "Tövrat”ı arzuolunmaz formada səhv açıqlayacaq və təhrif edəcəklər. 
     • Yüz qadının şahidliyi bir kişinin şahidliyi ilə eyni qəbul edilir. Kişi iki qadının, iki itin və iki donuzun arasından keçməməlidir. Eləcə də, iki kişi bir qadının, bir itin və bir donuzun onların arasından keçməsinə icazə verməməlidir. 
     Maraqlı bir məsələ meydana çıxır. Yəhudi əqidəsində yəhudi qadınların belə dəhşətli şəkildə şərh olunduqları təqdirdə, görəsən, qeyri-yəhudi qadınlar barəsində hansı sözlər vurğulanmışdır. Yəhudi dininin əqidəsinin qeyri-yəhudi qadınlar barəsindəki bəzi nəzərlərini siz oxucuların diqqətinə çatdırmaq istərdik: "Bir yəhudiyə qeyri-yəhudi ilə (hətta yəhudilik dinini qəbul etmiş olsa belə) ailə qurmaq qadağan edilmişdir. Çünki Helaxanın təsdiq etdiyi qanunlara əsasən bütün qeyri-yəhudi qadınlar "pozğun” qadınlardırlar”.
     Yəhudilikdə qadının ağlı və düşünmə bacarığı barəsində də müxtəlif nəzərlər söylənilmişdir. Qadınların bacarıqsız və mənəvi cəhətdən tutumsuz olmalarına işarə olunmuşdur: "Qadınlar evdə oturmalı, kişilər isə küçə-bazara getməli və digər kişilərdən elm və məlumat əldə etməlidirlər.” 

     

Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!

Category: Digər dinlərdə | Added by: IslamQadini
Views: 518 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]